Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-494/2020 05.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı “xxxxxxx” Kommersiya Bankı X4nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: “xxxxxxx” KB X4 (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 2163 manat 60 qəpik əsas, 211 manat 87 qəpik faiz, 04 manat cərimə - cəmi 2379 (iki min üç yüz yetmiş doqquz) manat 47 (qırx yeddi) qəpik borc və 30 (otuz) manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını qərara almışdır. İddia tələbini onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 18 % ödəmək şərti ilə 2229 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Cavabdehlə mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar fayda verməmişdir. İddiaçı cavabdehdən 2163 manat 60 qəpik əsas, 211 manat 87 qəpik faiz, 04 manat cərimə olmaqla, cəmi 2379,47 manat borcun və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, 2014-cü ildə “xxxxxxx” KB ASC-dən kredit götürmüşdür. Kredit borcunu müəyyən olunmuş qrafikə uyğun ödəyə bilməmişdir. Onun kredit borcu 2019-cu ilin fevral ayında Prezidentin verdiyi məlum Fərmanın təsir dairəsinə düşmüş və o, xx xxxxxxxx 2019-cu il tarixdə yeni müqavilə bağlayaraq 1577 manat kredit borcu olmasına dair sənədə imza etmişdir. Hazırda iddiaçının tələb etdiyi miqdarda onun kredit borcu yoxdur. İş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. xx xxxxxxxx 2019-cu il tarixli ərizənin surətindən cavabdeh “xxxxxxx” KB ASC-yə müraciət edərək ona istehlak məqsədləri üçün 48 ay müddətinə illik 18 % olmaqla 2229 manat məbləğində kredit verilməsini xahiş etmişdir. xx xxxxxxxx 2019-cu il tarixli 551nkİSML/19 nömrəli kredit müqaviləsindən görünür ki, həmin tarixdəiddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə xx xxxxxxxx 2023-cü il tarixədək illik 18 % ödəmək şərti ilə 2229 (iki min iki yüz iyirmi doqquz) manat kredit verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən “Borcalan” kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 (bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “Borcalan”a qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyin hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik-40% miqdarında cərimə tətbiq edir. 551nkİSML/19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2023-cü il tarixədək 48 ay ərzində hər ay 66 manat ödəniş etməklə 2229 manat əsas və 914,1 manat faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Çıxarışdan görünür ki, cavabdehə xx xxxxxxxx 2019-cu il tarixli 551nkİSML/19 nömrəli kredit müqaviləsi üzrə həmin tarixdə 2229 manat məbləğində kredit verilmişdir. Bildirişin surətindən görünür ki, cavabdehdən xx xxxxx 2020-ci il tarixə xx xxxxxxxx 2019-cu il tarixli 551nkİSML/19 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2163,6 manat əsas, 142,98 manat faiz, 04 manat cərimə - cəmi 2310,58 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx xxxx 2020-ci il tarixli UB-BANK/PİKMD/900272 nömrəli arayışdan görünür ki, cavabdehin 551nkİSML/19 nömrəli kredit müqaviləsi üzrə 2163 manat 60 qəpik əsas, 211 manat 87 qəpik faiz, 04 manat cərimə – cəmi 2379,47 manat kredit borcu vardır. xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin müraciətinə əsasən xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi ilə cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 18 % ödəmək şərti ilə 2229 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti qaytarmağı öhdəsinə götürsə də müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin müqavilə üzrə 2163 manat 60 qəpik əsas, 211 manat 87 qəpik faiz və 04 manat cərimə borcu yaranmışdır. İddiaçı 2163 manat 60 qəpik əsas, 211 manat 87 qəpik faiz, 04 manat cərimə və 30 manat dövlət rüsumu – cəmi 2409 (iki min dörd yüz doqquz) manat 47 (qırx yeddi) qəpik borc məbləğinin cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2163 manat 60 qəpik əsas, 211 manat 87 qəpik faiz, 04 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 2409 (iki min dörd yüz doqquz) manat 47 (qırx yeddi) qəpik borc məbləği alınaraq “xxxxxxx” Kommersiya Bankı X4nin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-494/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-494/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver