Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-549/2021 07.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Məmmədov Fı̇ krət Soltanməcid oğlu və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 07 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Məmmədov Fı̇ krət Soltanməcid oğlu (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) müştərək qaydada 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2896,42 manat əsas borc, 3,29 manat faiz borcu, 6,49 manat cərimə borcu - cəmi 2906,2 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilməsi, 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, birinci cavabdeh 23 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 22 faizlə 24 ay müddətinə 6900 ABŞ dolları kredit götürmüşdür. 26 noyabr 2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və həmin tarixli kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 3138,83 manat olmaqla kreditin müddəti 26 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq ikinci cavabdehlə 26 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Birinci cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cavabdehlərdən müştərək qaydada 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2896,42 manat əsas borc, 3,29 manat faiz borcu, 6,49 manat cərimə borcu - cəmi 2906,2 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilməsini və 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 23 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 22 faizlə 24 ay müddətinə 6900 ABŞ dolları kredit götürmüşdür. 26 noyabr 2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və həmin tarixli kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 3138,83 manat olmaqla kreditin müddəti 26 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Bir müddət müqavilə üzrə ödənişlər etsə də, sonradan maddi vəziyyəti çətinləşdiyindən borcunu ödəyə bilməmişdir. Kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə etirazı yoxdur. O, kredit borcunu hissəhissə ödəyə biləcəkdir. İş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. İkinci cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə ikinci cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. 23 may 2014-cü il tarixli 24-M-1-0-203-14 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, “xxxx” İKB ASC tərəfindən birinci cavabdehə illik 22 faiz dərəcəsi ilə 24 ay müddətinə 6900 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsində cavabdehlərin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikləri halda “xxxx” İKB ASC-nin kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək və kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməsi hüququ nəzərdə tutulmuşdur. 23 may 2014-cü il tarixli 24-M-1-0-203-14 nömrəli kredit müqaviləsinə bir saylı əlavədən görünür ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş 24 ay müddətində 6900 ABŞ dolları əsas və 1691,03 ABŞ dolları faiz borcu, cəmi 8591,03 ABŞ dolları kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 22 noyabr 2019-cu il tarixli **********986800 nömrəli çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində “xxxx” X1 Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan görünür ki, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, birinci cavabdehə 1204,73 manat kompensasiya ödənilmiş və 3138,84 manat qalıq borcu qalmışdır. 26 noyabr 2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri və 24-M-1-0-203-14 nömrəli kredit müqaviləsindən görünür ki, 23 may 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 3138,83 manat olmaqla kreditin müddəti 26 noyabr 2024-cü il tarixədək uzadılmışdır. 26 noyabr 2019-cu il tarixli 24-M-1-0-203-14 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən ikinci cavabdeh birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. 26 noyabr 2019-cu il tarixli 24-M-1-0-203-14 nömrəli kredit müqaviləsinə bir saylı əlavədən görünür ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş 60 ay müddətində 3138,83 manat əsas və 95,95 manat faiz borcu, cəmi 3234,78 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 22 aprel 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri barədə onlara xəbərdarlıq edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi izah olunmuşdur. 05 iyul 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, birinci cavabdehin 26 noyabr 2019-cu il tarixli müqavilə üzrə 2896,42 manat əsas, 3,29 manat faiz və 6,49 manat cərimə borcu olmaqla, ümumilikdə 2906,2 manat borcu vardır. 16 may 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, birinci cavabdeh 23 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 22 faizlə 24 ay müddətinə 6900 ABŞ dolları kredit götürmüşdür. Birinci cavabdehin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş, birinci cavabdehə 1204,73 manat kompensasiya ödənilmiş və 3138,84 manat qalıq borcu qalmışdır. 26 noyabr 2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və həmin tarixli kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 3138,83 manat olmaqla kreditin müddəti 26 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq ikinci cavabdehlə 26 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Birinci cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. “xxxx” X1 Səhmdar Cəmiyyətinin adı Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dəyişdirilərək 22 noyabr 2019-cu il tarixdən İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Kredit müqaviləsində kredit və faizlər vaxtında ödənilmədikdə və ya qismən ödənildikdə iddiaçının kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb etmək və kredit müqaviləsinin vaxtından əvvəl ləğv etməsi hüququ nəzərdə tutulmuşdur. İddiaçı cavabdehlərdən müştərək qaydada 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2896,42 manat əsas borc, 3,29 manat faiz borcu, 6,49 manat cərimə borcu - cəmi 2906,2 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilməsi və 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdeh iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İkinci cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Məmmədov Fı̇ krət Soltanməcid oğlu və Cavabdeh2 müştərək qaydada 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2896,42 manat əsas borc, 3,29 manat faiz borcu, 6,49 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2936 (iki min doqquz yüz otuz altı) manat 20 (iyirmi) qəpik tutularaq İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyəti ilə cavabdeh Məmmədov Fı̇ krət Soltanməcid oğlu arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-549/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-549/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver