Məhkəmə qərarları › İş №2(037)-475/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-475/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-475/2020 17.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı ləğv prosesində olan "Bank Standard" X2 Səhmdar Cəmiyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ləğv prosesində olan "Bank Standard" X2 Səhmdar Cəmiyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) ilə bağlanmış xx xxxxx 2015-ci il tarixli 1xx/xx/102674/15 saylı kredit müqaviləsi üzrə 651,44 manat əsas borc, 213,51 manat faiz borcu, 1112,41 manat cərimə, 94,05 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 2071,41 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 1xx/xx/102674/15 saylı müqaviləyə əsasən cavabdehə 29 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə illik 1000 (bir min) manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində 651,44 manat əsas borc, 213,51 manat faiz borcu, 1112,41 manat cərimə, 94,05 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 2071,41 manat məbləğində borcu qalmışdır. İddiaçı cavabdeh ilə bağlanmış xx xxxxx 2015-ci il tarixli 1xx/xx/102674/15 saylı kredit müqaviləsi üzrə cəmi 2071,41 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyətinə münasibət bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxış iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 1xx/xx/102674/15 saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 29 faiz dərəcəsi ilə 24 ay müddətinə 1000 (bir min) manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxxx 2015-ci il tarixli 1xx/xx/102674/15 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 1000 manat əsas borc və 329,58 manat faiz borcu olmaqla, cəmi 1329,58 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxxx 2015-ci il tarixli 1xx/xx/102674/15 saylı kredit müqaviləsinə əsasən cavabdehin xx xxxxxx 2020-ci il tarixinə yaranmış ümumi borcu 2071,41 manat məbləğində olmuşdur. xx xxx 2020-ci il tarixli bildirişdən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehin öhdəlikləri və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 1xx/xx/102674/15 saylı müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə illik 29% dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. Müqavilədə cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə borcun gecikdirilməsinə görə dəbbə pulu hesablanmışdır. Cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin xx xxxxx 2015-ci il tarixli 1xx/xx/102674/15 saylı kredit müqaviləsi üzrə 651,44 manat əsas borc, 213,51 manat faiz borcu və 94,05 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği qalmışdır. Bundan başqa, borcun gecikdirilməsinə görə 1112,41 manat cərimə hesablanmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən xx xxxxx 2015-ci il tarixli 1xx/xx/102674/15 saylı kredit müqaviləsi üzrə 651,44 manat əsas borc, 213,51 manat faiz borcu, 1112,41 manat cərimə, 94,05 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 2071,41 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx xxxxx 2015ci il tarixli 1xx/xx/102674/15 saylı kredit müqaviləsi üzrə 651,44 manat əsas borc, 213,51 manat faiz borcu və 94,05 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinə dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 1112,41 manat cərimənin tutulmasına dair hissəsi qismən – 50 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Rasulov Xatı̇r Zı̇nhar oğlundan xx xxxxx 2015-ci il tarixli 1xx/xx/102674/15 saylı kredit müqaviləsi üzrə 651,44 manat əsas, 213,51 manat faiz, 50 manat cərimə borcu, 94,05 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1039 (bir min otuz doqquz) manat məbləğ alınaraq iddiaçı ləğv prosesində olan "Bank Standard" Kommersı̇ya X3 Cəmı̇yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar