Məhkəmə qərarları › İş №2(037)-542/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-542/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-542/2021 05.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdehlər İsayev Eldənı̇ z Əlı̇ kram oğlu, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 05 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək cavabdeh İsayev Eldənı̇ z Əlı̇ kram oğlu arasında bağlanmış 05.02.2020-ci il tarixli 009R********** saylı kredit razılaşmasının, 09.04.2020-ci il tarixli 009R**********S və 21.07.2020-ci il tarixli 009R**********SA saylı sazişlərin ləğv edilməsini, cavabdehlər İsayev Eldənı̇ z Əlı̇ kram oğlu (bundan sonra birinci cavabdeh), Cavabdeh3 (bundan sonra ikinci cavabdeh) və Cavabdeh2 (bundan sonra üçüncü cavabdeh) 05.02.2020-ci il tarixli 009R********** saylı kredit razılaşması üzrə 3682,46 manat əsas borc, 698,63 manat faiz borcu və 810,15 manat cərimə olmaqla, ümumilikdə 5191 (beş min bir yüz doxsan bir) manat 24 (iyirmi dörd) qəpik məbləğin və 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iddiaçı tərəfin iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 24 aprel 2013-cü il tarixli 09L000003838 saylı kredit xətti müqaviləsinə əsasən birinci cavabdehə 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi üzrə birinci cavabdeh iddiaçı ilə bağladığı 05.02.2020-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə aylıq 1.9167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 09.04.2020-ci il tarixli 009R**********S və 21.07.2020-ci il tarixli 009R**********SA saylı sazişlərlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Birinci cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 07.09.2020-ci il tarixdən banka qaytarmamışdır. Birinci cavabdeh kredit borcundan 317,54 manat ödəmiş, 3682,46 manat məbləğində kredit borcu qalmışdır. Birinci cavabdehin kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu məbləği kreditora qaytarmadığı üçün 15.04.2021-ci il tarixə 220 gün üçün hesablanmış faiz borcu 698,63 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməli olduğundan birinci cavabdehə 15.04.2021-ci il tarixə 220 gün üçün hesablanmış cərimə 810,15 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən onlar zamin kimi kredit razılaşmasından irəli gələn öhdəliyin icra edilməməsinə görə birinci cavabdehlə birgə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Borcun məhkəmədən kənar qaydada ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, iddiaçı ilə aralarında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. İddiaçı birinci cavabdehlə arasında bağlanmış 05.02.2020-ci il tarixli 009R********** saylı kredit razılaşmasının, 09.04.2020-ci il tarixli 009R**********S və 21.07.2020-ci il tarixli 009R**********SA saylı sazişlərinin ləğv edilməsini, cavabdehlərdən 05.02.2020-ci il tarixli 009R********** saylı kredit razılaşması üzrə 3682,46 manat əsas borc, 698,63 manat faiz borcu və 810,15 manat cərimə olmaqla, ümumilikdə 5191 (beş min bir yüz doxsan bir) manat 24 (iyirmi dörd) qəpik məbləğin və 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o əvvəllər dəfələrlə "İddiaçı" QSC-dən kredit götürmüş, götürdüyü krediti vaxtında qaytardığından, problemli müştəri olmadığından bank tərəfindən ona hər dəfə yenidən kredit götürməsi təklif olunmuşdur. Onunla iddiaçı arasında bağlanmış 05.02.2020-ci il tarixli 009R********** saylı kredit razılaşmasına əsasən iddiaçı tərəfindən ona 18 ay müddətinə aylıq 1.9167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) məbləğində kredit verilmişdir. İlk aylar krediti vaxtlı-vaxtında ödəmiş, daha sonra koronovirus pandemiyası ilə əlaqədar işləmədiyindən kredit borcundan vaxtında ödənişlər edə bilməmişdir. O, hazırda heç bir yerdə işləmir və maddi imkanı ağır olduğundan kredit borcunu ödəyə bilmir. İş yeri açılsa, kredit borcunu az miqdarda hissə-hissə ödəyəcək. Kredit borcuna hesablanmış cərimənin məbləği isə yüksəkdir, onun həmin cərimə məbləğini ödəməyə imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İkinci cavabdeh məhkəmə iclası zamanı birinci cavabdeh ilə eyni məzmunlu izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Üçüncü cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə Üçüncü üçüncü cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə birinci və ikinci cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 24 aprel 2013-cü il tarixli 09L000003838 saylı kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 24 aprel 2013-cü il tarixli 09L000003838 saylı kredit xətti müqaviləsi üzrə 05.02.2020-ci il tarixli 009R********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə aylıq 18 ay müddətinə aylıq 1.9167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti müqavilənin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 05.02.2020-ci il tarixli 009R********** saylı kredit razılaşmasına əlavə olunmuş ödəniş cədvəlindən müəyyən edilir ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş 18 ay müddətində 4000 manat əsas və 780,15 manat faiz borcu olmaqla, cəmi 4780,15 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında bağlanmış 24 aprel 2013-cü il və 12 may 2017-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 24 aprel 2013-cü il tarixli 09L000003838 saylı kredit xətti müqaviləsi və həmin kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmalarının təminatı kimi birinci cavabdeh kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqavilələrinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. 05 mart 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə cavabdehlərə xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. 06 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, birinci cavabdehin 15.04.2020-ci il tarixinə 05.02.2020-ci il tarixli 009R********** saylı kredit razılaşmasına əsasən 3682,46 manat əsas borc, 698,63 manat faiz borcu və 810,15 manat cərimə olmaqla, ümumilikdə 5191 (beş min bir yüz doxsan bir) manat 24 (iyirmi dörd) qəpik borcu qalmışdır. 07 may 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən edilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 24.04.2013-cü il tarixli 09L000003838 saylı kredit xətti müqaviləsi üzrə 05.02.2020-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında iddiaçı tərəfindən birinci cavabdehə 18 ay müddətinə aylıq 1.9167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən birinci cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında 24 aprel 2013-cü il və 12 may 2017-ci il tarixli zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən ikinci və üçüncü cavabdehlər zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə birinci cavabdehlə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Borcun məhkəmədən kənar qaydada ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, iddiaçı ilə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı birinci cavabdehlə arasında bağlanmış 05.02.2020-ci il tarixli 009R********** saylı kredit razılaşmasının, 09.04.2020-ci il tarixli 009R**********S və 21.07.2020-ci il tarixli 009R**********SA saylı sazişlərinin ləğv edilməsini, cavabdehlərdən 05.02.2020-ci il tarixli 009R********** saylı kredit razılaşması üzrə 3682,46 manat əsas borc, 698,63 manat faiz borcu və 810,15 manat cərimə olmaqla, ümumilikdə 5191 (beş min bir yüz doxsan bir) manat 24 (iyirmi dörd) qəpik məbləğin və 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir. Birinci və ikinci cavabdehlər iddia tələbini qismən, əsas borc və faiz borcu məbləğində qəbul etdiklərini bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 05.02.2020-ci il tarixli 009R********** saylı kredit razılaşması üzrə 3682,46 manat əsas və 698,63 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehlərdən tələb edilən cərimənin miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən müştərək qaydada 810,15 manat cərimənin alınmasına dair hissəsi qismən – 80 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflər arasında bağlanmış 24 aprel 2013-cü il tarixli 09L000003838 saylı kredit xətti müqaviləsinin şərtlərinə əsasən kredit alan müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bankın müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verməsi və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmin əsaslara görə iddia tələbi tərəflər arasında bağlanmış 05.02.2020-ci il tarixli 009R********** saylı kredit razılaşması, 09.04.2020-ci il tarixli 009R**********S və 21.07.2020-ci il tarixli 009R**********SA saylı sazişlərin ləğv edilməsinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyəti ilə cavabdeh İsayev Eldənı̇ z Əlı̇ kram oğlu arasında bağlanmış 05.02.2020-ci il tarixli 009R********** saylı kredit razılaşması, 09.04.2020-ci il tarixli 009R**********S və 21.07.2020-ci il tarixli 009R**********SA saylı sazişlər ləğv edilsin. Cavabdehlər İsayev Eldənı̇ z Əlı̇ kram oğlu, Cavabdeh3 və Cavabdeh2 05.02.2020ci il tarixli 009R********** saylı kredit razılaşması üzrə 3682,46 manat əsas borc, 698,63 manat faiz borcu, 80 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4491 (dörd min dörd yüz doxsan bir) manat 09 (doqquz) qəpik məbləğ müştərək qaydada alınaraq iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar