Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-592/2020 29.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmı̇yyətinin ċavabdeh Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə xx xxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmı̇yyəti iddia ərizəsi ilə müraciət edərək xx xxxxxx 2015-ci il tarixli 100 İK saylı kredit müqaviləsi üzrə ödənilməmiş borcun Cavabdeh tutularaq ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmı̇yyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2015-ci il tarixli 100 İK nömrəli kredit müqaviləsindən görünür ki, həmin tarixdə bank tərəfindən borcluya 18 ay müddətinə illik 24% dərəcəsi ilə 2300 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxxx 2020-ci il tarixli AZ-İ № 903379 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. İş materiallarından göründüyü kimi xx xxxxxx 2015-ci il tarixli 100 İK nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə illik 24% dərəcəsi ilə 2300 ABŞ dolları məbləğində kredit verildikdən sonra xx xxxxxxxx 2017-ci il tarixdə Cavabdeh vəfat etmişdir. İddiaçı cavabdehə xəbərdarlıq məktubu göndərmiş və vəfat etmiş şəxsi cavabdeh qismində məhkəməyə vermişdir. Halbuki, iddiaçı təşkilat tərəfindən vəfat etmiş şəxsin vərəsəsi müəyyən edilməli, bundan sonra həmin vərəsəyə qarşı ümumi qaydada məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 261.0.7-ci maddəsində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı xitam edilə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının xitam verilməsi zamanı hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qərara gəlir ki, iş üzrə Cavabdeh barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək öldüyündən və o, öldükdən sonra mübahisəli hüquq münasibətləri üzrə hüquq varisləri müəyyən edilmədən məhkəməyə müraciət edildiyindən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmı̇yyətinin ċavabdeh Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonar 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-592/2020
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-592/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver