Məhkəmə qərarları › İş №2(037)-585/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-585/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-585/2021 16.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" KB ASC-nin cavabdeh Mahmudov Natı̇ q Yaşar oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 16 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: “xxxx” KB ASC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Mahmudov Natı̇ q Yaşar oğlundan (bundan sonra cavabdeh 2829 manat əsas, 475,50 manat faiz, 0,84 manat cərimə - cəmi 3305,34 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Yavər Novruzov məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 2829 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar fayda verməmişdir. Ona görə də borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunmuşdur. İddiaçı cavabdehdən 2829 manat əsas, 475,50 manat faiz, 0,84 manat cərimə - cəmi 3305,34 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. 01 sentyabr 2020-ci il tarixli, 1413nkCNTR/20 nömrəli kredit və bank hesabı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 2829 manat məbləğində kredit verilmişdir. 01 sentyabr 2020-ci il tarixli, 1413nkCNTR/20 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabde 2829 manat əsas və 1361,4 manat faiz – cəmi 4190,4 manat məbləğini ödəməyi öhdəsinə götürmüşdür. 14 aprel 2021-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 01 sentyabr 2020-ci il tarixli, 1413nkCNTR/20 nömrəli kredit müqaviləsi üzrə 14 aprel 2021-ci il tarixə yaranmış 2829 manat əsas, 434,13 manat faiz, 0,21 manat cərimə - cəmi 3263,34 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 05 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 01 sentyabr 2020-ci il tarixli, 1413nkCNTR/20 nömrəli kredit müqaviləsi üzrə 05 may 2021-ci il tarixə 2829 manat əsas, 475,50 manat faiz, 0,84 manat cərimə - cəmi 3305,34 manat borcu qalmışdir. 17 may 2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25 faiz ödəmək şərtilə 2829 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin etməmışdır. Cavabdehin 01 sentyabr 2020-ci il tarixli, 1413nkCNTR/20 nömrəli kredit müqaviləsi üzrə 2829 manat əsas, 475,50 manat faiz, 0,84 manat cərimə - cəmi 3305,34 manat borcu qalmışdır. İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı cavabdehdən 2829 manat əsas, 475,50 manat faiz, 0,84 manat cərimə - cəmi 3305,34 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabadeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsini iddia tələbi ilə razılaşması kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.1, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Mahmudov Natı̇ q Yaşar oğlundan 2829 manat əsas, 475,50 manat faiz, 0,84 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 3335 (üç min üç yüz otuz beş) manat 34 (otuz dörd) qəpik tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar