Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-503/2020 07.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə Samsung markalı televizor üçün 1468 manat əsas borc, 440 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********78320 olan iPhone Xs markalı telefon üçün 1394 manat əsas borc, 418 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********23667 olan Samsung Galaxy A50 markalı telefon üçün 704 manat əsas borc, 172 manat dəbbə pulu olmaqla 4596 manat borc və 30 manat dövlət rüsumu, cəmi 4626 manat məbləğin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh Samsung markalı televizor, İMEİ kodu **********78320 olan iPhone Xs və İMEİ kodu **********23667 olan Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 4596 manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 733 manat olan 2 ay müddətinə hər ay 734 manat ödəməklə cəmi 2201 manat dəyərində aldığı Samsung markalı televizor üçün borcu 1468 manat əsas borc, 440 manat dəbbə pulu, cəmi 1908 manat, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 696 manat olan 2 ay müddətinə hər ay 697 manat ödəməklə cəmi 2090 manat dəyərində aldığı İMEİ kodu **********78320 olan iPhone Xs markalı telefon üçün borcu 1394 manat əsas borc, 418 manat dəbbə pulu, cəmi 1812 manat, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 64 manat ödəməklə cəmi 768 manat dəyərində aldığı İMEİ kodu **********23667 olan Samsung Galaxy A50 markalı telefon üçün borcu 704 manat əsas borc, 172 manat dəbbə pulu, cəmi 876 manat təşkil etmiş və müqavilələr üzrə ümumilikdə 1493 manat ödəniş etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlandığı halda müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% faiz həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-ə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı cavabdehdən xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə Samsung markalı televizor üçün 1468 manat əsas borc, 440 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********78320 olan iPhone Xs markalı telefon üçün 1394 manat əsas borc, 418 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********23667 olan Samsung Galaxy A50 markalı telefon üçün 704 manat əsas borc, 172 manat dəbbə pulu olmaqla 4596 manat borc və 30 manat dövlət rüsumu, cəmi 4626 manat məbləğin alınaraq onun xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyətinə münasibət bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxış iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. xx xxxxxx 2019-cu il tarixli 00837012 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 64 manat ödəmək şərti ilə cəmi 768 manat dəyərində İMEİ kodu **********23667 olan Samsung Galaxy A50 markalı telefon satılmışdır. xx xxxxxxxx 2019-cu il tarixli 00898511 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi 733 manat olan 2 ay müddətinə hər ay 734 manat ödəmək şərti ilə cəmi 2201 manat dəyərində Samsung markalı televizor satılmışdır. xx xxxxxxxx 2019-cu il tarixli 00901380 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi 696 manat olan 2 ay müddətinə hər ay 697 manat ödəmək şərti ilə cəmi 2090 manat dəyərində İMEİ kodu **********78320 olan iPhone Xs markalı telefon satılmışdır. xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərinin və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğlərinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyəti üzrə dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə Samsung markalı televizor üçün 2201 manat məbləğindən 733 manat ödəniş etmiş, 1468 manat əsas borc və 440 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********78320 olan iPhone Xs markalı telefon üçün 2090 manat məbləğindən 696 manat ödəniş etmiş, 1394 manat əsas borc və 418 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********23667 olan Samsung Galaxy A50 markalı telefon üçün 768 manat məbləğindən 64 manat ödəniş etmiş, 704 manat əsas borc və 172 manat dəbbə pulu olmaqla 1493 manat ödəniş etmiş, 3566 manat əsas borc, 1030 manat dəbbə pulu, cəmi 4596 manat borcu qalmışdır. xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 733 manat olan 2 ay müddətinə hər ay 734 manat ödəməklə cəmi 2201 manat dəyərində Samsung markalı televizor, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 696 manat olan 2 ay müddətinə hər ay 697 manat ödəməklə cəmi 2090 manat dəyərində İMEİ kodu **********78320 olan iPhone Xs markalı telefon, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 64 manat ödəməklə cəmi 768 manat dəyərində İMEİ kodu **********23667 olan Samsung Galaxy A50 markalı telefon almışdır. Cavabdeh müqavilələrdən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı tərəfindən əsas borca dəbbə pulu hesablanmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 1468 manat əsas borc və 440 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 1394 manat əsas borc və 418 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 704 manat əsas borc və 172 manat dəbbə pulu borcu qalmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə Samsung markalı televizor üçün 1468 manat əsas borc, 440 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********78320 olan iPhone Xs markalı telefon üçün 1394 manat əsas borc, 418 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********23667 olan Samsung Galaxy A50 markalı telefon üçün 704 manat əsas borc, 172 manat dəbbə pulu olmaqla 4596 manat borc və 30 manat dövlət rüsumu, cəmi 4626 manat məbləğin alınaraq onun xeyrinə ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx xxxxxxxx 2019-cu il tarixli 00898511 nömrəli müqavilə üzrə 1468 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00901698 nömrəli müqavilə üzrə 1394 manat, xx xxxxxx 2019-cu il tarixli 00837012 nömrəli müqavilə üzrə 704 manat, cəmi 3566 manat əsas borcun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması və cavabdehlərin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən xx xxxxxxxx 2019-cu il tarixli 00898511 nömrəli müqavilə üzrə 440 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00901698 nömrəli müqavilə üzrə 418 manat, xx xxxxxx 2019-cu il tarixli 00837012 nömrəli müqavilə üzrə 172 manat manat dəbbə pulunun alınmasına dair hissələri qismən – xx xxxxxxxx 2019-cu il tarixli 00898511 nömrəli müqavilə üzrə 65 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00901698 nömrəli müqavilə üzrə 60 manat, xx xxxxxx 2019-cu il tarixli 00837012 nömrəli müqavilə üzrə 25 manat dəbbə pulu olmaqla, cəmi 150 manat dəbbə pulu həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli 00898511 nömrəli müqavilə üzrə 1468 manat əsas borc, 65 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli 00901698 nömrəli müqavilə üzrə 1394 manat əsas borc, 60 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli 00837012 nömrəli müqavilə üzrə 704 manat əsas borc, 25 manat dəbbə pulu olmaqla, 3566 manat əsas borc, 150 manat dəbbə pulu və 30 manat dövlət rüsumu, cəmi 3746 (üç min yeddi yüz qırx altı) manat məbləğ alınaraq iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-503/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-503/2020
07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver