Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-494/2023 12.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 12 may 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək mobil nəzarət qurğusunun dəyəri olan 2277,40 manat vəsaitin cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi - böyük icra məmuru (probasiya üzrə) Nümayəndə iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 1(037)-36/2021 nömrəli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 07 ay 19 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 04 avqust 2021-ci il tarixdə cavabdehə elektron nəzarət vasitəsi tətbiq olunmuş və ona müvafiq aktla 01 ədəd “Şans” markalı ENV komplekti təhvil verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 7(037)-50/2021 nömrəli qərarı ilə “8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndini təsiri altına düşdüyü üçün cəzası 01 il müddətə azaldılmışdır. Cavabdehin mobil nəzarət qurğusu siqnal ötürülməməsi səbəbindən bir neçə dəfə dəyişdirilmiş, ona 27 oktyabr 2022-ci il tarixdə 35654339 nömrəli "Attenti" markalı ENV tətbiq olunmuş, daha sonra isə nəzarət qurğusu izləmə məlumatlarının ötürməməsi səbəbindən 15 noyabr 2022-ci il tarixdə 35631205 nömrəli "Attenti" markalı ENV ilə əvəz olunmuşdur. 23 fevral 2023-cü il tarixdə cavabdehin cəza müddəti bitməsi səbəbindən tətbiq olunmuş ENV təhvil götürülərək, Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin 35654339 nömrəli "Attenti" markalı ENV-nin vəziyyəti haqqında ED000123 nömrəli rəyində qeyd olunmuşdur ki, ana platada radiopelektron antenanın pini zədələnib, yanğın izi var, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. Cavabdehin mülki məsuliyyətsizliyindən elektron nəzarət vasitəsi yararsız vəziyyətə salınmışdır. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin zədələnmiş avadanlığın 01 ədədinin dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehdən mobil nəzarət qurğusunun dəyəri olan 2277,40 manat vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 1(037)-36/2021 nömrəli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 228.1-ci maddəsi ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 228.4-cü maddəsi ilə 06 ay müddətə əsasən qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 04 avqust 2021-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 7(037)-50/2021 nömrəli qərarının surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 1(037)-36/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il il 07 ay 19 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh çəkilməmiş cəzası 01 il azaldılmışdır. 27 oktyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh elektron qurğusuna baxış keçirən zaman mobil qurğunun, elektron qolbağın korpusunda hər hansı bir zədə və müdaxilə aşkar olunmamış, lakin mobil qurğu enerji yığmadığı, sönməsi və Monitorinq Mərkəzinə izləmə məlumatların ötürmədiyi texniki səbəbdən irəli gəldiyi müəyyən edilmişdir. Həmin tarixdə 35654339 nömrəli "Attenti" markalı mobil qurğu ilə əvəz edilmişdir. 15 noyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh 35654339 nömrəli "Attenti" markalı elektron qurğusuna baxış keçirən zaman mobil qurğunun və mobil qolbağın korpusunda hər hansı bir zədə və müdaxilə aşkar olunmamış, lakin mobil qurğu enerji yığmadığı səbəbindən sönməsi və Monitorinq Mərkəzinə izləmə məlumatların ötürmədiyi texniki səbəbdən irəli gəldiyi müəyyən edilmişdir. Həmin tarixdə 35631205 nömrəli "Attenti" markalı elektron nəzarət vasitəsi komplekti ilə əvəz edilmişdir. 07 dekabr 2022-ci il tarixli, ED 000123 nömrəli “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” texniki rəyin surətindən görünür ki, məhkum Cavabdeh üzərinə quraşdırılmış “Attenti V6” markalı 35654339 nömrəli elektron nəzarət vasitəsinə texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ana platada radiopelektron antenanın pini zədələndiyi, yanğın izi olduğu, təmirinin mümkün olmadığı və istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin 06 avqust 2021-ci il tarixli D-8/181 nömrəli məktubun surətindən görünür ki, elektron qolbaq mobil nəzarət qurğusunun dəyəri 2277,40 manat məbləğindədir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 1(037)-36/2021 nömrəli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 228.1-ci maddəsi ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 228.4-cü maddəsi ilə 06 ay müddətə əsasən qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 04 avqust 2021-ci il tarixli protokola əsasən cavabdehə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 7(037)-50/2021 nömrəli qərarı ilə İsmayıllı Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 1(037)-36/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il il 07 ay 19 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş cavabdehin çəkilməmiş cəzası 01 il azaldılmışdır. 27 oktyabr 2022-ci il tarixli protokola əsasən cavabdehin elektron qurğusuna baxış keçirən zaman mobil qurğunun, elektron qolbağın korpusunda hər hansı bir zədə və müdaxilə aşkar olunmamış, lakin mobil qurğu enerji yığmadığı, sönməsi və Monitorinq Mərkəzinə izləmə məlumatların ötürmədiyi texniki səbəbdən irəli gəldiyi müəyyən edilmişdir. Həmin tarixdə 35654339 nömrəli "Attenti" markalı mobil qurğu ilə əvəz edilmişdir. 15 noyabr 2022-ci il tarixli protokola əsasən cavabdehin 35654339 nömrəli "Attenti" markalı elektron qurğusuna baxış keçirən zaman mobil qurğunun və mobil qolbağın korpusunda hər hansı bir zədə və müdaxilə aşkar olunmamış, lakin mobil qurğu enerji yığmadığı səbəbindən sönməsi və Monitorinq Mərkəzinə izləmə məlumatların ötürmədiyi texniki səbəbdən irəli gəldiyi müəyyən edilmişdir. Həmin tarixdə 35631205 nömrəli "Attenti" markalı elektron nəzarət vasitəsi komplekti ilə əvəz edilmişdir. 07 dekabr 2022-ci il tarixli, ED 000123 nömrəli “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” texniki rəylə cavabdehin üzərinə quraşdırılmış “Attenti V6” markalı 35654339 nömrəli elektron nəzarət vasitəsinə texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ana platada radiopelektron antenanın pini zədələndiyi, yanğın izi olduğu, təmirinin mümkün olmadığı və istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin 06 avqust 2021-ci il tarixli D-8/181 nömrəli məktubun surətindən görünür ki, elektron qolbaq mobil nəzarət qurğusunun dəyəri 2277,40 manat məbləğindədir. İddiaçı cavabdehdən mobil nəzarət qurğusunun dəyəri olan 2277,40 manat vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına verilməsini tələb edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarıından görünür ki, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsi və bununla bağlı hüquqazidd hərəkətləri nəticəsində üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmaqla 2277,40 manat miqdarında maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, 2277,40 manat miqdarında maddi ziyan məbləğinə görə məhz cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığına görə iddia tələbi təmin edilməli, cavabdehdən 2277,40 manat maddi ziyan məbləği alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla cavabdehdən 42,77 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh mobil nəzarət qurğusunun dəyəri olan 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik vəsait alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına (X1, Müxbir hesab: AZ41NABZ********************, VÖEN: **********, KOD 210005, SWİFT: CTREAZ 22, Bakı şəhər Maliyyə İdarəsi, H/H AZ66CTRE********************, VÖEN **********, Büdcə səviyyəsinin kodu: 1, Büdcə təsnifatının kodu: 142330) ödənilsin. Cavabdeh 42 (qırx iki) manat 77 (yetmiş yeddi) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-494/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-494/2023
12.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver