Məhkəmə qərarları › İş №2(037)-633/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-633/2020

11.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-633/2020 11.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 670 manat dəymiş ziyan və 31 manat dövlət rüsumu olmaqla, cəmi 701 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək dəymiş ziyanla bağlı cavabdehlə aralarında qarşılıqlı razılaşma olduğundan iddia tələbinin həcmini azaldaraq cavabdehdən 400 manat dəymiş ziyan və 31 manat dövlət rüsumu olmaqla, cəmi 431 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etdi. İddiaçı hazırkı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə “QAZ-3302” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı- Hacıhətəmli yolunun Soltankən kəndi yaxınlığından keçən hissəsində hərəkətdə olarkən nəzarətsiz buraxılmış cavabdehə məxsus bir baş at yaxın məsafədən qəfildən avtomobilinin qarşısına çıxmış və nəticədə qəza baş vermişdir. Qəza nəticəsində avtomobilinin qabaq kapotu və banperi əzilmiş, radyatoru sıradan çıxmış və qapaq şüşəsi isə sınaraq dağılmışdır. İsmayıllı rayon Polis Şöbəsinin Yol patrul xidmətinin əməkdaşları yol-nəqliyyat hadisəsi yerinə gəlmiş, yolnəqliyyat hadisəsi sxemi çəkilmiş, tərəflərin izahatı alınmış və cavabdeh barəsində AR İXM-nin 338.5.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh AR İXM-nin 338.5.2-ci maddəsi ilə təqsirli bilinərək xx xxxx 2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 40 manat məbləğində cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “QAZ-3302” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş maddi zərərin məbləğinin müəyyən edilməsi üçün “xxxxxxxxxx” ASC-nin İsmayıllı filiyalına müraciət etmişdir. “xxxxxxxxxx” ASC-nin xx xxxx 2020-ci il tarixli 29 nömrəli arayışına əsasən avtomobilinə 670 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilmişdir. Cavabdeh ona vurduğu 670 manat məbləğində maddi ziyanı ödəmədiyi üçün məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəməyə 31 manat məbləğində vəsait sərf etmişdir. Məhkəməyə müraciət etdikdən sonra avtomobilinə dəymiş ziyanla bağlı cavabdehlə aralarında qarşılıqlı razılaşma olmuş və razılaşmaya əsasən cavabdeh avtomobilinə dəymiş ziyana görə ona 400 manat pul ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdehdən 400 manat dəymiş ziyan və 31 manat dövlət rüsumu olmaqla, cəmi 431 manat pulun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu Soltankənd kəndində yaşayır. 2020-ci ilin iyulun 25-də təsərrüfatında olan bir baş atı və balasını otlamaq üçün sahəyə buraxmışdır. Həmin gün təsərrüfatında olan atın balasını İsmayıllı-Hacıhətəmli yolunun Soltankən kəndi yaxınlığından keçən hissəsində hərəkətdə olan iddiaçıya məxsus “QAZ- 3302” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. Qəza nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Hadisə vaxtı dəymiş ziyanın ödənilməsi ilə bağlı iddiaçı ilə razılığa gəlmək istəsə də, iddiaçı onunla razılığa gəlməmişdir. Ona görə də iddiaçıya vurulmuş maddi ziyanı ödəməmişdir. Ziyanın ödənilməsi ilə bağlı aralarında razılaşma olmadığından iddiaçı ona qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət edildikdən sonra dəymiş ziyanla bağlı iddiaçı ilə aralarında razılaşma olmuş və razılaşmaya əsasən dəymiş ziyana görə iddiaçıya 400 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Dəymiş ziyana görə iddiaçıya 400 manat borcu var və həmin borcu yaxın vaxtlarda iddiaçıya ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, hazırkı iddia tələbi qismən 400 manat maddi ziyan və 20 manat dövlət rüsumu məbləğinə dair hissədə təmin edilməlidir. xx xxxx 2016-cı il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, xx xxxx 2016-cı il tarixdə Ağsu RQİ və TBŞ tərəfindən 2007-ci il buraxılışlı **-BG-*** dövlət qeydiyyat nişanlı “QAZ-3302” markalı avtomaşın İddiaçı adına qeydə alınmışdır. xx xxxx 2020-ci il tarixli “xxxxxxxxxx” ASC-nin İsmayıllı filiyalı tərəfindən verilmiş 29 nömrəli arayışdan görünür ki, İddiaçı məxsus “QAZ-3302” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyanın 670 manat məbləğində olduğu müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İsmayıllı rayon Polis Şöbəsinin Yol patrul xidmətinin inspektoru tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında inzibati cərimə edilmişdir. Araşdırma zamanı müəyyən edildi ki, 2020-ci ilin iyulun 25-də İsmayıllı-Hacıhətəmli yolunun Soltankən kəndi yaxınlığından keçən hissəsində iddiaçıya məxsus “QAZ-3302” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən nəzarətsiz buraxılmış cavabdehə məxsus bir baş at balası iddiaçıya məxsus avtomobilinin qarşısına çıxmış və nəticədə qəza baş vermişdir.İsmayıllı rayon Polis Şöbəsinin Yol patrul xidmətinin əməkdaşları yol-nəqliyyat hadisəsi yerinə gəlmiş, yol-nəqliyyat hadisəsi sxemi çəkilmiş, tərəflərin izahatı alınmış və cavabdeh barəsində AR İXM-nin 338.5.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.Yolnəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün iddiaçı mülkiyyətində olan “QAZ-3302” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili “xxxxxxxxxx” ASC-nin İsmayıllı filiyalına gətirmiş və sonuncunun xx xxxx 2020-ci il tarixli 29 nömrəli arayışına əsasən avtomobilə 670 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin Yol patrul xidmətinin inspektoru tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəməyə müraciət edildikdən sonra tərəflər arasında avtomobilə dəymiş ziyanla bağlı qarşılıqlı razılaşma olmuş və razılaşmaya əsasən cavabdeh avtomobilə dəymiş ziyana görə iddiaçıya 400 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinəəsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinəəsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehə məxsus bir baş at balasının nəzarətsiz magistral yola çıxması və baş vermiş qəza nəticəsində iddiaçıya məxsus avtomaşına 400 manat məbləğində maddi ziyan vurulması faktı araşdırma zamanı və cavabdeh tərəfindən təsdiq edildiyindən cavabdehdən 400 manat maddi ziyan məbləği alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, iddia tələbi 400 manat dəymiş ziyan məbləğinə dair hissədə təmin edildiyindən 31 manat dövlət rüsumu məbləğinin 20 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 11 manatı isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216- 220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 400 manat dəymiş ziyan və 20 manat dövlət rüsumu olmaqla, cəmi 420 manat pul məbləği alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar