Məhkəmə qərarları › İş №2(037)-627/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-627/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-627/2021 26.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 26 iyul 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" X3 Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) ərizə ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 965,35 manat əsas, 209 manat faiz, 3,93 manat cərimə - cəmi 1178,28 manat kredit borcu və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 22 iyun 2021-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 02 iyul 2021-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 11 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 120 ay müddətinə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. Müqavilənin 4.2.7-ci maddəsinə əsasən borcverən bu “bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan bir tərəfli qaydada artırmaq hüququna malikdir”. Cavabdeh ona təqdim olunan plastik kartdan 1000 manat vəsait nağdlaşdırmış, həmin məbləğdən 34,65 manat ödəniş etmişdir. Cavabdeh kredit borcunu tam şəkildə ödəmədiyindən müqavilənin şərtlərinə əsasən əsas borca 209 manat faiz və 3,93 manat cərimə hesablanmışdır. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar fayda verməmişdir. İddiaçı cavabdehdən 965,35 manat əsas, 209 manat faiz, 3,93 manat cərimə - cəmi 1178,28 manat kredit borcu və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 11 iyun 2020-ci il tarixli 342sİSML/20 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank borcalana illik 35 faiz olmaq 120 ay müddətinə 20000 manatadək məbləğdə krediti, kredit prosedurlarına görə 5% (minimum 20 manat) məbəğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutulmaqla borcalana verə bilər. Çıxarışdan görünür ki, 11 iyun 2020-ci il tarixdə cavabdehə 48 aylıq 1000 manat məbləğində illik 29,5 faizlə kredit təklif edilmiş, cavabdeh kredit təklifini təsdiqlədiyindən həmin gün kredit vəsaiti onun hesabına köçürülmüşdür. 20 aprel 2021-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən 342sİSML/20 nömrəli kredit müqaviləsi üzrə 20 aprel 2021-ci il tarixə yaranmış 965,35 manat əsas, 174,59 manat faiz, 2,65 manat cərimə - cəmi 1142,59 manat kredit borcunun üç iş günü müddətində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 03 iyun 2021-ci il tarixli UB-BANK/PİKMD/959195 nömrəli arayışdan görünür ki, cavabdehin 342sİSML/20 nömrəli kredit müqaviləsi üzrə 965,35 manat əsas, 209 manat faiz, 3,93 manat cərimə – cəmi 1178,28 manat kredit borcu vardır. 03 iyun 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 11 iyun 2020-ci il tarixli 342sİSML/20 nömrəli kredit müqaviləsinə əsasən bank ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35% faizədək olmaq şərtilə 20000 manatadək krediti, kredit prosedurlarına görə 5 % (minimum 20 manat) məbləğədək, kredit müraciətu üçün 4 manat komisyon haqqı tutmaqla borcala verə bilər. Bu müqavilə üzrə kreditin faizi illik faiz dərəcəsi min 18% - max 40% təşkil edir. Həmin müqaviləyə əsasən cavabdehə illik 29,5 faizlə 48 aylıq 1000 manat məbləğində kredit verilmişdir. Cavabdeh götürdüyü kreditin tam şəkildə ödənilməsini təmin etməmiş və 965,35 manat kredit borcu ödənilməmiş qalmışdır. Müqavilənin şərtlərinə əsasən 965,35 manat əsas borca 209 manat faiz və 3,93 manat cərimə hesablanmışdır. Cavabdehin 342sİSML/20 nömrəli kredit müqaviləsi üzrə 965,35 manat əsas, 209 manat faiz və 3,93 manat cərimə borcu yaranmışdır. İddiaçı cavabdehdən cəmi 1178,28 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh götürdüyü krediti, ona hesablanmış faiz və cərimələri ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 965,35 manat əsas borc, 209 manat faiz borcu, 3,93 manat cərimə borcu və 30 manat dövlət rüsumu - cəmi 1208 (bir min iki yüz səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləği alınaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar