Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-607/2021 19.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 19 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı1 MMC (bundan sonra birinci iddiaçı) və İddiaçı2 (bundan sonra ikinci iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) avtoqəza nəticəsində dəymiş zərərin əvəzi olaraq 5326 manat İddiaçı1 MMC-nin hesabına ödənilməsini, dəymiş zərərin əvəzi olaraq 4085 manat, gündəlik taksi xərcləri 5190 manat, Bakı-İsmayıllı yol xərcləri 120 manat, lombardlardan götürülmüş faizlə 1280 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablamaqla 680 manat, 30 manat dövlət rüsumu - cəmi 11385 manat alınaraq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə birinci iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Birinci iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27 dekabr 2017-ci il tarixli AD130652 nömrəli şəhadətnaməyə əsasən, “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 MMC-yə məxsusdur. 17 may 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisindən cavabdeh idarə etdiyi “X4“ markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobillə asfalt yola çıxarkən etibarnamə əsasında ikinci İddiaçı2 idarə etdiyi “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. İkinci iddiaçının idarə etdiyi “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə 14411 manat maddi ziyan dəymiş və 5000 manatını icbari sığorta üzrə “Atəşgah Sığorta Şirkəti“ ASC tərəfindən “Kia Servis“ avtomobil təmiri mərkəzinə ödənilmişdir. Cavabdehdən avtoqəza nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 9441 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablamaqla 680 manat və 30 manat dövlət rüsumunun yarısı – cəmi 5325 manat İddiaçı1 MMC-nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İkinci iddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 27 dekabr 2017-ci il tarixli AD130652 nömrəli şəhadətnaməyə əsasən, “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil birinci iddiaçıya məxsusdur. 17 may 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisindən cavabdeh idarə etdiyi “X4“ markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobillə asfalt yola çıxarkən etibarnamə əsasında onun idarə etdiyi “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş qəza nəticəsində cavabdeh təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 29 may 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Onun idarə etdiyi “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə 14411 manat maddi ziyan dəymişdir. Həmin məbləğin 5000 manatını icbari sığorta üzrə “Atəşgah Sığorta Şirkəti“ ASC tərəfindən “Kia Servis“ avtomobil təmiri mərkəzinə ödənilmişdir. Qalan 9411 manat vurulmuş ziyanı o, “Kia Servis“ avtomobil təmiri mərkəzinə ödəmişdir. “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil hal-hazıradək təmirdə qalması ehtiyat hissələrinin xaricdən sifarişlə gətirilməsi səbəbindən olmuşdur. Xaricdən sifarişlə gətirilən ehtiyat hissələri onun ailə büdcəsinə təsir göstərmişdir. Belə ki, təmirə çəkilən xərclər avtotəmir mərkəzinin tərtib etdiyi qüsür aktında yazılan xərclərdən artıq olmuşdur. O, həmin xərclər barədə cavavdehə zəng edib bildirsə də nəticəsi olmamışdır. Dəymiş zərərin əvəzini təşkil edən 9411 manatın yarısını, yəni 4705,50 manatını cavabdehdən tələb edir. Qeyd olunan avtomobilin təmirinə çəkilən əlavə xərcləri ödəmək üçün o, həyat yoldaşının qızıl-zinyət əşyalarını girov qoyaraq yüksək faizlə kredit götürürərək həmin avtomobili təmir etdirmək məcburiyyətində qalmışdır. Təmirlə bağlı lombardlardan götürülən pullar faizlə 1280 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 faiz hesablamaqla 680 manat maddi ziyan çəkmişdir. Bundan başqa, avtomobil hal-hazırda təmirdə olduğundan o, iş yerinə 173 gün olmaqla hər günə 30 manat ödəməklə 5190 manat və məhkəməyə 4 dəfə gəlib-getmək üçün 120 manat xərc çəkmişdir. Bundan əlavə, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu da ödəmişdir. O, həmin məbləğləri cavabdehdən tələb edir. Cavabdehdən avtoqəza nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 4705,50 manat, gündəlik taksi xərcləri 5190 manat, Bakı-İsmayıllı yol xərcləri 120 manat, lombardlardan götürülmüş faizlə 1280 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 faiz hesablamaqla 680 manatın yarısı – 340 manat, 30 manat dövlət rüsumu - cəmi 11385 manat alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 17 may 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisindən o, idarə etdiyi “X4“ markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobillə asfalt yola çıxarkən ikinci iddiaçının idarə etdiyi “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş qəza nəticəsində o, təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 29 may 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçıların iddia tələbi ilə razılaşmır. Belə ki, iddiaçılar iddia ərizəsində “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləğini yüksək göstərmişlər. Bundan başqa məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası düzgün aparılmamış, ekspert rəyi iş materiallarında olan ziyan aktındakı kimi köçürülmüş və bəzi detallar 2 dəfə qeyd olunmuşdur. Qeyd olunan avtomobil üçün sığorta şirkətindən aldığı 5000 manat pulu ona versələr həmin məbləğlə avtomobili özü təmir elətdirə bilər. İkinci iddiaçı gündəlik taksi xərcləri 5190 manat, Bakı-İsmayıllı yol xərcləri 120 manat, lombardlardan götürülmüş faizlə 1280 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 faiz hesablamaqla 680 manat məbləği ondan tələb etməsi əsaslı deyil. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə cavabdehin izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. 27 dekabr 2017-ci il tarixli AD 130652 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılışlı, ** PN *** dövlət qeydiyyat nişanlı “Kia Cadenza” markalı avtomaşın İddiaçı1 MMC-nin adına qeydə alınmışdır. 24 fevral 2020-ci il tarixli AD 739141 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2009-cu il buraxılışlı, ** HM *** dövlət qeydiyyat nişanlı “X4115 CDİ” markalı avtomaşın Cavabdeh adına qeydə alınmışdır. 29 aprel 2021-ci il tarixli P8656/21 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı1 MMC tərəfindən “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün 29 may 2021-ci il tarixədək İddiaçı2 etibarnamə verilmişdir. 25 may 2021-ci il tarixli 01 nömrəli avtomobillə sərnişin daşınması (taksi) xidmətlərinin göstərilməsi haqqında müqavilədən və əlavə qiymət razılaşmasından görünür ki, fiziki şəxs X2 ilə İddiaçı2 arasında hər ay üçün 700 manat olmaqla, 6 ay müddətinə avtomobillə sərnişin daşınması (taksi) xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 29 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir 01 iyun 2021-ci il tarixli fiziki şəxs X1 tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan ümumilikdə 14411 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 07 iyun 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh barəsində İXMnin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində inzibati cərimə olunmuşdur. 08 iyun 2021-ci il tarixli 0140/21 nömrəli pretenziyadan görünür ki, İddiaçı1 MMC tərəfindən 9411 manat vurulmuş ziyan məbləği Cavabdeh tələb edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2021-ci il tarixli 9/6056 nömrəli ekspert rəyindən görünür ki, “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 14431 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə isə 12155 manat məbləğində zərər dəymişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. 08 iyun 2021-ci il tarixli 43564 və 43565 nömrəli qəbzlərdən görünür ki, İddiaçı2 tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil birinci iddiaçıya məxsusdur. Cavabdeh idarə etdiyi “X4“ markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobillə 17 may 2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağları ərazisindən asfalt yola çıxarkən etibarnamə əsasında ikinci iddiaçının idarə etdiyi “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş qəza nəticəsində cavabdeh təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 29 may 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Birinci iddiaçının idarə etdiyi “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə 14411 manat maddi ziyan dəymişdir. Həmin məbləğin 5000 manatını icbari sığorta üzrə “Atəşgah Sığorta Şirkəti“ ASC tərəfindən “Kia Servis“ avtomobil təmiri mərkəzinə ödənilmişdir. İddiaçı1 MMC avtoqəza nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 9441 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablamaqla 680 manat və 30 manat dövlət rüsumunun yarısı – cəmi 5325 manat cavabdehdən alınaraq onun hesabına ödənilməsini tələb edir. İddiaçı2 avtoqəza nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 9411 manatın yarısı olaraq 4705,50 manat, gündəlik taksi xərcləri 5190 manat, Bakı-İsmayıllı yol xərcləri 120 manat, lombardlardan götürülmüş faizlə 1280 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 faiz hesablamaqla 680 manatın yarısı olaraq 340 manat, 30 manat dövlət rüsumu - cəmi 11385 manat cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə iddia tələbinin avtomobilə dəymiş zərərə görə tələb olunan 14441 manat hissəsinə münasibətdə qeyd edir ki, tərtib edilmiş qüsur aktına və ekspert rəyinə əsasən “Kia Cadenza” minik markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan ümumilikdə 14411 manat məbləğində müəyyən edilsə də iddiaçılar iddia tələbində dəymiş zərərlə bağlı məbləği 14441 manat qeyd etmişlər. Məhkəmə qüsur aktına və ekspert rəyinə əsaslanaraq avtomobilə dəymiş zərərin məbləğini 14411 manat qəbul edir. Həmin məbləğin 5000 manatını sığorta şirkəti ödəmişdir. Məhkəmə qərara gəlir ki, 9411 manat dəymiş zərər məbləğinin yarısını təşkil edən 4705,50 manat cavabdehdən alınaraq İddiaçı1 MMC-yə, yarısını təşkil edən 4705,50 manat isə İddiaçı2 ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablamaqla 680 manatın cavabdehdən alınaraq iddiaçılara ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçılar cavabdehdən ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablamaqla 680 manatın yarısını İddiaçı1 MMC-yə, yarısını isə İddiaçı2 ödənilməsini tələb etsələr də tərəflər arasında belə bir razılaşmanın (müqavilənin) olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədilər. Bu fakt məhkəmə iclasında da öz təsdiqini tapmadı. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablamaqla 680 manat hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə ikinci iddiaçının iddia tələbinin gündəlik taksi xərcləri 5190 manat və Bakı- İsmayıllı yol xərcləri 120 manat hissəsinə münasibətdə qeyd edir ki, ikinci iddiaçının məhkəməyə təqdim etdiyi 25 may 2021-ci il tarixli 01 nömrəli avtomobillə sərnişin daşınması (taksi) xidmətlərinin göstərilməsi haqqında müqavilədən və əlavə qiymət razılaşmasından görünür ki, fiziki şəxs X2 ilə İddiaçı2 arasında hər ay üçün 700 manat olmaqla, 6 ay müddətinə avtomobillə sərnişin daşınması (taksi) xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Bundan əlavə ikinci iddiaçı keçirilmiş məhkəmə prosesləri ilə əlaqədar olaraq bir neçə dəfə İsmayıllı şəhərinə gəlmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin həmin hissədə qismən – 2500 manat taksi xərcləri və 120 manat Bakı-İsmayıllı yol xərcləri hissəsində təmin edilməsini ağlabatan hesab edir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi taksi xərcləri 5190 manat və Bakı-İsmayıllı yol xərcləri 120 manat hissəsində qismən - taksi xərcləri 2500 manat və Bakı-İsmayıllı yol xərcləri 120 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə ikinci iddiaçının iddia tələbinin avtomobilin təmiri üçün lombardlardan götürülmüş pula görə ödədiyi 1280 manat faiz hissəsinə münasibətdə qeyd edir ki, ikinci iddiaçı lombarddan götürdüyü pulun məhz avtomobilin təmiri üçün xərcləndiyini qeyd etsə də bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi avtomobilin təmiri üçün lombardlardan götürülmüş pula görə ödədiyi 1280 manat faiz hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 30 manat alınaraq ikinci iddiaçıya ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4705 (dörd min yeddi yüz beş) manat 50 (əlli) qəpik dəymiş zərər məbləği alınaraq İddiaçı1 MMC-nin hesabına ödənilsin. Cavabdeh 4705,50 manat dəymiş zərər, 2500 manat taksi xərcləri, 120 manat yol xərcləri, 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 7355 (yeddi min üç yüz əlli beş) manat 50 (əlli) qəpik alınaraq İddiaçı2 ödənilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN - **********, müxbir hesab - AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-607/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-607/2021
19.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver