Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-669/2023 18.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 18 avqust 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh аldığı və mənimsədiyi məbləğ оlаn 8800 (səkkiz min səkkiz yüz) manat, dörd ay ərzində hər ay 1000 (bir min) manat olmaqla cücə ferması üçün icarə haqqı kimi ödədiyi 4000 (dörd min) manat, həmin fermanın yararlı hala gətirilməsi üçün təmirinə xərclədiyi 1000 (bir min) manat - cəmi 13800 (iki min dörd yüz) manat və ödənilmiş 131 mаnаt 80 qəpik dövlət rüsumunun аlınаrаq ona verilməsi və etibarımdan sui-istifadə edərək aldatma yolu ilə onun xeyli miqdarda vəsaitini mənimsədiyinə görə cavabdehin əməllərində Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olduğu üçün iş üzrə xüsusi qərardad çıxarılaraq istintaq orqanına göndərilməsinə dаir qətnаmə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə uzaq qohumdur. 2020-ci ilin mart ayından cücə yetişdirərək satmış, Cavabdeh bu işlərdə səriştəsi olduğundan müəyyən məsələlərdə onunla məsləhətlər etmişdir. Hər dəfəsində əvvəlcədən razılaşdıqları kimi Cavabdeh ona göstərdiyi köməyi pulla dəyərləndirmişdir. Bəslədiyi cücələri Namiq sifariş etmiş və gətirilməsini təmin etmişdir. Bu minvalla 3 mərhələdə işləmişdir. Dördüncü mərhələdə isə, yəni 2021-ci ilin may ayında Cavabdeh ondan cücə gətirilməsi adı ilə 8800 manat nəğd pul almış, həmin vaxt cücələrin maksimum az tələfatını təmin etmək üçün ona daha geniş ferma lazım olduğundan Sevan adlı şəxsə məxsus fermanı aylıq 1000 manat vermək şərti ilə icarəyə götürmüşdür. 2021-ci ilin iyun ayında 18000 baş cücə gəlməli olmuş və bu öhdəlik Cavabdeh üzərində olmuşdur. Qeyd edilən zamanda cücə gəlməmiş, bu barədə ona bildirdikdə Namiq “bütün itircəyin ziyan mənlikdir, gözlə, cücən gələcək” deyərək onu 4 ay gözləməyə məcbur etmişdir. Həmin bu aylarda 4000 manat icarəçiyə icarə haqqı ödəmiş və 1000 manat pul xərcləyərək fermanı cücə bəsləmək üçün yararlı hala gətirmişdir. Cavabdeh söz verdiyi zamandan iki ay sonra sonuncu ona zəng edərək özünün danışdığı yerdə cücə olmamasını deyərək cücəni Vüqar Abdullayev adlı şəxsin gətrəcəyini bildirmiş və həmin adamın katrına əlavə 500 manat atmasını xahiş etmişdir. O, Vüqar Abdullayev adlı şəxsə məxsus **********87935 nömrəli bank kartına 500 manat köçürmüşdr. Bir neçə gündən sonra Vüqar Abdullayev ona zəng edərək cücəni gətirdiyini, artıq yolda olduğunu bildirmiş və qalan pulu hazırlamağını xahiş etmişdir. Bu zaman o, Cavabdeh ondan aldığı 8800 manatı Vüqar Abdullayevə vermədiyini bilmiş və Namiqə dəfələrlə zəng etsə də telefonunu söndürərək zənglərə cavab verməmişdir. İki gündən sonra yaşadığı evinə getmiş, evdə olduğunu bilə-bilə ailə üzvləri evdə olmadığını bildirmişlər. Lakin onun israr etdiyini görərək evdən çıxmış və tez bir zamanda ondan aldığı pulu, fermanın təmirinə, dezinfeksiyasına və dörd ay icarəsinə xərclədiyi 5000 manatı, Vüqar Abdullayev adlı şəxsin bank kartına köçürdüyü 500 manatı bütünlüklə qaytaracağını bildirmişdir. Bu məsələdən bir ilə yaxın bir müddət keçməsinə baxmayaraq Cavabdeh onun pulumu qaytarmamışdır. Ona görə də iddia təmin olunmalı və cavabdehin barəsində xüsusi qəradad çıxarılmaqla prokurorluğa məlumat verilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzminlu ifadə verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh iclasda iştirak etməmiş və etməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, iddiaçı onun dostudur, cavabdehi isə iddiaçı ilə dost olduğu üçün tanıyır. Cavabdehin iddiaçıya pul borclu olmasını bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, o, iddiaçı ilə bir yerdə işləmişlər. Cavabdehin iddiaçıya pul borclu olmasını bilir. Lakin cavabdeh iddiaçıya borcunu vermir. İddiaçı fermanın su və işıq sitemini dəyişdirmiş, həmçinin orada abadlıq işləri də görmüşdür. İddiaçı fermaya görə 1000 manat icarə haqqını hər ay ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərdi ki, o, iddiaçını tanıyır və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, sözügedən ferma ona məxsusdur. Həmin fermanı hər ay 1000 manat olmaqla iddiaçıya icarəyə vermişdir. İddiaçı icarə haqqı olaraq 1000 manat məbləğini hər ay ona ödəmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, habelə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı 2020-ci ilin mart ayından cücə yetişdirərək satma fəaliyyəti ilə məşğul olmuş, həmin cücələri iddiaçının tapşırığı ilə cavabdeh sifariş verərək bir müddət gətirilməsini təmin etmişdir. Sözügedən fəaliyyətin həyata keçirilməsi üçün iddiaçı cavabdehə 2021-ci ilin may ayında 8800 manat pul vermiş, cücələri saxlamaq üçün aylıq 1000 manat verilməklə ferma icarəyə götürmüş, cücələr 4 ay ərzində gəlmədiyindən hər ay 1000 manat olmaqla icarəçiyə 4000 manat pul vermiş, cücələrin gətizdirilməsi üçün əlavə pula ehtiyac olduğunu deyən cavabdehin tapşırığı əsasında Vüqar adlı şəxsin bank kartına 500 manat məbləğində pul köçürmüşdür, bundan başqa həmin fermanın yararlı hala gətirilməsi üçün 1000 manat məbləğində pul xərcləyərək ümumilikdə 13800 manat ziyana düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Göründüyü kimi tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, tapşırığa əsasən cücə əldə edilib saxlanması fəaliyyəti ilə məşğul olmaq istəyən iddiaçı tərəfindən cavabdehə cücələrin onun üçün gətirilməsinin təmin edilməsi tapşırılmışdır. Lakin cavabdeh üzrərinə düşən öhdəliyi yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan ardan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Yuxarıda qeyd olunan normalarda da göründüyü kimi, iddiaçı cücə gətirilməsi üçün cavabdehə 8800 manat və cavabdehin tapşırığı əsasında Vuqar adlı şəxsin bank kartına 500 manat olmaqla, ümumilikdə 9300 manat məbləğində pul vermiş, cavabdeh isə sözvdələşməni yerinə yetirməmiş və aldığı 9300 manat pulu geri qaytarmayaraq əsassız olaraq varlanmışdır. Göründüyü kimi ilk başda tərələr arasında tapşırıq müqaviləsi(hüquqi əsas) mövcud olmuş, sonradan isə həmin müqavilə ləğv edilərək, başqa sözlə, hüquqi əsas sonradan aradan qalxmış, nəticədə Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq cavabdeh əsassız olaraq varlandığı-9300 manat məbləğində vəsaiti iddiaçıya qaytarmalıdır. Məhkəmə iddianın 400 manat kirayə haqqı və 1000 manat fermanın abadlaşdırılması üçün çəkilən xərclərə münasibət bildirərək qeyd edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi iddiaçı tərəfindən çəkilmiş xərclər məhz cavabdehin üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsi nəticəsində iddiaçını əlavə ziyana uğratmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20,4 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, cavabdehin əməllərində Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı hüquqi nəticə etibarı ilə cavabdeh barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8800 manat pul, dörd ay ərzində hər ay 1000 manat olmaqla cücə ferması üçün icarə haqqı kimi ödədiyi 4000 manat, fermanın yararlı hala gətirilməsi üçün ödədiyi 1000 manat və ödənilmiş 131,80 manat dövlət rüsumu olmaqla, ümumilikdə 13931,80 (on üç min doqquz yüz otuz bir manat səksək qəpik) manat pul alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-669/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-669/2023
18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver