Məhkəmə qərarları › İş №2(037)-534/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-534/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-534/2021 30.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcun tutulması tələbinə dair mülki işə 30 iyun 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) "İddiaçı" ASC-nin xeyrinə 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsi üzrə 519.90 manat əsas,75.57 manat faiz və 36.47 manat cərimə olmaqla, cəmi 631.94 manat borcun, 24 oktyabr 2019-cu il tarixli 268-1***-******* nömrəli kredit müqaviləsi üzrə 233.86 manat əsas,47.72 manat faiz və 86.74 manat cərimə borcun və kredit müqaviləsi üzrə 24.04.2021-ci il tarixdən 05.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 0.40 manat məbləğində əldən çıxmış fayda olmaqla,ümumilikdə cəmi 368.72 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 03 sentyabr 2019-cu il tarixli 24-Y- 2-0-1455-19 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 25 faiz dərəcəsi ilə 24 ay müddətinə 1000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh 24 oktyabr 2019-cu il tarixli 268-1***-******* nömrəli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan kredit təşkilatından illik 36%-lə 18 ay müddətinə 528 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan kredit təşkilatı ilə iddiaçı arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 882 nömrəli 10 may 2018-ci il tarixli 004 nömrəli müqaviləyə 20 noyabr 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən cavabdehlə “FİNtrend” Bank olmayan kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ iddiaçıya ötürülmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyini yerinə yetirməmişdir. 05.05.2021-ci ilədək cavabdehin iddiaçıya 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsi üzrə 519.90 manat əsas,75.57 manat faiz və 36.47 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 631.94 manat borcu və 24 oktyabr 2019-cu il tarixli 268-1***-******* nömrəli kredit müqaviləsi üzrə 233.86 manat əsas,47.72 manat faiz və 86.74 manat cərimə borcu və kredit müqaviləsi üzrə 24.04.2021ci il tarixdən 05.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 0.40 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 368.72 manat borcu qalmışdır. Xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. İddiaçı cavabdehdən 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsi üzrə 519.90 manat əsas, 75.57 manat faiz və 36.47 manat cərimə olmaqla, cəmi 631.94 manat borcun, 24 oktyabr 2019-cu il tarixli 268-1***-******* nömrəli kredit müqaviləsi üzrə 233.86 manat əsas, 47.72 manat faiz və 86.74 manat cərimə borcun və kredit müqaviləsi üzrə 24.04.2021-ci il tarixdən 05.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 0.40 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 368.72 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını və cavabdehlə aralarında bağlanmış 03 sentyabr 2019-cu il tarixli 24- Y-2-0-1455-19 nömrəli kredit müqaviləsinin ləğv edilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qismən etiraf etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı ilə aralarında bağlanmış 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 25 faiz dərəcəsi ilə 24 ay müddətinə 1000 manat məbləğində kredit götürmüşdür. Bundan əlavə 24 oktyabr 2019-cu il tarixli 268-1***- ******* nömrəli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan kredit təşkilatından illik 36%-lə 18 ay müddətinə 528 manat kredit götürmüşdür. Kredit müqavilələri üzrə borcunu bir müddət vaxtlı-vaxtında ödəsə də sonradan maddi imkansızlığı üzündən borcunu vaxtında ödəyə bilməmişdir. İddia tələbini qismən 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsi üzrə 519.90 manat əsas, 75.57 manat faiz və 24 oktyabr 2019-cu il tarixli 268-1***-******* nömrəli kredit müqaviləsi üzrə 233.86 manat əsas, 47.72 manat faiz borcu tələbinə dair hissədə qəbul edir və maddi vəziyyəti nəzərə alınmaqla cərimə məbləğindən azad edilməsini xahiş edir. 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, həmin tarixdə cavabdehə illik 25% olmaqla 24 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. Cavabdeh ödəniş qrafiki üzrə hər ay əsas və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməməsi ilə nəticələnən hallarda iddiaçının krediti hesablanmış faiz, komissiya, müvafiq halda cərimə və dəymiş zərərlə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən edilir ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 1000 manat əsas və 280.93 manat faiz borcu olmaqla, cəmi 1280.93 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. 05 may 2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin 05 may 2021-ci il tarixə 519.90 manat əsas borc, 75.57 manat faiz borcu, 36.47 manat cərimə olmaqla, ümumilikdə 631.94 manat borcu qalmışdır. 24 oktyabr 2019-cu il tarixli 268-1***-******* nömrəli kredit müqaviləsi və ödəmə tapşırığından görünür ki, həmin tarixdə “FİNtrend” BOKT tərəfindən cavabdehə faizsiz 18 ay müddətinə 528 manat məbləğində kredit verilmişdir. 24 oktyabr 2019-cu il tarixli 268-1***-******* nömrəli kredit müqaviləsinə bir saylı əlavədən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş 18 ay müddətində hər 38.39 manat ödəməklə, 528 manat əsas və 163.02 manat faiz olmaqla, ümumilikdə 691.02 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. 05 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 24 oktyabr 2019cu il tarixli 268-1***-******* nömrəli kredit müqaviləsi üzrə 233.86 manat əsas borc, 47.72 manat faiz borcu, 86.74 manat cərimə, 0.40 manat kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi 368.72 manat kredit borcu vardır. “FİNtrend” BOKT ilə “xxxx” İKB ASC arasında bağlanmış 10 may 2018-ci il tarixli 004 nömrəli tələbetmə hüququnun güzəşt olunmasına dair müqavilədən və 20 iyun 2019cu il tarixli 290556 nömrəli hüquqların ötürülməsi barədə sazişdən görünür ki, “FİNtrend” BOKT ilə borclu arasında bağlanmış kredit müqavilələri üzrə borcları tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. 24 oktyabr 2019-cu il tarixli bildirişdən görünür ki, “FİNtrend” BOKT ilə cavabdeh arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli 268-1***-******* nömrəli kredit müqaviləsi üzrə “xxxx” İKB ASC-nin kreditor olması və kredit borcunun sonuncunun hesablaşma hesabına ödənilməsi barədə cavabdehə məlumat verilmişdir. 03.02.2021-ci il tarixli **********461600 nömrəli çıxarışın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində “xxxx” X3 Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. 02 aprel 2021-ci il tarixli KBD-5161 nömrəli xəbərdarlıq məktubundan müəyyən edilir ki, cavabdehdən 5 (beş) gün ərzində gecikdirilmiş borcun ödənilməsi tələb edilmiş, əks halda kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə əsas borcun, ona hesablanacaq faizlərlə birlikdə və kredit müqaviləsinin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın tam ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 16 may 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 25 faiz dərəcəsi ilə 24 ay müddətinə 1000 manat məbləğində kredit götürmüşdür. Bundan əlavə cavabdeh 24 oktyabr 2019-cu il tarixli 268-1***-******* nömrəli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan kredit təşkilatından illik 36%-lə 18 ay müddətinə 528 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan kredit təşkilatı ilə iddiaçı arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 882 nömrəli 10 may 2018-ci il tarixli 004 nömrəli müqaviləyə 20 noyabr 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən cavabdehlə “FİNtrend” Bank olmayan kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ iddiaçıya ötürülmüşdür. “xxxx” X3 Səhmdar Cəmiyyətinin adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dəyişdirilərək 22 noyabr 2019-cu il tarixdən İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsi üzrə 519.90 manat əsas, 75.57 manat faiz və 36.47 manat cərimə olmaqla, cəmi 631.94 manat borcun, 24 oktyabr 2019-cu il tarixli 268-1***-******* nömrəli kredit müqaviləsi üzrə 233.86 manat əsas, 47.72 manat faiz və 86.74 manat cərimə borcun və kredit müqaviləsi üzrə 24.04.2021-ci il tarixdən 05.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 0.40 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 368.72 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını və cavabdehlə aralarında bağlanmış 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Cavabdeh iddia tələbini qismən qismən 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsi üzrə 519.90 manat əsas, 75.57 manat faiz və 24 oktyabr 2019-cu il tarixli 268- 1***-******* nömrəli kredit müqaviləsi üzrə 233.86 manat əsas, 47.72 manat faiz borcu tələbinə dair hissədə qəbul edir və maddi vəziyyəti nəzərə alınmaqla cərimə məbləğindən azad edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi cavabdehdən 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsi üzrə 519.90 manat əsas, 75.57 manat faiz və 24 oktyabr 2019-cu il tarixli 268-1***-******* nömrəli kredit müqaviləsi üzrə 233.86 manat əsas, 47.72 manat faiz və 24 oktyabr 2019-cu il tarixli 268- 1***-******* nömrəli kredit müqaviləsi üzrə 24.04.2021-ci il tarixdən 05.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 0.40 manat əldən çıxmış fayda məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi 03 sentyabr 2019cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirirək qeyd edir ki, cavabdeh kredit müqaviləsi ilə müəyyən olunmuş 24 ay müddətində kredit və ona hesablanmış faizləri ödəniş qrafiki üzrə ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsini əhəmiyyətli pozuntu hesab edir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi iddiaçı ilə cavabdeh arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0- 1455-19 nömrəli kredit müqaviləsi üzrə 36.47 manat və 24 oktyabr 2019-cu il tarixli 268- 1***-******* nömrəli kredit müqaviləsi üzrə 86.74 manat cərimə məbləğləri həmin müqavilələrin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğlər işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğlərdir. 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsi üzrə əsas borcun 519.90 manat, faiz borcunun miqdarının isə 75.57 manat təşkil etdiyi halda, cərimənin miqdarının 36.47 manat məbləğində olması, həmçinin 24 oktyabr 2019-cu il tarixli 268- 1***-******* nömrəli kredit müqaviləsi üzrə əsas borcun 233.86 manat və faiz borcunun miqdarının 47.72 manat təşkil etdiyi halda, cərimənin miqdarının 86.74 manat məbləğində olması cavabdehin maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsi üzrə 36.47 manat cərimə məbləğinin tutulması qismən 3.06 manat və 24 oktyabr 2019-cu il tarixli 268-1***-******* nömrəli kredit müqaviləsi üzrə 86.74 manat cərimə məbləğinin tutulması qismən 8.06 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyəti ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 03 sentyabr 2019-cu il tarixli 24-Y-2-0-1455-19 nömrəli kredit müqaviləsi üzrə 519.90 manat əsas,75.57 manat faiz və 3.06 manat cərimə olmaqla, cəmi 598.53 manat borc və 24 oktyabr 2019-cu il tarixli 268-1***-******* nömrəli kredit müqaviləsi üzrə 233.86 manat əsas, 47.72 manat faiz, 8.06 manat cərimə və kredit müqaviləsi üzrə 24.04.2021-ci il tarixdən 05.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 0.40 manat əldən çıxmış fayda olmaqla, cəmi 290.04 manat borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 918 (doqquz yüz on səkkiz) manat 57 (əlli yeddi) qəpik məbləği alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1(bir)ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar