Məhkəmə qərarları › İş №2(037)-566/2020

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-566/2020

24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-566/2020 24.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı “Unibank” x2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 24 iyul 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: “Unibank” x2 Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 249,82 manat məbləğində əsas, 17.75 manat faiz borcu olmaqla, cəmi 267,57 manat borc və 20,00 manat dövlət rüsumu məbləğinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 14 iyul 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilmişdir. İş materiallarına əlavə edilmiş iddia ərizəsindən və ona əlavə edilmiş cavabdehə məxsus şəxsiyyət vəsiqəsindən cavabdehin qeydiyyat ünvanının İsmayıllı rayonu ünvan 1 müəyyən olunsa da, bildiriş cavabdehin həmin ünvanda yaşamaması səbəbi ilə geri qayatarılmışdır. Araşdırma zamanı İsmayıllı şəhər İcra Hakimiyyətinin Qubaxəlilli kənd x1 üzrə nümayəndəliyindən əldə edilmiş məlumatlardan müəyyən edildi ki, cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçmüş və orda məskunlaşmışdır. Cavabdehin bacısı ilə telefon əlaqəsi zamanı isə cavabdehin nikaha daxil olması və soyadının dəyişərək Abbasova soyadı olması müəyyən edilmişdir. Daha sonra “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış cavabdehə məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından cavabdehin Bakı şəhəri, Səbail rayonu 77 ünvanında qeydiyyatda olması müəyyən edilmişdir. Ona görə məhkəmə hesab edir ki, iş üzrə cavabdeh Bakı şəhəri, Səbail rayonu 77 ünvanında qeydiyyatda olduğuna görə mülki iş baxılması üçün Bakı şəhər Səbail Rayon Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 41-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işlərə baxılarkən iddia ərizəsi bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, iş başqa məhkəmədə baxılmağa verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 40, 44, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “Unibank” x2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar