Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-666/2020 21.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "Fı̇nca Azerbaijan" MMM QBKT-nin Cavabdeh Nadı̇r oğluna qarşı borc tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "Fı̇nca Azerbaijan" MMM QBKT (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Nadı̇r oğlundan (bundan sonra cavabdeh) 2000 manat əsas borc, 479 manat faiz borcu, 81,90 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsum məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Fı̇nca Azerbaijan" MMM QBKT ilə Cavabdeh Nadı̇r oğlu arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, **********0210 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 28% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Kreditin məbləği cavabdehə “Fincard” adlı kredit kartında təqdim edilmişdir. Cavabdehlə öhdəliyinin icrası ilə əlaqədar danışıqlar aparılmış, lakin danışıqlar heç bir nəticə verməmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etmədiyindən xx xxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən 2000 manat əsas borc, 479 manat faiz borcu, 81,90 manat cərimə borcu yaranmışdır. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. xx xxxx 2020-ci il tarixli **********0210 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 28% dərəcəsi ilə 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxx 2020-ci il tarixli kredit kartının mədaxil aktından görünür ki, kredit məbləği nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********331453 saylı kredit kartında təqdim edilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxx 2020-ci il tarixli **********0210 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin xx xxxx 2020-ci il tarixinə ümumi yaranmış borcu 2560,90 manat məbləğində olmuşdur. xx xxxxxx 2020-ci il tarixli **********42 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, **********0210 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 28% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. xx xxxx 2020-ci il tarixli kredit kartının mədaxil aktına əsasən cavabdehə kredit məbləği nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********331453 saylı kredit kartında təqdim edilmişdir. Müqavilədə cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə borcun gecikdirilməsinə görə dəbbə pulu hesablanmışdır. Cavabdehlə öhdəliyinin icrası ilə əlaqədar danışıqlar aparılmış, lakin danışıqlar heç bir nəticə verməmişdir. Cavabdehin xx xxxx 2020-ci il tarixli, **********0210 nömrəli kredit müqaviləsinə əsasən 2000 manat əsas borc və 479 manat faiz borcu qalmışdır. Bundan başqa, borcun gecikdirilməsinə görə 81,90 manat cərimə borcu hesablanmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu da ödənilmişdir. İddiaçı cavabdehdən tərəflər arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, **********0210 nömrəli kredit müqaviləsinə əsasən 2000 manat əsas borc, 479 manat faiz borcu, 81,90 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsum məbləğini tələb edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Nadı̇r oğlundan 2000 manat əsas borc, 479 manat faiz borcu, 81,90 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 2590,90 (iki min beş yüz doxsan manat doxsan qəpik) manat məbləği tutularaq iddiaçı "Fı̇nca Azerbaijan" MMM QBKT-yə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-666/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-666/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver