Məhkəmə qərarları › İş №2(037)-536/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-536/2021

12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-536/2021 12.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdeh X7 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərə görə pul tələbinə dair mülki işə 12 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək X5 (bundan sonra cavabdeh) 1450 manat vuruğu zərər və 30,40 manat dövlət rüsumu – cəmi 1480,40 manat məbləğində pul alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 08 aprel 2021-ci il tarixdə saat 14:30 radələrində İsmayıllı şəhəri, H.Əliyev prospektində ona məxsus “VAZ-2107” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında hərəkətdə olan zaman yolu piyada keçən X2 görüb avtomoili saxlamışdır. Bu zaman eyni hərəkət zolağında hərəkətdə olan cavabdehin idarə etdiyi “Mercedes Benz” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön hissəsi onun avtomobilinin arxa hissəsinə dəymişdir. Nəticədə onun idarə etdiyi avtomobil zərbədən qabağa irəliləmiş, yolu piyada keçən Ülkər Fətullayevaya dəymiş, nəticədə sonuncu xəsarət almış və onun avtomobilinə 1450 manat məbləğində maddi zərər dəymişdir. Faktla bağlı araşdırılma aparılmış və İsmayıllı rayon Polis Şöbəsinin 05 may 2021-ci il tarixli qərarı ilə X3 rayon Mərkəzi Xəstəxanasına daxil olması ilə bağlı toplanmış MK-1/309 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti İsmayıllı rayon X9 X12 göndərilmişdir. Sığorta şirkəti onun avtombilinin ili köhnə olduğundan 550 manat məbləğində pul verdiyini və həmin avtomobili təmir etməyə razı olmadığını bildirmişdir. Cavabdehin təqsirli əməli nəticəsində ona 1450 manat maddi zərər dəymişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Cavabdehdən 1450 manat vuruğu zərər və 30,40 manat dövlət rüsumu – cəmi 1480,40 manat məbləğində pulun alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 08 aprel 2021-ci il tarixdə saat 14:30 radələrində İsmayıllı şəhəri, H.Əliyev prospektində idarə etdiyi “Mercedes Benz” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında hərəkətdə olan zaman ondan öndə olan iddiaçıya məxsus “VAZ-2107” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuşdur. Hadisə nəticəsində iddiaçının avtomobili yolu piyada keçən Ülkər Fətullayevaya dəymiş, nəticədə sonuncu xəsarət almış və iddiaçının avtomobilinə maddi zərər dəymişdir. Hazırda iddiaçı ondan 1450 manat maddi zərər məbləğini tələb etməkdə haqlı deyil. Çünki onun idarə etdiyi avtomobil “xxxx” ASC tərəfindən sığortalanmış və iddiaçı sığorta şirkətindən maddi zərər məbləğini tələb etməlidir. İddiaçının avtomobilinə 1450 manat məbləğində deyil, daha az məbləğdə maddi zərər dəymişdir. Sığorta şirkəti ilə danışıqlar aparılmış və həmin şirkət iddiaçının avtomobilinin təmiri üçün 626 manat pul ayırdığını, əgər həmin məbləğ qanedici olmazsa həmin avtomobili təmir edə biləcəklərini bildirmişdir. Lakin iddiaçı bununla razı olmamışdır. İddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 11 iyul 2019-cu il tarixli, AD №494672 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1987-ci il buraxılışlı, ** BG *** dövlət qeydiyyat nişanlı “Vaz-21207” markalı avtomobil İddiaçı adına qeydə alınmışdır. 19 oktyabr 2020-ci il tarixli PAA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “xxxx” ASC tərəfindən X4 məxsus “Mercedes Benz” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka dəyən zərər görə 5000 manat məbləğində sığorta edilmişdir. 28 aprel 2021-ci il tarixli “X11” tərəfindən tərtib edilmiş qüsur aktının surətindən görünür ki, İddiaçı məxsus “VAZ-2107” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 1450 manat məbləğində müəyyən edilmişdir. HK-1/309 saylı material üzrə 05 may 2021-ci il tarixli qərarın surətindən görünür ki, X1 İsmayıllı rayon Mərkəzi Xəstəxanasına daxil olması ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti İsmayıllı rayon X9 X12 göndərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 903.1-ci maddəsinə əsasən, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 56.1-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, baş vermiş hadisə cavabdehin təqsiri üzündən baş versə də idarə etdiyi “Mercedes Benz” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən sığorta edilmişdir. İddiaçı ilk öncə avtomobilinə dəymiş maddi zərər məbləğinin ödənilməsi ilə bağlı sığorta şirkətinə müraciət etməli və sığorta şirkəti ilə aralarında dəymiş zərər məbləğini almaq barədə mübahisə yaranardısa həmin şirkətə qarşı məhkəməyə müraciət etməli idi. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh X7 qarşı 1450 manat vurduğu zərər və 30,40 manat dövlət rüsumu – cəmi 1480,40 manat pul alınaraq ona ödənilməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar