Məhkəmə qərarları › İş №2(037)-660/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-660/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-660/2020 21.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "Embafı̇nans" BOKT Qapalı Səhmdar Cəmı̇yyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borc, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: "Embafı̇nans" BOKT Qapalı Səhmdar Cəmı̇yyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) ilə bağlanmış xx xxxxx 2019-cu il tarixli 219-MAX-0223-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 89,83 manat əsas borc, 25,15 manat faiz borcu, 13,47 manat cərimə, xx xxxx 2019-cu il tarixli 219-MAX-0621-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 736,88 manat əsas borc, 161,91 manat faiz borcu, 85,10 manat cərimə və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1142,74 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx xxxxxx 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri xx xxxxxx 2020-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2019-cu il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış 219-MAX-0223-19 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 35% dərəcəsi ilə 300 (üç yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 219-MAX- 0621-19 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 35% dərəcəsi ilə 1360 (bir min üç yüz altmış) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə xx xxxxx 2019-cu il tarixli 219-MAX-0223-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 89,83 manat əsas borc, 25,15 manat faiz borcu, 13,47 manat cərimə və xx xxxx 2019-cu il tarixli 219-MAX-0621-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 736,88 manat əsas borc, 161,91 manat faiz borcu, 85,10 manat cərimə borcu qalmışdır. Kredit borcunun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. İddiaçı cavabdehdən cəmi 1142,74 manat məbləğin alınaraq iddiaçıya ödənilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. xx xxxxx 2019-cu il tarixli 219-MAX-0223-19 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 35 faiz dərəcəsi ilə 12 ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. xx xxxxx 2019-cu il tarixli 219-MAX-0223-19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 300 manat əsas və 59,96 manat faiz borcu olmaqla, cəmi 359,96 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx xxxx 2019-cu il tarixli 219-MAX-0621-19 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 35 faiz dərəcəsi ilə 12 ay müddətinə 1360 (bir min üç yüz altmış) manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. xx xxxx 2019-cu il tarixli 219-MAX-0621-19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 1360 manat əsas və 272,06 manat faiz borcu olmaqla, cəmi 1632,06 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx xxxx 2020-ci il tarixli MA-0017989-20 maliyyə arayışından görünür ki, xx xxxx 2019-cu il tarixli 219-MAX-0621-19 saylı kredit müqaviləsinə əsasən cavabdehin xx xxxx 2020-ci il tarixə ümumi borcu 983,89 manat təşkil edir. xx xxxx 2020-ci il tarixli MA-0018056-20 maliyyə arayışından görünür ki, xx xxxxx 2019-cu il tarixli 219-MAX-0223-19 saylı kredit müqaviləsinə əsasən cavabdehin xx xxxx 2020-ci il tarixə ümumi borcu 128,45 manat təşkil edir. 16 mart, xx xxx 2020-ci il tarixli bildirişlərdən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun 5 gün ərzində ödənilməsi ondan tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli 219-MAX-0223-19 saylı kredit müqaviləsinə əsasən həmin tarixdə cavabdehə 12 ay müddətinə illik 35% dərəcəsi ilə 300 (üç yüz) manat və xx xxxx 2019-cu il tarixli 219-MAX-0621-19 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 35% dərəcəsi ilə 1360 (bir min üç yüz altmış) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz borcunu vaxtında və lazımi qaydada ödəməyi öhdəsinə götürsə də, öhdəliyini icra etməmişdir. Kredit borcunun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. İddiaçı tərəfindən borc tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən xx xxxxx 2019-cu il tarixli 219-MAX-0223-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 89,83 manat əsas borc, 25,15 manat faiz borcu, 13,47 manat cərimə, xx xxxx 2019cu il tarixli 219-MAX-0621-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 736,88 manat əsas borc, 161,91 manat faiz borcu, 85,10 manat cərimə və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1142,74 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx xxxxx 2019-cu il tarixli 219-MAX-0223-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 89,83 manat əsas borc, 25,15 manat faiz borcu, 13,47 manat cərimə və xx xxxx 2019-cu il tarixli 219-MAX-0621-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 736,88 manat əsas borc, 161,91 manat faiz borcu, 85,10 manat cərimə və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1142 (bir min yüz qırx iki) manat 74 (yetmiş dörd) qəpik məbləğ alınaraq iddiaçı "Embafı̇nans" BOKT Qapalı Səhmdar Cəmı̇yyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar