Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-649/2024 03.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X4 oğlunun katibliyi ilə, İddiaçı Əmirova (Qədirova) Ülviyə Əziz qızının nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Əmirova (Qədirova) Ülviyə Əziz qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 03 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı Əmirova (Qədirova) Ülviyə Əziz qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından 11 avqust 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün İsmayıllı Rayon Məhkəməsinin 23 sentyabr 2016cı il tarixli 2(037)-1951/2016 nömrəli əmri ilə təyin olunmuş 80 manat məbləğində alimentin artırılaraq sabit pul məbləği ilə 250 manat müəyyən olunması və mediasiya təşkilatına ödənilmiş 50 manat xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Əmirova (Qədirova) Ülviyə Əziz qızı məhkəmə baxış iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 təmsil etmişdir İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 23 sentyabr 2016cı il tarixli 2(037)-1951/2016 nömrəli əmri ilə 11 avqust 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdehdən hər ay 80 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Təyin olunmuş aliment məbləği hazırki vəziyyətdə uşağın saxlanması üçün azlıq edir və minimum təminatını belə ödəmir. Övladı Ülkərin yaşının artması, orta məktəbdə təhsil alması xərclərinin də artmasına səbəb olmuşdur. Özü heç yerdə işləmir. Cavabdeh isə avtomobil təmiri və avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olmaqla yüksək aylıq gəlir əldə etsə də təyin olunmuş alimenti vaxtında ödəməməklə yanaşı uşağına əlavə heç bir köməklik etmir. Ona görə də təyin olunmuş alimentin məbləğinin artırılaraq hər ay 250 manat müəyyən olunması və mediasiya təşkilatına ödənilmiş 50 manat xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 təmsil etmişdir. Cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 23 sentyabr 2016cı il tarixli 2(037)-1951/2016 nömrəli əmri ilə 11 avqust 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 80 manat məbləğində aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətində müsbət dəyişiklik olmamışdır. Belə ki, cavabdeh Rusiya istehsalı olan keçmiş avtomobillərin elektrik avadanlıqlarının təmiri ilə məşğul olur. Hazırda həmin avtomobillərin sayı az qaldığından onun xidmətinə də ehtiyac azalmışdır. Aylıq gəliri 200 manatdan da az olur. Özü xəstə olmaqla hələ evlənməmişdir. Himayəsində İ qrup əlil olmaqla əmək qabiliyyətini itirmiş, daimi qulluğa ehtiyacı olan iki qardaşı, uzun müddət İİ qrup əlil olan hazırda əlilliyi ləğv olunmuş xəstə atası, yüksək təziqli və şəkər xəstəsi anası vardır ki, onlara da həm maddi, həm də mənəvi dayaq olmalıdır. İddiaçının tələb etdiyi alimenti ödəmək iqtıdarında deyildir. Uşağın saxlanması üçün ayda 100 manat aliment ödəyə bilər. Bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını, cavabdehin nümayəndəsinin iddia tələbinə münasibətini, həmçinin iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İİİ 691718 saylı xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin 11 avqust 2016-cı il tarixdə X2 adlı bir uşağı doğulmuşdur. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1951/2017-ci il tarixli 23 sentyabr 2016-cı il tarixli məhkəmə əmrinin surətindən müəyyən edilir ki, 11 avqust 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün Cavabdeh hər ay 80 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” MŞQ/MT035/2023-178 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsinə razılıq verməmişlər. İddiaçı 50 manat ilkin mediasiya xərci ödəmişdir. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş DSMF İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş 004608 nömrəli və 075549 nömrəli əlillik vəsiqələrinin surətlərindən müəyyən edilir ki, cavabdehin qardaşları Anar və Telman ümumi səbəbdən İ qrup əlildilər. Cavabbdeh təərfindən iş materiallarına əlavə edilmiş Şəki rayon Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli 063 nömrəli məktubun surətindən müəyyən edilir ki, cavabdehin atası Sübhan 2022-ci ildə müayinə olunarkən onda “Vəlvələ pozğunluğu (epizodik paroksizmal həyəcanlıq) diaqnozu aşkar olunmuşdur. Beləliklə, məhkəmədə mülki işin materiallarından müəyyən olundu ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1951/2017-ci il tarixli 23 sentyabr 2016-cı il tarixli məhkəmə əmri ilə 11 avqust 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün Cavabdeh hər ay 80 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətində müsbət dəyişiklik olmamışdır. Cavabdehin ümumi səbəbdən İ qrup əlil olan iki qardaşı vardır. Atası 2022-ci ildə müayinə olunarkən onda “Vəlvələ pozğunluğu (epizodik paroksizmal həyəcanlıq) diaqnozu aşkar olunmuşdur. İddiaçının nümayəndəsi qeyd olunan aliment məbləğinin hazırki vəziyyətdə uşağın saxlanması üçün azlıq etdiyini və uşağın normal təminatını ödəmədiyini, uşağın yaşının artması xərclərinin də artmasına səbəb olduğunu, iddiaçının işləmədiyini, cavabdehin isə avtomobil təmiri və avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olmaqla yüksək aylıq gəlir əldə etdiyini qeyd edərək alimentin məbləğinin artırılaraq hər ay 250 manat müəyyən olunması və mediasiya təşkilatına ödənilmiş 50 manat xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. Cavabdehin nümayəndəsi aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətində müsbət dəyişikliyin olmadığını, cavabdeh Rusiya istehsalı olan keçmiş avtomobillərin elektrik avadanlıqlarının təmiri ilə məşğul olduğunu, aylıq gəlirinin 200 manatdan da az olduğunu, özü xəstə olmaqla hələ evlənmədiyini, himayəsində İ qrup əlil olmaqla əmək qabiliyyətini itirmiş, daimi qulluğa ehtiyacı olan iki qardaşının, uzun müddət İİ qrup əlil olan hazırda əlilliyi ləğv olunmuş xəstə atasının, yüksək təziqli və şəkər xəstəsi anasının olduğunu, uşağın saxlanması üçün ayda 100 manat aliment ödəyə biləcəyini, bundan artıq aliment ödəməyə maddi imkanını olmadığınını qeyd edir. Cavabdehin rəsmi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətinini nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 11 avqust 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat aliment tutularaq Əmirova (Qədirova) Ülviyə Əziz qızına ödənilməsini əsaslı hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci tərəflər arasında bərabər bölünməli, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı, yəni 25 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 44 manat 40 qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1951/2016-ci il tarixli 23 sentyabr 2016-cı il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 11 avqust 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat aliment tutularaq Əmirova (Qədirova) Ülviyə Əziz qızına ödənilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin yarısı yəni - 25 (iyirmi beş) manat məbləği tutulsun və Əmirova (Qədirova) Ülviyə Əziz qızına ödənilsin. Cavabdeh 40 (qırx) manat 40 (qırx) qəpik dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-649/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-649/2024
03.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver