Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-557/2020 21.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı "Yelo Bank" Açıq Səhmdar Cəmı̇yyətı̇nin cavabdehlər Qədı̇rov Sədı̇ Ənvər oğlu və Qədı̇rova Pərı̇gül Ehtı̇bar qızına qarşı borcun tutulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: "Yelo Bank" X2 (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Qədı̇rov Sədı̇ Ənvər oğlu (bundan sonra birinci cavabdeh) və Qədı̇rova Pərı̇gül Ehtı̇bar qızından (bundan sonra ikinci cavabdeh) xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4667,09 manat əsas borc, 376,61 manat faiz borcu, 91,06 manat cərimə olmaqla, ümumilkdə 5134,76 manat borc məbləğinin, 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi və birinci cavabdehlə aralarında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, birinci cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 25 faiz dərəcəsi ilə 18 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq ikinci cavabdeh ilə xx xxxxxx 2019cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyini yerinə yetirməmişdir. xx xxxx 2020-ci ilədək cavabdehin xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4667,09 manat əsas borc, 376,61 manat faiz borcu, 91,06 manat cərimə olmaqla, ümumilikdə 5134,76 manat borcu qalmışdır. Xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdehlər borcun qaytarılmasını təmin etməmişlər. İddiaçı cavabdehlərdən xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 5134,76 manat borc məbləğinin, 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsini və birinci cavabdehlə aralarında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlmədiklərinin səbəbi barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişlər. Məhkəmə cavabdehlərin məhkəməyə gəlməmələrinin səbəbini üzrsüz hesab edərək məhkəmə baxış iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsini qərara almışdır. İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 23-MZ-1- 0-1951-19 saylı kredit müqaviləsindən müəyyən edilir ki, həmin tarixdəcavabdehə illik 30 % olmaqla 18 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh ödəniş qrafiki üzrə hər ay əsas və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməməsi ilə nəticələnən hallarda iddiaçının krediti hesablanmış faiz, komissiya, müvafiq halda cərimə və dəymiş zərərlə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli 23-MZ-1-0-1951-19 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən edilir ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 5000 manat əsas və 989,58 manat faiz borcu olmaqla, cəmi 5989,58 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə ikinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 23-MZ-1-0- 1951-19 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, ikinci cavabdeh bank qarşısında öhdəliklərin yerinə yetirilməməsinə görə birinci cavabdehlə eyni şərtlər daxilində məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. xx xxxx 2020-ci il tarixli PAİNTD-3250 nömrəli xəbərdarlıq məktubundan müəyyən edilir ki, cavabdehlərdən 5 (beş) gün ərzində gecikdirilmiş borcun ödənilməsi tələb edilmiş, əks halda kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə əsas borcun, ona hesablanacaq faizlərlə birlikdə və kredit müqaviləsinin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın tam ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, xx xxxxxx 2019-cu il tarixli 23-MZ-1-0-1951-19 saylı kredit müqaviləsinə əsasən cavabdehin xx xxxx 2020-ci il tarixə 4667,09 manat əsas borc, 376,61 manat faiz borcu, 91,06 manat cərimə olmaqla, ümumilikdə 5134,76 manat borcu qalmışdır. xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli xx xxxxxx 2019-cu il tarixli 23-MZ-1-0-1951-19 saylı kredit müqaviləsinə əsasən birinci cavabdehə 18 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən birinci cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Borcun təminatı olaraq iddiaçı ilə ikinci cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borcun qaytarılmasını təmin etməmişlər. Cavabdehin kredit müqaviləsinə əsasən 4667,09 manat əsas borc, 376,61 manat faiz borcu, 91,06 manat cərimə olmaqla, ümumilikdə 5134,76 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehlərdən cəmi 5134,76 manat borc məbləğinin, 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsini və birinci cavabdehlə aralarında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb edir. Cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehlərdən 4667,09 manat əsas borc, 376,61 manat faiz borcu, 91,06 manat cərimə olmaqla, ümumilkdə 5134,76 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə iddia tələbinin xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi hissəsinə münasibət bildirirək qeyd edir ki, birinci cavabdeh kredit müqaviləsi ilə müəyyən olunmuş 18 ay müddətində kredit və ona hesablanmış faizləri ödəniş qrafiki üzrə ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə birinci cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsini əhəmiyyətli pozuntu hesab edir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 4667,09 manat əsas borc, 376,61 manat faiz borcu, 91,06 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5164 (beş min bir yüz altmış dörd) manat 76 (yetmiş altı) qəpik borc məbləği müştərək qaydada alınaraq iddiaçı "Yelo Bank" Açıq Səhmdar Cəmı̇yyətinin xeyrinə ödənilsin. "Yelo Bank" Açıq Səhmdar Cəmı̇yyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-557/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-557/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver