Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-501/2024 03.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 03 iyun 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3250 manat məbləğinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Qalacıq kəndində anadan olmaqla son 5-6 aya qədər həmin kənddə valideynləri və digər ailə üzvüləri ilə birlikdə yaşamışdır. Həmin evdə yaşayarkan Günel Xanadanova ilə ailə qurmuşdur. Məlum torpaq islahatları zamanı onun və ailə üzvüləri olan nənəsi Nüybər Xanadanova, bibisi Elmira Abbasova, atası Hətəm Xanadanov,anası Xanım Xanadanova, bacısı Turac Xanadanova və onun birgə mülkiyyətlərinə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 68 saylı qərarına uyğun olaraq İsmayıllı rayon Qalacıq kəndi ərazisindən müxtəlif yerlərdə 1,2732, 2.2844 və 0,3222 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. DƏDRX tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli çıxarış üzrə 0,3222 ha torpaq sahəsinin 0.255 ha hissəsi onun razılığı ilə cəmi 15900 manat məbləğinə İsmayıllı rayon dövlət notariat kontorunda 27 mart 2014-cü ildə təsdiq edilmiş və reyestrdə 43-1/163 nömrə ilə qeydə alınmış AN-l № ******* nömrэli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi"nə əsasən və DƏDRX tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********81 olan çıxarış üzrə 1,2732 ha əkin torpaq sahəsi onun və digər mülkiyyətçilərin razılıqları ilə cəmi 4200 manat məbləğinə İsmayıllı rayon dövlət notariat kontorunda 09 iyun 2015-ci ildə təsdiq edilmiş və reyestrdə 43-430 nömrə ilə qeydə alınmış AN-№ NQ ******* nömrəli "Daşınmaz əmlakın alğı-satqı müqaviləsi" nə əsasən bütün satıcılar adından etibarnamə əsasında nümayəndə olan cavabdeh - əmisi Cavabdeh tərəfindən satılmışdır. Cavabdeh hər iki torpaq sahəsinin satışından əldə edilən məbləğlərin onun payına düşən 2650 manat və 1,2732 hektar torpaq sahəsinin satışından onun payına düşən 4200:21=200 x 3=600 manatnı,cəmi 3250 manat məbləğini ona verməmişdir.Torpaqların satışından əldə edilən pul vəsaitləri alıcılardan cavabdeh tərəfindən alınmışdır. Lakin puldan digar satıcılara ödənilib-ödənilmədiyindən xəbəri yoxdur. Ancaq cavabdeh ona çatan məbləğin əvəzində İsmayıllı rayon Qalacıq kəndində həyat yoldaşı və digər ailə üzvüləri ilə yaşadığı,cavabdehin anası,yəni nənəsi Nüybər Xanadanovanın adında olan fərdi yaşayış evinin onun adına rəsmiləşdirilməklə əvəzlənəcəyinə söz vermişdir. O, bununla razılaşmış və gözləmişdir. Cavabdehdən rəsmiləşdirməni tələb etdikdə gah vaxtının olmadığını,gah yaxın vaxtlarda başlayacağını bildirməklə vaxtı uzatmışdır. Təqribən 5-6 ay əvvəl bu məsələ ilə bağlı və digər narazılıqlarla bağlı ailədə yaranmış söz-söhbətə görə onu və həyat yoldaşını uşaqları ilə birlikdə evdən çıxarıb qovmuşlar və cavabdeh onun adına heç bir fərdi yaşayış evinin rəsmiləşdirilməsinin olmayacağını bildirmişdir.Belə olduğu təqdirdə o cavabdehdən ona çatası 3250 manat məbləğinin alınaraq ona ödənilməsini tələb etmişdir. Cavabdeh isə pulu verməkdən qəti surətdə imtina etmişdir.Beləliklə də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Ona görə də Cavabdeh 3250 manat məbləğinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə nümayəndəsi/arvadı X8 təmsil etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi/arvadı X8 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, İsmayıllı rayonu, Qalacıq kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhərində yaşayır.Tural onun qardaşı oğludur, Günel isə qardaşının gəlinidir. Tural artıq üçüncü dəfə ailə qurmuş, evlənərkən Güneli atası evinə,hazırda isə anasına məxsus evə gəlin gətirmişdir. Lakin Günel anasını və şəhid qardaşını təhqir etdiyindən anası onları evdən çıxarmışdır. Məlum torpaq islahatları zamanı anası Nüybər Xanadanova, bacısı Elmira Abbasova, qardaşı Hətəm Xanadanov, qardaşı arvadı Xanım Xanadanova, qardaşı qızı Turac Xanadanova və qardaşı oğlu İddiaçı ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 68 saylı qərarına uyğun olaraq İsmayıllı rayon Qalacıq kəndi ərazisindən müxtəlif yerlərdə 1,2732, 2.2844 və 0,3222 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. DƏDRX tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan RX seriyalı ******* nömrəli çıxarış üzrə 0,3222 ha torpaq sahəsi İsmayıllı rayon Dövlət notariat kontorunda 27 mart 2014-cü ildə təsdiq edilmiş və reyestrdə 4Ə-1/163 nömrə ilə qeydə alınmış AN-l № ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi"nə əsasən birgə mülkiyyətçilərin özləri tərəfindən müqavilədə alıcı qismində iştirak edən Arif Kərimov, Şərif Qurbanəliyev və Bayraməli Məmmədova satılmışdır. Qeyd edilən alğı-satqı müqaviləsində tərəf qismində və eyni zamanda pulun alınıb verilməsində iştirak etməmişdir. Həmin alğı-satqı müqaviləsi üzrə satılan torpaq sahəsinin dəyəri alıcı tərəfindən birgə mülkiyyətçilərə ödənilmişdir. Bundan əlavə DƏDRX tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********81 olan çıxarış üzrə 1,2732 ha əkin torpaq sahəsi birgə mülkiyyətçilərin razılıqları ilə onların adından verilmiş etibarnamə əsasında İsmayıllı rayon Dövlət notariat kontorunda 09 iyun 2015-ci ildə təsdiq edilmiş və reyestrdə 4Ə-430 nömrə ilə qeydə alınmış AN-İ № ******* nömrəli "Daşınmaz əmlakın alğı-satqı müqaviləsi" də tərəf qismində iştirak etsə də, pulun alınıb verilməsində iştirak etməmişdir. Qeyd edilən müqavilə üzrə birgə mülkiyyətçilərə ödənilməli olan pul alıcının özü tərəfindən birgə mülkiyyətçilərə verilmiş və birgə mülkiyyətçilər pulu öz aralarında bölmüşlər. Satılan torpaq sahələrindən digər mülkiyyətçi ilə Turalın da payına düşən hissələrin pulu verilmişdir. Əgər satılan torpaq sahələrindən Turala çatan payın pulu verilməsəydi,ötən on ilə yaxın müddət ərzində Tural həmin məsələni mübahisələndirərdi.Günel Tural ilə ailə qurduqdan sonra onlar arasında münasibətlər kəskinləşdikdən sonra bu məsələni qaldırmışdır. O,iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib,iddia ərizəsini, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli,xx.xx.2012-ci il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin sürətindən görünür ki, İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 0.3222 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, X10, X11,X5,İddiaçı və X6 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli,xx.xx.2012-ci il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin sürətindən görünür ki, İsmayıllı rayonu,Qalacıq kəndində yerləşən 2.2844 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9,X10,X11,X5, İddiaçı və X6 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan İsmayıllı rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə- 1/163 nömrə ilə qeydə alınmış 27 mart 2014-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2012-ci il tarixində verilmiş,qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********79 olan RX seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən 0.3222 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi müqavildə satıcı qismində iştirak edən X10,X11, X5,İddiaçı və X14 tərəfindən müqavilədə alıcı qismində iştirak edən X12, X4 və X1 5300 manata satmışlar və müqavilə hər iki tərəfdən imza edilmişdir. İşdə olan İsmayıllı rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə- 430 nömrə ilə qeydə alınmış 09 iyun 2015-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2012-ci il tarixində verilmiş,qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********81 olan çıxarışa əsasən İsmayıllı rayonu,Qalacıq kəndi ərazisində yerləşən 1.2732 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, X10,X11,X5, İddiaçı və X2 adından verilmiş etibarnamə əsasında müqavilədə satıcı qismində iştirak edən Cavabdeh tərəfindən müqavilədə alıcı qismində X3 adından etibarnamə əsasında iştirak edən X7 4200 manata satılmışdır və müqavilə hər iki tərəfdən imza edilmişdir. Beləliklə,məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli,xx.xx.2012-ci il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı rayonu, Qalacıq kəndində yerləşən 0.3222 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9,X10,X11,X5,İddiaçı və X6 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan əlavə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı rayonu,Qalacıq kəndində yerləşən 2.2844 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9,X10,X11,X5,İddiaçı və X6 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İsmayıllı rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-1/163 nömrə ilə qeydə alınmış 27 mart 2014-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2012-ci il tarixində verilmiş,qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********79 olan RX seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı rayonu,Qalacıq kəndi ərazisində yerləşən 0.3222 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi müqavildə satıcı qismində iştirak edən X10,X11, X5, İddiaçı və X14 tərəfindən müqavilədə alıcı qismində iştirak edən X12, X4 və X1 5300 manata satılmışdır. Eyni zamanda İsmayıllı rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-430 nömrə ilə qeydə alınmış 09 iyun 2015-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2012-ci il tarixində verilmiş,qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********81 olan çıxarışa əsasən İsmayıllı rayonu,Qalacıq kəndi ərazisində yerləşən 1.2732 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9,X10, X11,X5, İddiaçı və X2 adından verilmiş etibarnamə əsasında müqavilədə satıcı qismində iştirak edən Cavabdeh tərəfindən müqavilədə alıcı qismində iştirak edən X3 adından etibarnamə əsasında çıxış edən X7 4200 manata satılmışdır. Hazırda iddiaçı cavabdehdən 3250 manat məbləğinin alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh tərəf isə iddianı qəbul etmir və torpaq sahələrinin satışına dair AN-İ № ******* tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin mülkiyyətçilərin özləri ilə alıcı arasında bağlandığını, onun həmin alğı-satqı müqaviləsində iştirak etmədiyini, pulun mülkiyyətçilərin özləri tərəfindən alınaraq bölündüyünü, eyni zamanda AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsində mülkiyyətçilərin adından etibarnamə əsasında satıcı qismində iştirak etsə də, həmin müqavilə üzrə mülkiyyətçilərə çatan vəsaitin alınıb verilməsində iştirak etmədiyini, pulun alıcı tərəfindən mülkiyyətçilərə verildiyini və mülkiyyətçilərin özləri tərəfindən aralarında bölündüyünü bildirir və iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş edir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra də öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi kimi sayılması göstərilmişdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə öhdəliyi olsa da, araşdırma zamanı iddiaçı tərəfindən istinad etdiyi hallar sübut olunmamışdır. Belə ki, notariat ofisində təsdiq edilmiş alğı-satqı müqavilərinə əsasən mübahisəli torpaq sahələri birgə mülkiyyətçilərin razılığı ilə satılmışdır. Bu işin mübahisəsiz halıdır. Eyni zamanda tərəflər ötən on il ərzində alğı-satqı müqavilələrini mübahisələndirməmişlər. İddiaçı torpaq sahələrinin satışından əldə edilmiş onun payına çatan pulun cavabdeh tərəfindən ona verilmədiyini bildirir, cavabdeh isə torpaq sahələrinin satışına dair AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin mülkiyyətçilərin özləri ilə alıcı arasında bağlandığını, onun həmin alğı-satqı müqaviləsində iştirak etmədiyini, həmin alğı-satqı müqaviləsi üzrə pulun mülkiyyətçilərin özləri tərəfindən alınaraq bölündüyünü, eyni zamanda AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsində mülkiyyətçilərin adından etibarnamə əsasında satıcı qismində iştirak etsə də, həmin müqavilə üzrə mülkiyyətçilərə çatan vəsaitin alınıb verilməsində iştirak etmədiyini, pulun alıcı tərəfindən mülkiyyətçilərə verildiyini və mülkiyyətçilərin özləri tərəfindən aralarında bölündüyünü bildirir. İddiaçı torpaq sahələrinin satışından əldə edilmiş onun payına çatan pulun cavabdeh tərəfindən ona verilmədiyini bildirsə də, həmin pulun cavabdeh tərəfindən ona ödənilməməsini sübut edə bilməmişdir. Bu halda sübut etmə yükü iddiaçının üzərinə düşür. Eyni zamanda iddiaçı iddia ərizəsində hər iki alğı-satqı müqaviləsi nəticəsində satışdan əldə olunmuş pulun ona verilmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş aığı-satqı müqaviləsindən görünür ki, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsini mülkiyyətçilərin özləri, eyni zamanda da hazırki tələb üzrə İddiaçı şəxsən imza edərək bağlamış, digər alğı-satqı müqaviləsində isə mülkiyyətçilər özləri iştirak etmiş və keçən on ilə yaxın müddətdə heç biri tərəfindən pulun ödənilməsi ilə bağlı mübahisə olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki,mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir.Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil,yalnız hüquqi əhəmiyyət daşıyan,yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların,yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir.Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir.Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini,sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada çəkilmiş məhkəmə xərclərinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-501/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-501/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver