Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-488/2020 28.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X10 oğlunun katibliyi ilə Ərizəçi keçmiş əri X2 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək keçmiş əri X2 xx xxxxxx 2015-ci il tarixdə xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, X5 ilə 2009-cu il tarixdən İsmayıllı rayonun Mican kəndində birgə yaşamışlar, xx xxxxxx 2013-cü il tarixdə nikahlarını rəsmləşdirmişlər. xx xxxx 2010-cu il tarixdə X6, xx xxxx 2011-ci il tarixdə X7 və xx xxxxxxx 2013-cü il tarixdə X8 adlı üç uşaqları doğulmuşdur. Birgə yaşadıqları müddətdə münasibətləri normal olmuşdur. Yılmaz Şahin 2015-ci ilin yanvar ayında heç bir məlumat vermədən naməlum şəraitdə onunla birgə yaşadığı evi tərk etmiş və geri qayıtmamışdır. Bir neçə gün sonra bu barədə yaxın ətraflarina xəbər versə də, heç kimin Yılmaz Şahinin harada olması barədə məlumatı olmamışdır. Üç ilə yaxın övladları ilə birgə onun yolunu gözlədikdən sonra nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Yılmaz Şahinlə aralarında bağlanmış nikah pozulmuş, üç uşaq yanında saxlanılmışdır. Ötən beş il altı aydan artıq müddətdə Yılmaz Şahin heç yerdə görünməmiş və onun olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Yılmaz Şahin övladlarına olduqca bağlı olduğundan onun ötən müddət ərzində ailəsi və uşaqları ilə əlaqə saxlamaması, maraqlanmaması onda Şahinin itkin düşməsi şübhəsi yaratmışdır. O, keçmiş ərinin itkin düşməsi ilə bağlı İsmayıllı rayon Polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsi araşdırma apardıqdan sonra onun 2015-ci ilin yanvar ayında yaşadığı ərazini tərk etdiyini və bir daha geri qayıtmadığını müəyyən etmiş və ona Yılmaz Şahinin xəbərsiz itkin düşməsi ilə bağlı məhəkəməyə müraciət etmək məsləhət bilinmişdir. Ona görə də keçmiş əri X2 xx xxxxxx 2015-ci il tarixdə xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Şahid X3 ifadə verərək göstərdi ki, qızı Ərizəçi ilə Yılmaz Şahin 2009-cu il tarixdən İsmayıllı rayonun Mican kəndində ona məxsus evdə birgə yaşamışlar, xx xxxxxx 2013-cü il tarixdə nikahlarını rəsmləşdirmişlər. Onların üç övladı doğulmuşdur. Yılmaz Şahin 2015-ci ilin yanvar ayında heç kimə bildirmədən evdən çıxıb getmiş və geri qayıtmamışdır. Onların yaxın ətrafının da, Yılmaz Şahinin harada olması ilə bağlı məlumatı olmamışdır. Ötən illər ərzində Yılmaz Şahin heç yerdə görünməmiş və onun olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Bu müddətdə Yılmaz Şahin ailəsi və uşaqları ilə əlaqə saxlamamış və maraqlanmamışdır. Ərizəçi keçmiş ərinin itkin düşməsi ilə bağlı İsmayıllı rayon Polis şöbəsinə müraciət etmiş, araşdırma aparıldıqdan sonra Şahinin 2015-ci ilin yanvar ayında yaşadığı ərazini tərk etdiyi və bir daha geri qayıtmadığı müəyyən edilmişdir. Şahid X4 şahid Qənirə Mahmudovanın ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə X2 2015-ci ilin yanvar ayında naməlum şəraitdə xəbərsiz itkin düşdüyünü, həmin vaxtdan sonra onun barəsində hər hansı məlumat alınmadığını bildirdi. AZ-İİ 692174 nömrəli xx xxxx 2011-ci il tarixli, AZ-İİ 692175 nömrəli xx xxxx 2011-ci il tarixli və AZ-İİİ 181392 nömrəli xx xxxxxx 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, ərizəçi ilə əri X2 birgə yaşadıqları müddətdə xx xxxx 2010-cu il tarixdə X6, xx xxxx 2011-ci il tarixdə X7 və xx xxxxxxx 2013cü il tarixdə X8 adlı üç uşaqları doğulmuşdur. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(037)-17 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, ərizəçi ilə əri X5 arasında xx xxxxxx 2010-cu il tarixdə bağlanmış nikah pozulmuş, X6, X7 və X8 ərizəçinin yanında saxlanılmışdır. İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 1963 nömrəli xx xxxx 2020-ci il tarixli arayışından müəyyən edilir ki, Yılmaz Şahin 2015-ci ilin yanvar ayından İsmayıllı şəhərinin (keçmiş Mican kəndi) ərazisində ərizəçinin evində yaşamır. İsmayıllı rayon Polis Şöbəsinin 169-2126-MB nömrəli xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, aparılmış araşdırma zamanı X2 2015-ci ilin yanvar ayında yaşadığı ərazini tərk etdiyi və bir daha geri qayıtmadığı müəyyən edilmişdir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 33/2922 nömrəli xx xxxxxx 2020-ci il tarixli arayışından müəyyən edilir ki, X5 xx.xx.2009-cu il tarixdən-xx.xx.2015-ci il tarixədək ölkəyə giriş-çıxış etmişdir. Yılmaz Şahinə məxsus pasportun surətindən müəyyən edilir ki, o, xx xxxxxx 1978-ci il tarixdə X1 şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi, itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək və qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizəçinin keçmiş əri X2 2015-cu ilin yanvar ayında naməlum şəraitdə evdən çıxmaqla geri qayıtmadığı, ötən müddət ərzində harada olduğunun məlum olmadığı, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən aparılmış araşıdrma zamanı da Yılmaz Şahinin 2015-ci ilin yanvar ayında yaşadığı ərazini tərk etdiyi və bir daha geri qayıtmadığı müəyyən edildiyindən, onun xəbərsiz itkin düşdüyünü təsdiq edən kifayət qədər əsaslar olduğundan ərizə təmin edilməli, X2 xx xxxxxx 2015-ci il tarixdə xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx xxxxxx 1978-ci il tarixdə X1 şəhərində anadan olmuş X5 xx xxxxxx 2015-ci il tarixdə xəbərsiz itkin düşmüş hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-488/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-488/2020
28.08.2020 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver