Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-63/2021 10.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlı̇ mövsüm qızına qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "İddiaçı" QSC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 Əlı̇ mövsüm qızından (bundan sonra ikinci cavabdeh) müştərək qaydada 003R********** saylı kredit razılaşması üzrə 537,54 manat kredit borcu, 163,91 manat faiz borcu, 248,34 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 949,79 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı" Qapali Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 003L**********89 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə birinci cavabdeh iddiaçı ilə bağladığı xx xxxxxx 2018-ci il tarixli 003R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə aylıq 2,1667 faiz olmaqla, 1100 manat kredit götürmüşdür. Kredit razılaşması üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə ikinci cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. Birinci cavabdeh kredit razılaşmasının tələblərini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcunu xx xxxx 2019-cu il tarixdən banka qaytarmamışdır. Birinci cavabdeh kredit borcundan 562,46 manat ödəmiş və 537,54 manat borcu qalmışdır. Birinci cavabdehin xx xxxxxxx 2020-ci il tarixə 455 gün üçün hesablanmış 163,91 manat faiz borcu və 248,3 manat cərimə borcu yaranmışdır. Cavabdehlərdən müştərək qaydada 003R********** saylı kredit razılaşması üzrə 537,54 manat kredit borcu, 163,91 manat faiz borcu, 248,34 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 949,79 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı" Qapali Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. xx xxxxxx 2018-ci il tarixli 003L**********89 saylı uzunmüddətli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. xx xxxxxx 2018-ci il tarixli 003R********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə 12 ay müddətinə aylıq 2,1667 faiz olmaqla 1100 manat kredit verilmişdir. xx xxxxxx 2018-ci il tarixli, 003S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 003R********** saylı kredit xətti müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən ikinci cavabdeh birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx xxxxxx 2018-ci il tarixli 003R********** saylı kredit razılaşmasına əlavə olan ödəniş planından görünür ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 1100 manat əsas və 164,21 manat faiz borcu olmaqla, cəmi 1264,21 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, cavabdehlərdən kredit borcunun ödənilməsi tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyəti barədə onlara xəbərdarlıq edilərək əks halda barələrində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. xx xxxxxx 2020-ci il tarixli 25515 nömrəli maliyyə arayışından görünür ki, xx xxxxxx 2018-ci il tarixli 003R********** saylı kredit razılaşması üzrə birinci cavabdehin xx xxxxxxx 2020-ci il tarixə 455 gün üçün hesablanmış 537,54 manat əsas borcu, 163,91 manat faiz borcu və 248,34 manat cərimə olmaqla, ümumilikdə cəmi 949,79 manat borcu yaranmışdır. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 003L**********89 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə birinci cavabdeh iddiaçı ilə bağladığı xx xxxxxx 2018ci il tarixli 003R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə aylıq 2,1667 faiz olmaqla, 1100 manat kredit götürmüşdür. Kredit razılaşması üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə ikinci cavabdeh arasında zaminlik müqaviləsi bağlanılmışdır. Birinci cavabdeh kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə borcun gecikdirilməsinə görə dəbbə pulu hesablanmışdır. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmişlər. Birinci cavabdehin xx xxxxxxx 2020-ci il tarixə 455 gün üçün hesablanmış 163,91 manat faiz borcu və 248,3 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu da ödənilmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 003R********** saylı kredit razılaşması üzrə 537,54 manat kredit borcu, 163,91 manat faiz borcu, 248,34 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 949,79 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı" Qapali Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilməsini tələb edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrini işin nəticəsi ilə maraqlı olmamaları kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada xx xxxxxx 2018-ci il tarixli 003R********** saylı kredit razılaşması üzrə 537,54 manat kredit borcu və 163,91 manat faiz borcu tutulması tələbinə dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən müştərək qaydada 248,34 manat cərimə borcunun tutulmasına dair hissəsi qismən – 50 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 30,00 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlı̇ mövsüm qızından müştərək qaydada 003R********** saylı kredit razılaşması üzrə 537,54 manat kredit borcu, 163,91 manat faiz borcu, 50 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 781 (yeddi yüz səksən bir) manat 45 (qırx beş) qəpik tutularaq iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-63/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-63/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver