Məhkəmə qərarları › İş №2(037)-590/2020

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-590/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-590/2020 24.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxx 2015-ci il tarixli 1315A nömrəli kredit müqaviləsi üzrə 1342.23 manat əsas, 301.74 manat müqavilə müddəti üçün hesablanmış faiz, 653.22 manat borcun gecikdirilməsinə görə hesablanan və tələb olunan cərimə, 211.47 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 2508.66 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Mətanət Əliyev izahat verərək göstərdi ki, xx xxx 2015-ci il tarixli 1315A nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 24% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında xx xxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.2.1,2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borc alan Cavabdeh1 kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişlərini ödəniş cədvəlinə əsasən tam şəkildə borcverənə ödəməli olmasına baxmayaraq o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehlərə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəliklərə əməl etmədiklərindən hazırda onların ləğv prosesində olan İddiaçı ASC-yə 1342.23 manat əsas, 301.74 manat müqavilə müddəti üçün hesablanmış faiz, 653.22 manat müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə, 211.47 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 2508.66 manat məbləğində borcları yaranmışdır.O,xx xxx 2015-ci il tarixli 1315A nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməmiş 1342.23 manat əsas, 301.74 manat müqavilə müddəti üçün hesablanmış faiz, 653.22 manat müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə, 211.47 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 2508.66 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehlərCavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1izahat verərək göstərdi ki, xx xxx 2015-ci il tarixli 1315A nömrəli kredit müqaviləsinə əsasən İddiaçıASC tərəfindən ona 24 ay müddətinə illik 24% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında xx xxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin vaxtdan başlayaraq hər ay vaxtlı vaxtında kredit borcunu ödəmişdir. Sonradan bank bağlandığından kredit borcunu hara ödənilməsini bilmədiyindən aylıq ödənişləri dayandırmışdır. O, kredit götürdüyü bankın yerli filiyalının əməkdaşı Polad adlı şəxsdən kredit ödənişini necə ödəyəcəyini soruşmuşdur. Bankın yerli filiyalının əməkdaşı axırıncı kredit ödənişini ona qaytarmaqla növbəti kredit ödənişlərinin necə ödənilməsi barədə məlumatının olmadığını bildirmişdir. Bir müddət keçdikdən sonra özünü bankın əməkdaşı kimi təqdim edən şəxs ona zəng edərək kredit ödənişlərini nə üçün ödəmədiyini soruşmuşdur. O, Bankın əməkdaşına kredit ödənişini necə ödəyəcəyi barədə məlumatının olmadığını bildirmişdir. Bankın əməkdaşı ona kredit ödənişlərini “Milliön” ödəniş aparatları vasitəsilə ödəməli olmasını, əgər problem yaranarsa bankın filiyalarına müraciət etməsini bildirmişdir. O, kredit ödənişlərini “Milliön” ödəniş aparatları vasitəsilə ödəmək istəsə də həmin ödəniş sistemində bankın adının olmadığını görmüşdür. Bundan sonra bankın Sumqayıt şəhərində yerləşən filiyalına müraciət etmişdir. Bankın Sumqayıt filiyalının əməkdaşı ona kredit ödənişlərinin necə ödənilməsi barədə məlumatının olmadığını bildirmişdir. O, bankda mobil nömrəsinin qeyd olunduğu ərizə yazaraq bankın əməkdaşına təqdim etmiş və kredit ödənişlərinin ödənilməsi barədə məlumatı olarsa onu məlumatlandırmasını xahiş etmişdir. Həmin vaxtdan hazırkı vaxtadək bankın əməkdaşı tərəfindən ona kredit ödənişlərinin neçə ödənilməsi barədə məlumat verilməmişdir. Ona görə də kredit borcunu ödəməmişdir. Ayrılmış kredit məbləği Azərbaycan Respublikası Prezdentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanın təsir dairəsinə düşərək restrukturizasiya olunsa da bank tərəfindən qalıq borcun ödənilməsinə dair yeni müqavilə bağlanılmasına dair ona xəbərdarlıq bildirişi göndərilməmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xəbərdarlıq bildirişinə əlavə edilmiş qəbzdə soyadının qarşısında olan imza onun tərəfindən icra edilməmişdir. Qeyd etdikləri nəzərə alınaraq iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də bu Fərmanda nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın 6.1-ci maddəsində Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasının təklif edilməsi,6.2-ci bəndində fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməsi və 6.3-cü bəndində borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri banklara tövsiyə edilmişdir. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı mülki iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası”nın təsdiq edilməsi haqqında X2 Palatasının xx xxxx 2019-cu il tarixli qərarının5-ci bəndinə əsasən kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə palataya məlumat verir,kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir:fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir,əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir,əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda –tam şəkildə, kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda –kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla silinir,kredit təşkilatları bu qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, sms) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada palataya təqdim edir, ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir,palata kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə elektron portal (bundan sonra – portal) yaradır,portalda hər bir fiziki şəxs üzrə ən azı hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatındakı kredit borcları üzrə ödəniləcək kompensasiyanın məbləği, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiyanın cəmi məbləği, kompensasiyanın bu qaydanın 4.3.1-ci və 4.3.2-ci yarımbəndlərinə uyğun olaraq, kredit borclarının ödənilməsinə yönəldilən və fiziki şəxsin sərəncamında qalan hissəsinin məbləği, restrukturizasiya olunacaq kreditlər üzrə əsas kredit borcları və həmin kredit borclarının restrukturizasiya olunacağı kredit təşkilatları barədə məlumatlar əks olunur,portalda bu qaydanın 7.2-ci bəndində göstərilən məlumatlar barədə axtarış fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin məlumatları əsasında müvafiq autentifikasiyadan keçməklə aparılır,palata tərəfindən vətəndaşların qəbulu üçün ayrıca sahə müəyyən olunur və qaynar xətt yaradılır, habelə həmin şəxslərlə iş üçün müvafiq əməkdaşlar ayrılır. Həmin əməkdaşlar tərəfindən fiziki şəxslərin Fərmandan və bu Qaydadan irəli gələn müraciətləri araşdırılır və bu qaydanın 8.5-ci bəndində müəyyən edilmiş hallarda apellyasiya komissiyasına təqdim edilir,kredit təşkilatlarında (baş ofis, filial və şöbə) vətəndaşların qəbulu üçün ayrıca sahə müəyyən olunur və qaynar xətt yaradılır, habelə həmin şəxslərlə iş üçün müvafiq əməkdaşlar ayrılır, işlərin koordinasiyası məqsədilə kredit təşkilatının İdarə Heyətinin müvafiq üzvü və ya təkbaşına icra orqanının rəhbəri məsul şəxs qismində müəyyən olunur və bu barədə dərhal palataya məlumat verilir,bank olmayan kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının müştərilərinə münasibətdə kompensasiya ödəniləcək fiziki şəxslərin siyahısı (fiziki şəxslər, ödəniləcək kompensasiya və müştərisi olduğu kredit təşkilatının yerləşdiyi ərazi göstərilməklə) Palata tərəfindən poçt rabitəsinin milli operatoruna göndərilir,poçt rabitəsinin milli operatoru bu qaydanın 4.7-ci və 7.6-cı bəndlərinə əsasən kompensasiya ödənilən fiziki şəxslərin siyahısını palataya təqdim edir,bu qaydanın 4.5-4.7-ci bəndlərinə uyğun olaraq, kompensasiyanın ödənilməsini həyata keçirən banklar və poçt rabitəsinin milli operatoru tərəfindən fiziki şəxslərə ödəniləcək kompensasiya məbləği, kompensasiya ödənilən kreditinin olduğu kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı barədə məlumat (adı, ünvanı, əlaqə vasitələri), kompensasiyanın köçürüldüyü ödəniş kartını əldə edə biləcəyi və ya bu Qaydanın 4.7-ci bəndinə müvafiq olaraq pul köçürməsinin ediləcəyi kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru barədə məlumat (kredit təşkilatının, onun filialının, poçt rabitəsinin milli operatorunun və onun şöbəsinin adı, ünvanı, əlaqə vasitəsi), kompensasiyanın ödənildiyi ödəniş kartının hazır olduğu və ya bu qaydanın 4.7-ci bəndinə müvafiq olaraq pul köçürməsinin ediləcəyi tarix və bu qaydanın 7.11-ci və 7.12-ci bəndlərində nəzərdə tutulan sənədlər barədə məlumatlar göndərilir,bu qaydanın 7.8-ci bəndində göstərilən məlumatlar fiziki şəxslərə SMS, elektron poçt və ya alınmasını təsdiq edən digər formada göndərilir (təqdim olunur, çatdırılır),restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edən kredit təşkilatının (baş ofis, filial) adı, ünvanı, əlaqə vasitləri, fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni müqavilə bağlanması üçün şəxsiyyətini təsdiq edən sənədi gətirməli olduğu barədə məlumat və fərmandan və bu qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur,fiziki şəxsə kompensasiyanın ödənildiyi ödəniş kartının verilməsi şəxsiyyəti təsdiq edən sənəd və fiziki şəxsin adına ödəniş kartı olan şəxs vəfat etdikdə və müraciət onun vərəsəsi (vərəsələri) tərəfindən edildikdə, vərəsəlik hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirilir,bu qaydaya uyğun olaraq kompensasiyanın köçürüldüyü ödəniş kartının alınması və ya kredit borcunun restrukturizasiya edilməsi məqsədilə fiziki şəxsin adından onun nümayəndəsi müraciət etdikdə bu qaydada nəzərdə tutulan sənədlərlə yanaşı nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli təqdim olunmalıdır. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan müəyyən edilir ki, hazırkı iş üzrə Cavabdeh1 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşərək restrukturizasiya olunmuş, lakin ona kompensasiya məbləği ayrılmamışdır. Hazırda cavabdehlərdən kredit müqaviləsi üzrə 1342.23 manat əsas, 301.74 manat müqavilə müddəti üçün hesablanmış faiz, 653.22 manat müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə, 211.47 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 2508.66 manat məbləğində borcun və 30 manat dövlət rüsumu borc tələb olunur. Götürülmüş kreditin məbləği 17000 manatdan aşağıdır. İş materiallarına ödəniş cədvəli əlavə olunmasa da, müqavilənin bağlanma tarixindən və qalıq borcunun məbləğindən görünür ki, borcun ödənilməsi 360 gündən artıq gecikdirilmişdir. Qeyd olunan Fərmanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Fərmanda nəzərdə tutulan güzəştlərin məhkəmə baxışı zamanı tətbiq olunması istisnadır. Çünki fərmanda nəzərdə tutulan bəzi güzəştlərin tətbiqi tərəflərin müqavilə azadlığı hüququnu qoruyur. Beləki, borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədənkənar qaydada həll oluna bilər. Eyni zamanda dövlət dəstəyi ilə qaytarılmalı vəsait, və yaxud azaldılmalı borc məbləği tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər. Məhkəmə mülki işin yuxarıda qeyd olunan hallarını ümumiləşdirərək hesab edir ki, qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Cavabdeh1 ayrılmış kredit məbləği Azərbaycan Respublikası Prezdentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli fərmanın təsir dairəsinə düşərək restrukturizasiya olunsa da, bank tərəfindən qalıq borcun ödənilməsinə dair yeni müqavilə bağlanılmasına dair cavabdehlərə xəbərdarlıq bildirişləri göndərilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilsə də, məhkəmə iclasında iştirak edən Cavabdeh1 bank tərəfindən ona xəbərdarlıq bildirişinin göndərilməməsini və bildirişə əlavə edilmiş qəbzdəki soyadının qarşısındakı imza onun tərəfindən icra edilmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh1 götürülmüş imza nümunələri ilə bildirişə əlavə edilmiş qəbzdəki soyadının qarşısındakı imzanın müqayisəsi zamanı həmin imzaların fərqli olması adi qaydada görünür. İddiaçı cavabdehlərə xəbərdarlıq bildirişlərini göndərməmiş, əvəzində isə Cavabdeh1 ayrılmış kredit məbləğinin restrukturizasiya olunmasından sonra qalıq qalmış 1342.23 manat əsas borc məbləğinə 301.74 manat müqavilə müddəti üçün hesablanmış faiz, 653.22 manat müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə, 211.47 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 2508.66 manat məbləğində borc hesablanmışdır. Hazırkı iddia icraata götürüldüyündən iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə mübahisənin məhkəmədənkənar həlli qaydası fərmanla müəyyən edildiyindən və hazırkı işdə qaydalara riayət etmək imkanları itirilmədiyindən iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçıya izah olunur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar