Məhkəmə qərarları › İş №2(037)-480/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-480/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-480/2020 29.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı "İddiaçı" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətinin cavabdeh Qəhrəmanov Ası̇man Musa oğluna qarşı pul tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: "İddiaçı" Məhdud Məsulı̇yyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Qəhrəmanov Ası̇man Musa oğlundan (bundan sonra cavabdeh) xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********42480 olan Samsung Galaxy A70 markalı telefon üçün 576 manat əsas, 172 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********42466 olan Samsung Galaxy A10 markalı telefon üçün 212 manat əsas, 63 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı televizor üçün 1460 manat əsas, 438 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı televizor üçün 1460 manat əsas, 438 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********61794 olan Samsung Galaxy A50 markalı telefon üçün 759 manat əsas, 186 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********14082 olan Samsung Galaxy A50 markalı telefon üçün 684 manat əsas, 114 manat dəbbə pulu olmaqla 6562 manat borc və 30 manat dövlət rüsumu, cəmi 6592 manat məbləğin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh İMEİ kodu **********42480, **********42466, **********61794 və **********14082 olan Samsung Galaxy A70, Samsung Galaxy A10 və 2 ədəd Samsung Galaxy A50 markalı telefon, 2 ədəd Samsung markalı televizor almış və nəticədə 6562 manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 284 manat olan 2 ay müddətinə hər ay 288 manat ödəməklə cəmi 860 manat dəyərində aldığı İMEİ kodu **********42480 olan Samsung Galaxy A70 markalı telefon üçün borcu 576 manat əsas, 172 manat dəbbə pulu, cəmi 748 manat, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 102 manat olan 2 ay müddətinə hər ay 106 manat ödəməklə cəmi 314 manat dəyərində aldığı İMEİ kodu **********42466 olan Samsung Galaxy A10 markalı telefon üçün borcu 212 manat əsas, 63 manat dəbbə pulu, cəmi 275 manat, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 740 manat olan 2 ay müddətinə hər ay 730 manat ödəməklə cəmi 2200 manat dəyərində aldığı Samsung markalı televizor üçün borcu 1460 manat əsas, 438 manat dəbbə pulu, cəmi 1898 manat, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 740 manat olan 2 ay müddətinə hər ay 730 manat ödəməklə cəmi 2200 manat dəyərində aldığı Samsung markalı televizor üçün borcu 1460 manat əsas, 438 manat dəbbə pulu, cəmi 1898 manat, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 69 manat ödəməklə cəmi 828 manat dəyərində aldığı İMEİ kodu **********61794 olan Samsung Galaxy A50 markalı telefon üçün borcu 759 manat əsas, 186 manat dəbbə pulu, cəmi 945 manat, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 149 manat olan 18 ay müddətinə hər ay 38 manat ödəməklə cəmi 833 manat dəyərində aldığı İMEİ kodu **********14082 olan Samsung Galaxy A50 markalı telefon üçün borcu 684 manat əsas, 114 manat dəbbə pulu, cəmi 798 manat təşkil etmiş və müqavilələr üzrə ümumilikdə 2084 manat ödəniş etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlandığı halda müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% faiz həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%ə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı cavabdehdən xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********42480 olan Samsung Galaxy A70 markalı telefon üçün 576 manat əsas, 172 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********42466 olan Samsung Galaxy A10 markalı telefon üçün 212 manat əsas, 63 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı televizor üçün 1460 manat əsas, 438 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı televizor üçün 1460 manat əsas, 438 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********61794 olan Samsung Galaxy A50 markalı telefon üçün 759 manat əsas, 186 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********14082 olan Samsung Galaxy A50 markalı telefon üçün 684 manat əsas, 114 manat dəbbə pulu olmaqla 6562 manat borc və 30 manat dövlət rüsumu, cəmi 6592 manat məbləğin alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddaçı ilə aralarında bağladığı müqavilələrə əsasən iddiaçıdan beş ədəd telefon və iki ədəd televizor almış, bir ədəd telefonun pulunu tamamilə ödəmişdir. Digər telefonlar və televizorlara görə olan borclarının bir hissəsini ödəmişdir. Ölkə ərazisində koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar işi dayandığına görə borclarını tam ödəyə bilməmişdir. O, hazırda heç bir yerdə işləmir və maddi imkanı ağır olduğundan borcunu ödəyə bilmir. O, əsas borcu ödəməyə razıdır. İddiaçı tərəfindən tələb edilən dəbbə pulunun miqdarı isə çox yüksəkdir, onun əsas borcla yanaşı dəbbə pulunu ödəməyə imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. xx xxxx 2019-cu il tarixli 00798465 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 69 manat ödəmək şərti ilə cəmi 828 manat dəyərində İMEİ kodu **********61794 olan Samsung Galaxy A50 markalı telefon satılmışdır. xx xxxxxx 2019-cu il tarixli 00847393 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi 149 manat olan 18 ay müddətinə hər ay 38 manat ödəmək şərti ilə cəmi 833 manat dəyərində İMEİ kodu **********14082 olan Samsung Galaxy A50 markalı telefon satılmışdır. xx xxxxxxxx 2019-cu il tarixli 00890906 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi 284 manat olan 2 ay müddətinə hər ay 288 manat ödəmək şərti ilə cəmi 860 manat dəyərində İMEİ kodu **********42480 olan Samsung Galaxy A70 markalı telefon satılmışdır. xx xxxxxxxx 2019-cu il tarixli 00901532 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi 740 manat olan 2 ay müddətinə hər ay 730 manat ödəmək şərti ilə cəmi 2200 manat dəyərində Samsung markalı televizor satılmışdır. xx xxxxxxxx 2019-cu il tarixli 00901698 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi 102 manat olan 2 ay müddətinə hər ay 106 manat ödəmək şərti ilə cəmi 314 manat dəyərində İMEİ kodu **********42466 olan Samsung Galaxy A10 markalı telefon satılmışdır. xx xxxxxxxx 2019-cu il tarixli 00909671 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi 740 manat olan 2 ay müddətinə hər ay 730 manat ödəmək şərti ilə cəmi 2200 manat dəyərində Samsung markalı televizor satılmışdır. xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərinin və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğlərinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyəti üzrə dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********42480 olan Samsung Galaxy A70 telefonu üçün 860 manat məbləğindən 284 manat ödəniş etmiş, 576 manat əsas və 172 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********42466 olan Samsung Galaxy A10 telefonu üçün 314 manat məbləğindən 102 manat ödəniş etmiş, 212 manat əsas və 63 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə Samsung televizoru üçün 2200 manat məbləğindən 740 manat ödəniş etmiş, 1460 manat əsas və 438 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə Samsung televizoru üçün 2200 manat məbləğindən 740 manat ödəniş etmiş, 1460 manat əsas və 438 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********61794 olan Samsung Galaxy A50 telefonu üçün 828 manat məbləğindən 69 manat ödəniş etmiş, 759 manat əsas və 186 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********61794 olan Samsung Galaxy A50 telefonu üçün 833 manat məbləğindən 149 manat ödəniş etmiş, 684 manat əsas və 114 manat dəbbə pulu olmaqla 2084 manat ödəniş etmiş, 5151 manat əsas, 1411 manat dəbbə pulu, cəmi 6562 manat borcu qalmışdır. xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 284 manat olan 2 ay müddətinə hər ay 288 manat ödəməklə cəmi 860 manat dəyərində İMEİ kodu **********42480 olan Samsung Galaxy A70 markalı telefon, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 102 manat olan 2 ay müddətinə hər ay 106 manat ödəməklə cəmi 314 manat dəyərində İMEİ kodu **********42466 olan Samsung Galaxy A10 markalı telefon, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 740 manat olan 2 ay müddətinə hər ay 730 manat ödəməklə cəmi 2200 manat dəyərində Samsung markalı televizor, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 740 manat olan 2 ay müddətinə hər ay 730 manat ödəməklə cəmi 2200 manat dəyərində Samsung markalı televizor, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 69 manat ödəməklə cəmi 828 manat dəyərində İMEİ kodu **********61794 olan Samsung Galaxy A50 markalı telefon, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 149 manat olan 18 ay müddətinə hər ay 38 manat ödəməklə cəmi 833 manat dəyərində İMEİ kodu **********14082 olan Samsung Galaxy A50 markalı telefon almışdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı tərəfindən əsas borca dəbbə pulu hesablanmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 576 manat əsas və 172 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 212 manat əsas və 63 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 1460 manat əsas və 438 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 1460 manat əsas və 438 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 759 manat əsas və 186 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 684 manat əsas və 114 manat dəbbə pulu borcu qalmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********42480 olan Samsung Galaxy A70 markalı telefon üçün 576 manat əsas, 172 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********42466 olan Samsung Galaxy A10 markalı telefon üçün 212 manat əsas, 63 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı televizor üçün 1460 manat əsas, 438 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı televizor üçün 1460 manat əsas, 438 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********61794 olan Samsung Galaxy A50 markalı telefon üçün 759 manat əsas, 186 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********14082 olan Samsung Galaxy A50 markalı telefon üçün 684 manat əsas, 114 manat dəbbə pulu olmaqla 6562 manat borc və 30 manat dövlət rüsumu, cəmi 6592 manat məbləğin alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx xxxxxxxx 2019-cu il tarixli 00890906 nömrəli müqavilə üzrə 576 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00901698 nömrəli müqavilə üzrə 212 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00901532 nömrəli müqavilə üzrə 1460 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00909671 nömrəli müqavilə üzrə 1460 manat, xx xxxx 2019-cu il tarixli 00798465 nömrəli müqavilə üzrə 759 manat, xx xxxxxx 2019-cu il tarixli 00847393 nömrəli müqavilə üzrə 684 manat borcun, cəmi 5151 manat əsas borcun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması və cavabdehlərin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən xx xxxxxxxx 2019-cu il tarixli 00890906 nömrəli müqavilə üzrə 172 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00901698 nömrəli müqavilə üzrə 63 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00901532 nömrəli müqavilə üzrə 438 manat manat, xx xxxxxxxx 2019-cu il tarixli 00909671 nömrəli müqavilə üzrə 438 manat, xx xxxx 2019-cu il tarixli 00798465 nömrəli müqavilə üzrə 186 manat, xx xxxxxx 2019-cu il tarixli 00847393 nömrəli müqavilə üzrə 114 manat olmaqla, cəmi 1411 manat dəbbə pulunun alınmasına dair hissələri qismən – xx xxxxxxxx 2019-cu il tarixli 00890906 nömrəli müqavilə üzrə 15 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00901698 nömrəli müqavilə üzrə10 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00901532 nömrəli müqavilə üzrə 20 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00909671 nömrəli müqavilə üzrə 20 manat, xx xxxx 2019-cu il tarixli 00798465 nömrəli müqavilə üzrə 15 manat, xx xxxxxx 2019-cu il tarixli 00847393 nömrəli müqavilə üzrə 15 manat dəbbə pulu olmaqla, cəmi 95 manat dəbbə pulu həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Qəhrəmanov Ası̇man Musa oğlundan xx xxxxxxxx 2019-cu il tarixli 00890906 nömrəli müqavilə üzrə 576 manat əsas, 15 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli 00901698 nömrəli müqavilə üzrə 212 manat əsas, 10 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli 00901532 nömrəli müqavilə üzrə 1460 manat əsas, 20 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli 00909671 nömrəli müqavilə üzrə 1460 manat əsas, 20 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli 00798465 nömrəli müqavilə üzrə 759 manat əsas, 15 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli 00847393 nömrəli müqavilə üzrə 684 manat əsas, 15 manat dəbbə pulu olmaqla, 5151 manat əsas, 95 manat dəbbə pulu və 30 manat dövlət rüsumu, cəmi 5276 (beş min iki yüz yetmiş altı) manat məbləğ alınaraq iddiaçı "İddiaçı" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar