Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-543/2021 11.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı “FİNCA Azərbaijan” MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 11 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: “FİNCA Azərbaijan” MM QBKT (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 3104,16 manat əsas borc, 49,17 manat cərimə borcu, cəmi 3153,33 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 27 oktyabr 2014-cü il tarixli **********3581 saylı kredit müqaviləsinə əsasən cavabdehə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 31 faiz dərəcəsi ilə 24 ay müddətinə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən hər ay 255 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi cavabdehlə razılaşdırılmışdır. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq ikinci cavabdeh zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Müqavilənin 1.1-ci maddəsinə əsasən zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallada əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Cavabdehin müraciətinə əsasən 27 oktyabr 2014-cü il tarixli **********3581 saylı kredit müqaviləsi 10 noyabr 2015-ci il tarixli **********1248 saylı sazişlə restrukturizasiya olunmuşdur. Həmçinin 10 noyabr 2015-ci il tarixli **********1248 saylı saziş müştərinin yenidən müraciəti əsasında 10 iyun 2016-cı il tarixli **********1248 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 3213 manat, faiz 0,0 manat, cərimə 0,0 manat müəyyən edilmişdir. 07 iyun 2016-cı il tarixli **********3***-******* saylı zaminlik müqaviləsi ilə ikinci cavabdeh yaranmış öhdəliklərin icrasına təminat olaraq zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Sonuncu sazişin bitmə tarixi 31 may 2021-ci il tarixində olduğundan zaminə münasibətdə də iddia təmin edilməlidir. İddia ərizəsi təqdim edilərkən məhkəməyə əsas müqavilə və sonuncu qüvvədə olan müqavilə göndərilmişdir. İddia ərizəsinə əlavə olunmuş sonuncu sazişin tarixi 10 noyabr 2015-ci il əvəzinə 23 oktyabr 2015-ci il tarixi qeyd olunmuşdur. 07 may 2021-ci il tarixinə maliyyə arayışına əsasən birinci cavabdehin borc məbləği, əsas borc üzrə 3104,16 manat əsas borc, 49,17 manat cərimə borcu, cəmi 3153,33 manat borc məbləği təşkil edir. İddiaçı cavabdehlərdən müştərək qaydada 3104,16 manat əsas borc, 49,17 manat cərimə borcu, cəmi 3153,33 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 27 oktyabr 2014-cü il tarixdə iddiaçı ilə kredit müqaviləsi bağlayaraq 4500 manat kredit götürmüşdür. Bir müddət kredit borcu üzrə ödəniş etmişdir. Maddi vəziyyəti ilə əlaqədar müqavilənin şərtlərinə uyğun ödənişlər apara bilməmişdir. İddiaçı təşkilata müraciət etmiş, onun müraciətinə əsasən kredit müqaviləsi üzrə iki dəfə olmaqla sonuncu dəfə 10 iyun 2016-cı il tarixdə restrukturizasiya aparılmış və 3213 manat əsas borcun ödənilməsinə dair müqavilə bağlanılmışdır. Bank tərəfindən hesablamalar düzgün aparılmamışdir. Buna baxmayaraq o müqavilələri imzalamışdır. İddiaçınin tələb etdiyi məbləğdə onun borcu qalmamışdir. Maddi imkanı nəzərə alınmaqla iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. İkinci cavabdeh iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 2014-cü ildə iddiaçı ilə birinci cavabdeh arasında kredit müqaviləsi bağlanarkən o, zamin durmuşdur. Krediti birinci cavabdeh götürdüyündən özü ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. 27 oktyabr 2014-cü il tarixli **********3581 saylı kredit müqaviləsindən görünür ki, həmin tarixdə birinci cavabdehə illik 31 % olmaqla 24 ay müddətinə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən cavabdeh 24 ay ərzində 4500 manat əsas və 1618 manat faiz, cəmi 6118 manat ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə ikinci cavabdeh zamin tərəf olmuşdur. Həmin müqavilədə cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. 10 noyabr 2015-ci il tarixli “27 oktyabr 2014-cü il tarixli **********3581 saylı” kredit müqaviləsinin restrukturizasiyasına dair sazişin surətindən görünür ki, həmin tarixdə iddiaçı ilə birinci cavabdeh arasında 3297 manat əsas borc məbləğinin 31 ay müddətinə qalıq məbləğinə 13,26 faiz dərəcəsi hesablanmaqla ödənilməsi barədə yeni saziş imzalanmışdır. 10 noyabr 2015-ci il tarixli sazişə əlavənin surətindən görünür ki, birinci cavabdeh 31 ay müddətində hər ay 127 manat olmaqla cəmi 3929 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 07 iyun 2016-cı il tarixli **********3***-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, ikinci cavabdeh 07 iyun 2016-cı il tarixli **********3115 saylı kredit müaviləsinə əsasən birinci cavabdeh tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl olunmadığı hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. 10 iyun 2016-cı il tarixli “10 noyabr 2015-ci il tarixli” kredit müqaviləsinin restrukturizasiyasına dair sazişin surətindən görünür ki, həmin tarixdə iddiaçı ilə birinci cavabdeh arasında 3213 manat əsas borc məbləğinin 60 ay müddətinə ödənilməsi barədə yeni saziş imzalanmışdır. 07 may 2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, kredit müqaviləsinə əsasən birinci cavabdehin 3153,33 manat qalıq borcu vardır. 18 may 2021-ci il tarixli **********73 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 11 avqust 2021-ci il tarixli izahatın surətindən görünür ki, tərəflər arasında bağlanmış sazişin tarixi texniki səhv olaraq “10 noyabr 2015-ci il tarixli **********1248 saylı” kredit müqaviləsi yerinə “23 oktyabr 2015-ci il tarixli **********1248 saylı” kredit müqaviləsi qeyd edilmişdir. Məhkəmə cavabdehlərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 27 oktyabr 2014-cü il tarixli **********3581 saylı kredit müqaviləsinə əsasən birinci cavabdehə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 31 faiz dərəcəsi ilə 24 ay müddətinə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən hər ay 255 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi cavabdehlə razılaşdırılmışdır. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq ikinci cavabdeh zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. 27 oktyabr 2014-cü il tarixli **********3581 saylı kredit müqaviləsi 10 noyabr 2015-ci il tarixli **********1248 saylı sazişlə restrukturizasiya olunmuşdur. Həmçinin 10 noyabr 2015-ci il tarixli **********1248 saylı saziş yenidən 10 iyun 2016-cı il tarixli **********1248 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 3213 manat, faiz 0,0 manat, cərimə 0,0 manat müəyyən edilmişdir. 07 iyun 2016-cı il tarixli **********3***- ******* saylı zaminlik müqaviləsi ilə ikinci cavabdeh yaranmış öhdəliklərin icrasına təminat olaraq zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. 07 may 2021-ci il tarixinə maliyyə arayışına əsasən birinci cavabdehin əsas borc üzrə 3104,16 manat, cərimə borcu üzrə 49,17 manat, cəmi 3153,33 manat borcu yaranmışdır. Cavabdehlər borc məbləğinin ödənilməsini təmin etməmişlər. İddiaçı cavabdehlərdən müştərək qaydada 3104,16 manat əsas və 49,17 manat faiz olmaqla cəmi 3153,33 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdeh iddia tələbi ilə razilaşmır. İkinci cavabdeh iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdehlər götürdüyü krediti və ona hesablanmış cəriməni ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehlərdən müştərək qaydada 30 manat dövlət rüsumu alınaraq iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Fətəlı̇ yev Ələkbər Varı̇ s oğlu və X2 müştərək qaydada 3104,16 manat əsas, 49,17 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 3183 (üç min bir yüz səksən üç) manat 33 (otuz üç) qəpik borc məbləği alınaraq iddiaçı “FİNCA Azerbaijan” X3 Bank Kredit Təşkilatının hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-543/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-543/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver