Məhkəmə qərarları › İş №2(037)-638/2022

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-638/2022

21.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-638/2022 21.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və üçüncü şəxslər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı “icra məmurunun qanusuz hərəkətləri etməkdən çəkinmə” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmayılll rayon İcra va probasiya şöbəsinin böyük icra mamuru X1 tərəfindən İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli 2(037)-300/2013 nömrəli, 03.04.2017-ci il tarixli icra sənədi üzrə qəbul edilmiş 28.02.2022ci il tarixli qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi və İsmayıllı rayon İcra va probasiya şöbəsinin İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli 2(037)-300/2013 nömrəli, 03.04.2017-ci il tarixli icra sənədi üzrə 1018112/2017-45-2 saylı, 18.03.2022-ci il tarixli sifariş məktubunun qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı iddia ərizəsini məhkəməyə təqdim edərkən prosessual qanunvericiliyin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərək onun formasına və məzmununa və ərazi aidiyyətinə riayət olunması iddianın yolverilən olması baxımından mühüm şərtlərdən biridir. İddiaçılar iddia ərizəsinin giriş hissəsində “icra məmurunun qanunsuz hərəkətləri etməkdən çəkinməyə” dair tələblə (şikayət forması) müraciət etdiklərini qeyd etsələr də, iddia ərizəsinin xahiş etdi hissəsində icra məmurunun qərarının ləğv edilməsini (iddia ərizəsi forması) qeyd etmişlər. Göründüyü kimi tələb qeyri müəyyən olmaqla,prosessual qanunvericiliyin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib edilmişdir. “İcra haqqında” Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhkəmə hesab edir ki, hazırki icra məmurunun qərarının qanunsuz hesab edilərək ləğvi və sifarişin geri götürülməsi müstəqil iddia qaydasında deyil, İsmayıllı Rayon Məhkəməsinin icraatında olmuş 2(037)-300/2013 saylı mülki işin davamı kimi şikayət formasında icra sənədini vermiş məhkəmədə mübahisələndirilə bilər. İddiaçılara izah olunur ki, “qərarın ləğv edilməsi” tələbi iddia icraatı qaydasında deyil, şikayət formasında olmaqla 2(037)-300/2013 nömrəli işin davamı kimi məhkəməyə müraciət etmək hüququna malikdirlər. Eyni zamanda iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçıların hazırki tələblə çıxış etdikləri mübahisə predmeti məhz əmlakın qiymətləndirilməsi və hərracın keçirilməsi ilə bağlıdır. Belə olan təqdirdə məhkəmə tövsiyyə edir ki, iddiaçılar “qiymətləndirmə rəyinin ləğv olunması” və ya hərracın keçirilməsi və ya keçiriləcəyi təqdirdə hərracın nəticələrinin ləğv edilməsi (etibarsızlığı) tələbi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh İsmayıllı rayon icra və probasiya şəbəsi və üçüncü şəxslər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı “icra məmurunun qanusuz hərəkətləri etməkdən çəkinmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar