Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-621/2020 04.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "İddiaçı" ASC-nin cavabdehlər Səlı̇mzadə Elvı̇n Akı̇f oğlu və Səlı̇mzadə Vüsalə Zakı̇r qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "İddiaçı" ASC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Səlı̇mzadə Elvı̇n Akı̇f oğlu (bundan sonra birinci cavabdeh) və Səlı̇mzadə Vüsalə Zakı̇r qızından (bundan sonra ikinci cavabdeh) müştərək qaydada 4167,17 manat əsas borc, 482,25 manat faiz borcu, 1312,97 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 5992,39 manat məbləği tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, İK1750-05 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 26% dərəcəsi ilə 5100 manat məbləğində kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin geri qaytarılmasının təminatı kimi iddiaçı ilə ikinci cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli, İK1750-05 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Birinci cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinı riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Birinci cavabdehin xx xxxxxx 2019-cu il tarixli, İK1750-05 nömrəli kredit müqaviləsinə əsasən xx xxxx 2020-ci il tarixinə kimi kredit müqqaviləsi üzrə əsas və faiz borcunu ödəniş qrafikinə uyğun şəkildə ödəməmişdir. Birinci cavabdehin 4167,17 manat əsas borc, 482,25 manat faiz borcu və 1312,97 manat cərimə – cəmi 5962,39 manat borcu yaranmışdır. Birinci cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Cavabdehlərdən müştərək qaydada 4167,17 manat əsas borc, 482,25 manat faiz borcu, 1312,97 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 5992,39 manat məbləği tutularaq iddiaçıya ödənilməsini tələb edir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. xx xxxxxx 2019-cu il tarixli, İK1750-05 nömrəli kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən birinci cavabdehə illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə 5100 manat məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli, İK1750-05 nömrəli zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə Səlı̇mzadə Elvı̇n Akı̇f oğlu arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, İK1750-05 nömrəli kredit müqaviləsinin təminatı kimi Səlı̇mzadə Elvı̇n Akı̇f oğlu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən Səlı̇mzadə Vüsalə Zakı̇r qızı zamin kimi Səlı̇mzadə Elvı̇n Akı̇f oğlu ilə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli, 167 və 168 nömrəli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehlərin öhdəlikləri və maddi məsuliyyəti barədə onlara xəbərdarlıq edilmişdir. xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, İK1750-05 nömrəli müqaviləyə əsasən 36 ay müddətinə illik 26% dərəcəsi ilə 5100 manat məbləğində kredit verilmişdir. Müqavilədə birinci cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulu tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli, İK1750-05 nömrəli kredit müqaviləsinin təminatı kimi Səlı̇mzadə Elvı̇n Akı̇f oğlu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən Səlı̇mzadə Vüsalə Zakı̇r qızı ilə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Birinci cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə borcun gecikdirilməsinə görə dəbbə pulu hesablanmışdır. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmişlər. Birinci cavabdehin xx xxxxxx 2019-cu il tarixli, İK1750-05 nömrəli kredit müqaviləsi üzrə 4167,17 manat əsas borc və 482,25 manat faiz borcu qalmışdır. Bundan başqa, borcun gecikdirilməsinə görə 1312,97 manat cərimə borcu hesablanmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu da ödənilmişdir. İddiaçı cavabdehlərdən Cavabdehlərdən müştərək qaydada 4167,17 manat əsas borc, 482,25 manat faiz borcu, 1312,97 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsum məbləğini tələb edir. Cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx xxxxxx 2019cu il tarixli, İK1750-05 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən 4167,17 manat əsas borc və 482,25 manat faiz borcu tələbinə dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehlərdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən 1312,97 manat cərimə borcunun tutulmasına dair hissəsi qismən – 400 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən 30 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Səlı̇mzadə Elvı̇n Akı̇f oğlu və Səlı̇mzadə Vüsalə Zakı̇r qızından müştərək qaydada 4167,17 manat əsas borc, 482,25 manat faiz borcu, 400 manat cərimə, 30 manat ödənilmiş rüsum məbləği – cəmi 5079,42 (beş min yetmiş doqquz manat qırx iki qəpik) manat məbləği tutularaq iddiaçı "İddiaçı" ASC-yə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-621/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-621/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver