Məhkəmə qərarları › İş №2(037)-66/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-66/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-66/2024 29.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası və iddiaçı Cavabdeh İddiaçınə qarşı debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması tələbinə dair mülki işə 29 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1656.04 manat məbləğində borcun və ödənilmiş 36.97 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən **********00890 nömrəli abonent koduna vurulmuş 12960 kub metr təbii qazın dəyəri 1555.2 manat debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(037)-1196/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə 2(037)-1196/2023 nömrəli və Cavabdeh İddiaçınə qarşı debitor borcun silinməsi tələbi barədə 2(037)-1281/2023 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilərək mülki işə 2(037)-1196/2023 nömrəsi verilmişdir. İddiaçı İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, İddiaçı İB-nin iddia tələbinin təmin olunmasını, Cavabdeh iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. İşə nümayəndənin iştirakı olmadan baxılması qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh istifadə etdiyi təbii qaza görə İsmayıllı Xidmət Sahəsinə 1656.04 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4-cü bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və X1nın tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Borclu Cavabdeh İsmayıllı Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Abonent Cavabdeh hər ay bildiriş almış, təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş, mübahisələndirməmişdir. Sonuncu dəfə 04 avqust 2023-cü il tarixdə Cavabdeh rəsmi qaydada bildiriş-xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda Cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin Cavabdeh yaranmış borcu tam ödəməmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********00890 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1656.04 manat məbləğində borcun və ödənilmiş 36.97 manat dövlət rüsumu məbləğinin alınaraq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, "Azəriqaz" İB-nin iddia tələbini qismən 1656.04 manat borc məbləğinin yalnız 100.84 manat hissəsində qəbul edir. İstifadə etdiyi təbii qaza görə yaranmış 100.84 manat borcu ödəyəcəkdir.İddiaçı ondan tələb etdiyi 1656.04 manat borcun 1555.20 manat hissəsi isə sayğacın dəyişdirilməsi nəticəsində akt üzrə hesablanmış cərimədir. Belə ki, İddiaçı İB-nin tabeçiliyində olan X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən 11 sentyabr 2022-ci il tarixdə onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4T markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş aktı o, imzalamamışdır. Bir müddət sonra İddiaçı İstahesalat Birliyi tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və yoxlama zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğu və təbii qaz itkisi yarandığı müəyyən edilmişdir. Ona görə də 30 noyabr 2022-ci il tarixdə “təbii X1nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 12960 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Tərtib olunmuş aktı imzalamamışdır. Hesab edir ki, İddiaçı İB tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəyir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün olmamışdır. O, İddiaçı İB-nin iddia tələbinin istifadə etdiyi təbii qaza görə yaranmış 100.84 manat borcun ödənilməsi hissəsində təmin olunmasına etiraz etmir. Onun İddiaçı İB-nə qarşı olan iddia tələbinin isə təmin olunaraq abonent koduna vurulmuş 1555.20 manat borcun silinməsini və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: X2 İstismarı İdarəsi ilə Cavabdeh arasında bağlanmış 31 mart 2022-ci il tarixli 15887 nömrəli müqavilənin surətindən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını kefiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylacı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən Cavabdeh İsmayıllı rayonu,İvanovka kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır.Qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. İddiaçı İB-nin “Təbii X1nın pozulması haqqında” 30 noyabr 2022-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 markalı qaz piltəsi vardır. Tərtib olunmuş aktı Cavabdeh imzalamamışdır. İddiaçı İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, tələbnamədə sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi,daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu və təbii qaz itkisinin yarandığı qeyd edilmişdir. Qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 12960 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. 07 sentyabr 2023-cü il tarixli abonentin saldosundan görünür ki, 2023-cü ilin avqust ayının sonuna Cavabdeh **********00890 nömrəli abonent koduna 1656.04 manat borc vurulmuşdur ki, həmin borcun 1555.2 manat hissəsi 2023-ci ilin mart ayının sonuna akt üzrə hesablanmış borc, 100.84 manat hissəsi isə istifadə edilmiş təbii qazın dəyərini təşkil edir. 04 sentyabr 2023-cü il tarixli 55/8 nömrəli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh 30.08. 2023-cü il tarixə yaranmış 1656.04 manat borcun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 18 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı İB tərəfindən 36.57 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı İB-nin X2 İstismar İdarəsi ilə Cavabdeh arasında bağlanmış 31 mart 2022-ci il tarixli 15887 nömrəli qazın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh 2023-cü ilin avqust ayının sonuna istifadə etdiyi təbii qaza görə 100.84 manat borcu yaranmışdır. Eyni zamanda İddiaçı İB-nin əməkdaşları tərəfindən Cavabdeh fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən 01 sentyabr 2022-ci il tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Cavabdeh yaşadığı evin qaz xəttindən açılmış sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi,daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu və və təbii qaz itkisinin yarandığı aşkar edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 30 noyabr 2022-ci il tarixli ******* nömrəli “Təbii X1nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş həmin aktı Cavabdeh imzalamamışdır. İddiaçı İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Cavabdeh yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 12960 kub metr müəyyən edilmiş, itirilmiş təbii qazın və sayğacın dəyərinin ödənilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbinin təmin olunaraq Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1656.04 manat məbləğində borcun və ödənilmiş 36.97 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh İddiaçı İB-nin iddia tələbinin 100.84 manat borc hissəsinin təmin edilməsinə etiraz etmir, qaz sayğacına özü və ailə üzvləri tərəfindən müdaxilə edilmədiyini, sayğacın zədələnməsi barədə heç bir məlumatının olmadığını, Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən azı ayda bir dəfə baxış keçirilərkən sayğacda hər hansı zədə, əzik aşkar olunmadığını, qaz sayğacının həyət qapısından çöldə yerləşdiyi üçün işçi vəziyyətinə nəzarət etməsinin mümkün olmadığını göstərərək İddiaçı tərəfindən abonent koduna vurulmuş 12960 kub metr təbii qazın dəyəri 1555.20 manat borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması barədə iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi Ramil Ömərov məhkəmə iclasına gəlməmiş, elektron ərizə göndərərək işə İddiaçı İB-nin nümayəndəsinin iştirakı olmadan baxılaraq İddiaçı İB-nin iddia tələbinin təmin olunmasını, Cavabdeh iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. “X1”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə İddiaçı İB-nin iddia tələbinə münasibət bildirərək qeyd edir ki, İddiaçı tərəfindən Cavabdeh tələb olunan 1656.04 manat borc məbləğinin yalnız 100.84 manat hissəsi istifadə edilmiş təbii qazın dəyəri, həmin məbləğin 1555.20 manat hissəsi isə 2023cü ilin mart ayının sonuna akt üzrə hesablanmış borc olduğundan iddia tələbi qismən istifadə edilmiş təbii qazın dəyəri olan 100.84 manat təmin edilməlidir. Cavabdeh yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğaca abonent və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə İddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İddiaçı İB-nin iddia tələbi dəymiş ziyanın ödənilməsinə dair hissədə rədd edilməlidir. Məhkəmə Cavabdeh iddia tələbinə münasibət bildirərək qeyd edir ki, abonentin istifadəsində olan qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən abonentin yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca İddiaçı tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə Cavabdeh məsuliyyət daşımır. Eyni zamanda, sayğaca İddiaçı İB-nin müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 12960 kub metr miqdarında, yəni 1555.20 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə borcun tələb edilməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə qərara gəlir ki, Cavabdeh iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh **********00890 nömrəli abonent koduna vurulmuş 12960 kub metr təbii qazın dəyəri 1555.20 manat borc məbləğinin silinməsi və Cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəməyə verilən iddia ərizəsinə görə 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iş üzrə İddiaçı tərəfindən ödənilmiş və qarşılıqlı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumlarına münasibət bildirərək qeyd edir ki, İddiaçı İB-nin iddia qismən təmin edildiyindən ödənilmiş 36.57 manat dövlət rüsumu məbləğinin 30.40 manatı Cavabdeh alınaraq İddiaçı İB-nin hesabına ödənilməli, qalan 6.17 manatı isə İddiaçı İB-nin özünə aid edilməlidir. Cavabdeh iddia tələbinin təmin edilmiş məbləği 1555.20 manat olduğundan İddiaçı İB-dən həmin məbləğə uyğun olaraq 35.55 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 100.84 manat borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı – cəmi 131.24 (bir yüz otuz bir manat iyirmi dörd qəpik) manat məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsi İddiaçı özünə aid edilsin. Cavabdeh İddiaçınə qarşı debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsindən azad olunması tələbinə dair iddiası təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh **********00890 nömrəli abonent koduna vurulmuş 12960 kub metr təbii qazın dəyəri 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc məbləği silinsin. Cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsindən azad olunsun. İddiaçındən 35.55 (otuz beş manat əlli beş qəpik) manat dövlət rüsumu məbləği tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar