Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-517/2020 07.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "İddiaçı" QSC-nin cavabdehlər Fərzalı̇yev Elvı̇n Sadı̇q oğlu, Əşrəfova Mahı̇zər Seyfi qızı, Fərzalı̇yev Sadı̇q Mı̇rzəcan oğlu və Fərzalı̇yeva Günay Alı̇m qızına qarşı borcun tutulması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "İddiaçı" QSC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Fərzalı̇yev Elvı̇n Sadı̇q oğlu (bundan sonra birinci cavabdeh), Əşrəfova Mahı̇zər Seyfi qızı (bundan sonra ikinci cavabdeh), Fərzalı̇yev Sadı̇q Mı̇rzəcan oğlu (bundan sonra üçüncü cavabdeh) və Fərzalı̇yeva Günay Alı̇m qızından (bundan sonra dördüncü cavabdeh) müştərək qaydada 7221,87 manat kredit borcu, 1771,73 manat faiz borcu, 2357,6 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsum məbləğinin tutularaq iddiaçıya ödənilməsi və birinci cavabdehlə bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 2,0833 faiz dərəcəsi ilə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin geri qaytarılmasının təminatı kimi iddiaçı ilə cavabdehlər Əşrəfova Mahı̇zər Seyfi qızı, Fərzalı̇yev Sadı̇q Mı̇rzəcan oğlu və Fərzalı̇yeva Günay Alı̇m qızı arasında xx xxxxxxxx 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Birinci cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq dəfələrlə ödənişləri yubatmışdır. Birinci cavabdeh götürdüyü kredit borcundan 2778,13 manat ödəniç etmiş və iddiaçıya 7221,87 manat kredit borcu qalmışdır. Cavabdehə rəsmi olaraq xəbərdarlıq edilsə də kredit borcunu ödəməmişdir. Birinci cavabdeh kredit borcunu ödəmədiyindən xx xxx 2020ci il tarixə 312 gün müddətinə hesablanaraq 1771,73 manat faiz və 2357,6 manat cərimə borcu yaranmışdır. İddiaçı cavabdehlərdən müştərək qaydada 7221,87 manat kredit borcu, 1771,73 manat faiz borcu, 2357,6 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsum məbləğinin tutularaq iddiaçıya ödənilməsini və birinci cavabdehlə bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsini tələb edir. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödənişlər etmiş, sonradan maddi vəziyyəti yaxşı olmadığından kredit ödənişlərini vaxtında ödəyə bilməmişdir. O, iddiaçıya 7221,87 manat kredit borcunun olması ilə razılaşır, lakin faiz və cərimə borcunun məbləği yüksək miqdarda hesablanmışdır. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İkinci-dördüncü cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. xx xxxxxxxx 2018-ci il tarixli 035A********** saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə illik 2,0833 faiz dərəcəsi ilə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmin kredit müqaviləsinə əsasən birinci cavabdehin müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri tələb etmək, həmçinin müqavilənin 4.1.2-ci bəndinə əsasən müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək hüququ nəzərdə tutulmuşdur. xx xxxxxxxx 2018-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, xx xxxxxxxx 2018ci il tarixli 035A********** saylı kredit müqaviləsinin təminatı kimi Fərzalı̇yev Elvı̇n Sadı̇q oğlu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən Əşrəfova Mahı̇zər Seyfi qızı, Fərzalı̇yev Sadı̇q Mı̇rzəcan oğlu və Fərzalı̇yeva Günay Alı̇m qızı zamin kimi Fərzalı̇yev Elvı̇n Sadı̇q oğlu ilə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx xxxxx 2020-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehlərin öhdəlikləri və maddi məsuliyyəti barədə onlara xəbərdarlıq edilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxxxx 2018-ci il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən birinci cavabdehin xx xxx 2020-ci il tarixinə 7221,87 manat kredit, 1771,73 manat faiz və 2357,6 manat cərimə borcu borcu qalmışdır. xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 035A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 2,0833 faiz dərəcəsi ilə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan qrafikə əsasən birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş 24 ay müddətində kredit borcundan aylıq 533 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulu tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxxxxxx 2018-ci il tarixli 035A********** saylı kredit müqaviləsinin təminatı kimi Fərzalı̇yev Elvı̇n Sadı̇q oğlu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən Əşrəfova Mahı̇zər Seyfi qızı, Fərzalı̇yev Sadı̇q Mı̇rzəcan oğlu və Fərzalı̇yeva Günay Alı̇m qızı zamin kimi Fərzalı̇yev Elvı̇n Sadı̇q oğlu ilə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Birinci cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə borcun gecikdirilməsinə görə dəbbə pulu hesablanmışdır. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmişlər. Həmin müqavilədə birinci cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Birinci cavabdehin xx xxxxxxxx 2018-ci il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə 7221,87 manat kredit və 1771,73 manat faiz borcu qalmışdır. Bundan başqa, borcun gecikdirilməsinə görə 2357,6 manat cərimə borcu hesablanmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu da ödənilmişdir. İddiaçı birinci cavabdehlə arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsini, cavabdehlərdən mütərək qaydada 7221,87 manat kredit borcu, 1771,73 manat faiz borcu, 2357,6 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsum məbləğinin tutulmasını tələb edir. İkincidördüncü cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Tərəflər arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 035A********** saylı kredit müqaviləsinin şərtlərinə əsasən birinci cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməməsi ilə nəticələnən hallarda iddiaçının müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verməsi və kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmin əsaslara görə iddia tələbi tərəflər arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx xxxxxxxx 2018-ci il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 7221,87 manat kredit borcu və 1771,73 manat faiz borcu tələbinə dair hissələri də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehlərdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən müştərək qaydada 2357,6 manat cərimə borcunun tutulmasına dair hissəsi qismən – 200 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 30,00 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı "İddiaçı" QSC ilə cavabdeh Fərzalı̇yev Elvı̇n Sadı̇q oğlu arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli 035A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Fərzalı̇yev Elvı̇n Sadı̇q oğlu, Əşrəfova Mahı̇zər Seyfi qızı, Fərzalı̇yev Sadı̇q Mı̇rzəcan oğlu və Fərzalı̇yeva Günay Alı̇m qızından müştərək qaydada 7221,87 manat kredit borcu, 1771,73 manat faiz borcu, 200 manat cərimə borcu, 30 manat ödənilmiş rüsum məbləği – cəmi 9223,6 (doqquz min iki yüz iyirmi üç manat altmış qəpik) manat məbləği tutularaq iddiaçı "İddiaçı" QSC-yə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-517/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-517/2020
07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver