Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-606/2021 26.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 26 iyul 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 25 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə 691,6 manat əsas, 68,8 manat faiz, 26,81 manat cərimə - cəmi 787,21 manat borc məbləği və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 16 iyun 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 20 iyun 2021-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən cavabdehə illik 21 faizlə 36 ay müddətinə 1500 manat kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 24 may 2021-ci il tarixə cavabdehin banka 25 yanvar 2019-cu il tarixli kredit müqaviləsi 691,6 manat əsas, 68,8 manat faiz və 26,81 manat cərimə olmaqla cəmi 787,21 manat borcu yaranmışdır. İddiaçı cavabdehdən kredit müqaviləsi üzrə cəmi 787,21 manat kreit borcunun məbləği və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. "xxxx" İKB ASC ilə cavabdeh arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən cavabdehə illik 21 faiz dərəcəsi ilə 36 ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. 22 noyabr 2019-cu il tarixli **********986800 nömrəli çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində "xxxx" X3 Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. 03 may 2021-ci il tarixli KBD-7113 nömrəli xəbərdarlığın surətindən görünür ki, müqavilə üzrə borcun beş gün ərzində ödənilməsi cavabdehdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 24 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 25 yanvar 2019cu il tarixli müqavilə üzrə 691,6 manat əsas, 68,8 manat faiz və 26,81 manat cərimə borcu vardır. 27 may 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, "xxxx" İKB ASC ilə cavabdeh arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən cavabdehə illik 21 faiz dərəcəsi ilə 36 ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. "xxxx" X3 Səhmdar Cəmiyyətinin adı Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dəyişdirilərək 22 noyabr 2019-cu il tarixdən İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İddiaçı cavabdehdən 25 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə 691,6 manat əsas, 68,8 manat faiz, 26,81 manat cərimə - cəmi 787,21 manat borc və 30 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 25 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə 691,6 manat əsas, 68,8 manat faiz, 26,81 manat cərimə və 30 manat dövlət rüsumu – cəmi 817 (səkkiz yüz on yeddi) manat 21 (iyirmi bir) qəpik məbləği alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-606/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-606/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver