Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-670/2020 21.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı X2 Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X4 (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1415,49 manat əsas, 38,64 manat faiz, 7,34 manat cərimə - cəmi 1461,47 manat borc məbləği və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx xxxxxx 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehə göndərilmiş məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Cavabdehin istifadəsində olan 55-547-22-32 nömrəli telefonla əlaqə saxlanılmış, məhkəmə bildirişi barədə məlumat verilmişdir. Cavabdeh hazırda Bakı şəhərində olduğunu, ona çatan məhkəmə sənədinin qohumu Laçın Gözəlova təqdim olunmasını xahiş etmişdir. Məhkəmə sənədi xx xxxxxxxx 2020-ci il tarixdə Gözəlov Laçın Vahid oğlu adlı şəxsə təqdim edilmişdir. İddia tələbinə dair cavabdeh tərəfindən hər hansı etiraz, etiraza dair dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim olunmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxx” İKB ASC ilə cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən “xxxxxx” İKB ASC tərəfindən cavabdehə illik 21 faizlə 36 ay müddətinə 1500 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. Cavabdehin xx xxxx 2020-ci il tarixə kredit müqaviləsi üzrə 1415,49 manat əsas, 38,64 manat faiz, 7,34 manat cərimə - cəmi 1461,47 manat kredit borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınmışdır. İddiaçı cavabdehdən 1415,49 manat əsas, 38,64 manat faiz, 7,34 manat cərimə - cəmi 1461,47 manat manat borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxxxx” İKB ASC ilə cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 23-Y-1- 0-446-19 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən və kassa məxaric orderinin surətindən görünür ki, xx xxxx 2019-cu il tarixdən xx xxxx 2022-ci il tarixədək “xxxxxx” İKB ASC tərəfindən cavabdehə illik 21 faiz dərəcəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində kredit xətti açılmışdır. xx xxxxxx 2019-cu il tarixli **********986800 nömrəli çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində “xxxxxx” İnvestesiya Bankı X2 adı dəyişdirilərək İddiaçı X4 adlandırılmışdır. xx xxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, müqavilə üzrə borcun beş gün ərzində ödənilməsi cavabdehdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx xxxx 2019-cu il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən 1415,49 manat əsas, 38,64 manat faiz, 7,34 manat cərimə - cəmi 1461,47 manat borcu vardır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, “xxxxxx” İKB ASC ilə cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 23-Y-1-0-464-19 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən “xxxxxx” İKB ASC tərəfindən cavabdehə illik 21 faizlə 36 ay müddətinə 1500 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. “xxxxxx” İnvestesiya Bankı X2 adı Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dəyişdirilərək xx xxxxxx 2019-cu il tarixdən İddiaçı X4 adlandırılmışdır. İddiaçı cavabdehdən xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1415,49 manat əsas, 38,64 manat faiz, 7,34 manat cərimə - cəmi 1461,47 manat borc və 30 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx xxxx 2019-cu il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən 1415,49 manat əsas, 38,64 manat faiz, 7,34 manat cərimə və 30 manat dövlət rüsumu – cəmi 1491 (bir min dörd yüz doxsan bir) manat 47 (qırx yeddi) qəpik məbləği alınaraq İddiaçı X2 hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-670/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-670/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver