Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-661/2020 26.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "Fİ̇NCA Azerbaijan" MMM QBKT-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı "Fİ̇NCA Azerbaijan" MMM QBKT iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İsmayil oğlundan 1912 manat əsas borc, 468 manat faiz borcu, 33,40 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 2443,40 manat məbləğin iddiaçı "Fİ̇NCA Azerbaijan" MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası zamanı iddiaçı ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdiyinə görə iddiaçının ərizəsi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "Fİ̇NCA Azerbaijan" MMM QBKT-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-661/2020
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-661/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver