Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-52/2022 15.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə 15 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 539,37 manat ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 15 sentyabr 2020-ci il tarixdə cavabdeh İsmayıllı rayonu İvanovka kəndi ərazisində bağça tikintisi zamanı ** CP *** dövlət qeydiyyat nişanlı "Diveqo" markalı beton boşaldan pompa maşını ilə İddiaçı X2 məxsus, hava xətti ilə gedən FO-12 markalı rabitə kabelini qırmış, nəticədə rabitənin boş dayanmasından və rabitə xəttinin bərpası üçün istifadə edilmiş mal-material sərfiyyatından "xxxx" MMC-yə 539,37 manat məbləğində maddi zərər vurulmuşdur. Həmin tarixdə rabitə kabelinin qırılması ilə əlaqədar X1 işçiləri və cavabdehin iştirakları ilə akt tərib olunmuşdur. Lakin cavabdeh həmin aktı imzalamaqdan imtina etmişdir. Cavabdehdən vurulmuş zərərin ödənilməsi xahiş edilmiş, bununla bağlı olaraq onun ünvanına 21 oktyabr 2020-ci il tarixdə zərərin könüllü ödənilməsi barədə məktub göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi ziyan ödənilməmişdir. Cavabdehdən 539,37 manat ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, İsmayıllı rayonu İvanovka kəndi ərazisində bağça tikintisi zamanı təməlinə beton tökmək üçün ** CP *** dövlət qeydiyyat nişanlı "Diveqo" markalı beton boşaldan pompa maşını ilə mübahisəli ərazidən 5-6 dəfə keçmişdir. Həmin maşının hündürlüyü 3,95 metr olmuşdur. Həmin yerdə kabel yuxarıdan aşağıya düşmüşdür. İş materiallarına əlavə edilmiş fotoşəkillər kabel qırılan zaman çəkilmiş foto-şəkillər deyil. Çünki o, kabel qırılan zaman orada işləməmişdir. Bundan başqa foto-şəkil çəkilən yerlə kabel qırılan yer arasında məsafə var və foto-şəkil çəkilən zaman yerdə də heç kabel qırığı olmamışdır. Yalnız internet xətti qırılmışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. 15 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, İsmayıllı rayonu İvanovka kəndi ərazisində Cavabdeh idarə etdiyi ** CP *** dövlət qeydiyyat nişanlı "Diveqo" markalı beton boşaldan pompa maşını ilə FO-12 markalı rabitə kabelini qırması barədə akt tərtib olunmuşdur. Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. 07 oktyabr 2020-ci il tarixli lokal smetasından görünür ki, FO-12 markalı rabitə kabelinin qırılması nəticəsində 539,37 manat maddi ziyan dəymişdir. X1 Cavabdeh ünvanladığı 21 oktyabr 2020-ci il tarixli 4/556 nömrəli məktubundan görünür ki, Cavabdeh 539,37 manat ziyan məbləği könüllü olaraq ödənilməsi tələb olunmuş, əks halda ziyan məbləğin ödəmədikdə məhkəməyə müraciət olunacağı barədə ona bildirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Araşdırma zamanı müəyyən edildi ki, 15 sentyabr 2020-ci il tarixdə cavabdeh İsmayıllı rayonu İvanovka kəndi ərazisində ** CP *** dövlət qeydiyyat nişanlı "Diveqo" markalı beton boşaldan pompa maşını ilə İddiaçı X2 məxsus, hava xətti ilə gedən FO-12 markalı rabitə kabelini qırmışdır. Nəticədə cavabdeh "xxxx" MMC-yə 539,37 manat məbləğində maddi zərər vurmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin izahatı özünü müdafiə xarakteri daşımaqla vurulmuş zərərə görə maddi məsuliyyətdən yayınmaq niyyəti güdür. Məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi xüsusatları, habelə iş materiallarını sübut kimi qəbul edir və hesab edir ki, iddiaçının dəlilləri iddia tələbini tamamilə təsdiq edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən 30 manat dövlət rüsum məbləği tutularaq iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 539,37 manat ziyan məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 569 (beş yüz altmış doqquz) manat 37 (otuz yeddi) qəpik məbləğ alınaraq iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-52/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-52/2022
15.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver