Məhkəmə qərarları › İş №2(037)-493/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-493/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-493/2020 05.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı “Unibank” Kommersiya Bankı X4nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: “Unibank” KB X4 (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 2658 manat 23 qəpik əsas, 96 manat 49 qəpik faiz, 84 qəpik cərimə - cəmi 2755 (iki min yeddi yüz əlli beş) manat 56 (əlli altı) qəpik borc və 30 (otuz) manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını qərara almışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 72 ay müddətinə illik 12 % ödəmək şərti ilə 3060 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Cavabdehlə mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar fayda verməmişdir. İddiaçı cavabdehdən 2658,23 manat əsas, 96,49 manat faiz və 84 qəpik cərimə olmaqla, cəmi 2755,56 manat borcun və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahat verərək göstərdi ki, götürdüyü krediti 2020-ci ilin mart ayınadək ödəniş cədvəlinə uyğun ödəmişdir. Dünyada baş verən məlum pandemiya ilə bağlı iş olmadığından kredit borcunu ödəyə bilməmişdir. Müəyyən vaxt verilərsə borcunu hissə-hissə ödəyə bilər. İş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. xx xxxxxx 2018-ci il tarixli 1243nkİSML/18 nömrəli kredit müqaviləsindən görünür ki, həmin tarixdəiddiaçı tərəfindən cavabdehə 72 ay müddətinə xx xxxxxx 2024-cü il tarixədək illik 12 % ödəmək şərti ilə 3060 (üç min altmış) manat kredit verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən “Borcalan” kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 (bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “Borcalan”a qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyin hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik-40% miqdarında və kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 40%-dək miqdarında cərimə tətbiq edir. 1243nkİSML/18 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2024-cü il tarixədək 72 ay ərzində hər ay 60 manat ödəniş etməklə 3060 manat əsas və 1256,7 manat faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Çıxarışdan görünür ki, cavabdehə xx xxxxxx 2018-ci il tarixli 1243nkİSML/18 nömrəli kredit müqaviləsi üzrə həmin tarixdə 3060 manat məbləğində kredit verilmişdir. Bildirişin surətindən görünür ki, cavabdehdən xx xxxxx 2020-ci il tarixə 1243nkİSML/18 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2658,23 manat əsas, 54,21 manat faiz, 0,84 manat cərimə - cəmi 2713,28 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx xxxx 2020-ci il tarixli UB-BANK/PİKMD/900281 nömrəli arayışdan görünür ki, cavabdehin 1243nkİSML/18 nömrəli kredit müqaviləsi üzrə 2658,23 manat əsas, 96,49 manat faiz, 0,84 manat cərimə – cəmi 2755,56 manat kredit borcu vardır. xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 72 ay müddətinə illik 12 % ödəmək şərti ilə 3060 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti qaytarmağı öhdəsinə götürsə də müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin müqavilə üzrə 2658 manat 23 qəpik əsas, 96 manat 49 qəpik faiz və 84 qəpik cərimə borcu yaranmışdır. İddiaçı 2658 manat 23 qəpik əsas, 96 manat 49 qəpik faiz, 84 qəpik cərimə və 30 manat dövlət rüsumu – cəmi 2785 (iki min yeddi yüz səksən beş) manat 56 (əlli altı) qəpik borc məbləğinin cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh maddi imkanı olmadığından kredit borcunu müqavilənin şərtlərinə uyğun ödəyə bilmədiyini göstərərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2658 manat 23 qəpik əsas, 96 manat 49 qəpik faiz, 84 qəpik cərimə, 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 2785 (iki min yeddi yüz səksən beş) manat 56 (əlli altı) qəpik borc məbləği alınaraq “Unibank” Kommersiya Bankı X4nin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar