Məhkəmə qərarları › İş №2(037)-513/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-513/2024

15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-513/2024 15.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı 6 saylı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin cavabdeh Kərı̇ mova Züleyxa Sarxan qızına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 15 may 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 6 saylı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Kərı̇ mova Züleyxa Sarxan qızından (bundan sonra cavabdeh) 327,03 manat maddi ziyan məbləğinin alınaraq 6 saylı Regı̇ onal X1 hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh meşə fonduna qanunsuz ağackəsmə nəticəsində 19 aprel 2023-cü il tarixli 005510 saylı akta əsasən 203,15 manat və 02 iyun 2023-cü il tarixli 005580 saylı akta əsasən 123,88 manat maddi ziyan vurmuşdur. Beləliklə cavabdeh ümumilikdə meşə fonduna 327,03 manat maddi ziyan vurmuşdur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə rəsmi və şifahi müraciət olunmuş, lakin cavabdeh dəymiş ziyanın ödənilməsini təmin etməmişdir. Cavabdehdən 327,03 manat maddi ziyan məbləğinin alınaraq 6 saylı Regı̇ onal X1 hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, qanunsuz ağac kəsməmişdir. O, ancaq kəsilmiş ağacın qol-budaq hissəsini götürmüşdür. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 19 aprel 2023-cü il tarixli 005510 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş həcm qiymət cədvəlinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 19 aprel 2023-cü il tarixdə Qalınçaq meşəbəyliyinin 7 saylı dolayının meşə gözətçisinin yazılı məlumatına əsasən araşdırılma aparılan zaman İsmayıllı rayon Qalınçaq kənd sakini Kərı̇ mova Züleyxa Sarxan qızı tərəfindən qeyri-qanuni olaraq cəmi 52 ağacın kəsilib doğranıldığı aşkar edilmiş və maddi ziyan məbləği hesablanaraq 203,15 manat olduğu müəyyən edilmişdir. Cavabdeh həmin aktla tanış olmuş və həmin aktı imzalamaqdan imtina etmişdır. 02 iyun 2023-cü il tarixli ******* nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş həcm qiymət cədvəlinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 02 iyun 2023-cü il tarixdə Qalınçaq meşəbəyliyinin 7 saylı dolayının meşə gözətçisinin yazılı məlumatına əsasən araşdırılma aparılan zaman İsmayıllı rayon Qalınçaq kənd sakini Kərı̇ mova Züleyxa Sarxan qızı tərəfindən qeyri-qanuni olaraq cəmi 27 ağacın kəsilib doğranıldığı aşkar edilmiş və maddi ziyan məbləği hesablanaraq 123,88 manat olduğu müəyyən edilmişdir. Cavabdeh həmin aktla tanış olmuş və həmin aktı imzalamamışdır. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, 19 aprel 2023-cü il tarixdə Qalınçaq meşəbəyliyinin 7 saylı dolayının meşə gözətçisinin yazılı məlumatına əsasən araşdırılma aparılan zaman İsmayıllı rayon Qalınçaq kənd sakini Kərı̇ mova Züleyxa Sarxan qızı tərəfindən qeyri-qanuni olaraq cəmi 52 ağacın kəsilib doğranıldığı aşkar edilmiş və maddi ziyan məbləği hesablanaraq 203,15 manat olduğu müəyyən edilmişdir. Cavabdeh həmin aktla tanış olmuş və həmin aktı imzalamaqdan imtina etmişdir. 02 iyun 2023-cü il tarixdə Qalınçaq meşəbəyliyinin 7 saylı dolayının meşə gözətçisinin yazılı məlumatına əsasən araşdırılma aparılan zaman İsmayıllı rayon Qalınçaq kənd sakini Kərı̇ mova Züleyxa Sarxan qızı tərəfindən təkrarən qeyri-qanuni olaraq cəmi 27 ağacın kəsilib doğranıldığı aşkar edilmiş və maddi ziyan məbləği hesablanaraq 123,88 manat olduğu müəyyən edilmişdir. Cavabdeh həmin aktla tanış olmuş və həmin aktı imzalamamışdır. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin qanunsuz olaraq meşə materiallarından istifadə etməsi nəticəsində təbiətə 327,03 manat maddi ziyan dəydiyi sübuta yetirildiyinə görə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh Kərı̇ mova Züleyxa Sarxan qızından 327 (üç yüz iyirmi yeddi) manat 03 (üç) qəpik maddi ziyan məbləği alınaraq 6 saylı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ ninhesabına ödənilsin. Cavabdeh Kərı̇ mova Züleyxa Sarxan qızından 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar