Məhkəmə qərarları › İş №2(037)-682/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-682/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-682/2020 07.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "İddiaçı" Qapali Səhmdar Cəmı̇yyətı̇nin cavabdehlər Seyı̇dov Fı̇ravan Sadiq oğlu, Dadaşov Sakı̇t Ataş oğlu və Seyı̇dova Ayşə Yusı̇f qızına qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "İddiaçı" QSC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Seyı̇dov Fı̇ravan Sadiq oğlu (bundan sonra birinci cavabdeh), Dadaşov Sakı̇t Ataş oğlu (bundan sonra ikinci cavabdeh) və Seyı̇dova Ayşə Yusı̇f qızından (bundan sonra üçüncü cavabdeh) müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə 362,79 manat kredit borcu, 035KK**********01 saylı kredit razılaşması üzrə 279,8 manat kredit borcu, 439,95 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1112,54 manat məbləği tutularaq iddiaçı "İddiaçı" Qapali Səhmdar Cəmı̇yyətı̇nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 35L000000009 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsi üzrə birinci cavabdeh iddiaçı ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli 035R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq 2,25 faiz dərəcəsi olmaqla 6000 manat kredit götürmüşdür. İddiaçı ilə birinci cavabdehin imzaladıqları xx xxxxxx 2016-cı il tarixli 035R**********S saylı, xx xxxxxx 2016-cı il tarixli 035R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Birinci cavabdeh kredit razılaşmasının tələblərini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcunu xx xxxxxxxx 2017-ci il tarixdən banka qaytarmamışdır. Birinci cavabdeh kredit borcundan 5637,21 manat ödəmiş və 362,79 manat borcu qalmışdır. Həmin kredit xətti müqaviləsi üzrə birinci cavabdeh iddiaçı ilə xx xxxx 2015-ci il tarixdə bağladığı 035KK**********01 saylı kredit razılaşması əsasında aylıq 2,4167 faiz dərəcəsi olmaqla, 12 ay müddətində müqavilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsilə 300 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə ikinci və üçüncü cavabdehlər zaminlik müqaviləsi bağlamışlar. Cavabdehlərdən müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə 362,79 manat kredit borcu, 035KK**********01 saylı kredit razılaşması üzrə 279,8 manat kredit borcu, 439,95 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1112,54 manat məbləğinin tutularaq iddiaçı "İddiaçı" Qapali Səhmdar Cəmı̇yyətı̇nin xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, müqavilənin şərtlərinə uyğun olaraq kredit borcundan ödənişlər etmiş, sonradan maddi vəziyyəti yaxşı olmadığından kredit ödənişlərini vaxtında ödəyə bilməmişdir. O, iddiaçıya 680 manat kredit borcunun olması ilə razılaşır. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İkinci-üçüncü cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. xx xxxx 2013-cü il tarixli 35L000000009 saylı kredit xətti müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx xxxx 2013-cü il tarixli, 35S000000008 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmışxx xxxx 2013-cü il tarixli 35L000000009 saylı kredit xətti müqaviləsinin təminatı kimi birinci cavabdeh kreditxətti müqaviləsi ilə üzərinə götürdüyüöhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh2 birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağıöhdəsinə götürmüşdür. xx xxxxxx 2014-cü il tarixli 035R********** saylı kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə 24 ay müddətinə aylıq 2,25 faiz dərəcəsi olmaqla 6000 manat kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli 035R********** saylı kredit müqaviləsinə əlavə olan ödəniş planından görünür ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 6000 manat əsas və 1859,35 manat faiz borcu olmaqla, cəmi 7859,35 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx xxxx 2015-ci il tarixli 035KK**********01 saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə aylıq 2,4167 faiz dərəcəsi olmaqla, 12 ay müddətinə plastik kart vasitəsilə 300 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2016-cı il tarixli, 035S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmışxx xxxx 2013-cü il tarixli 35L000000009 saylı uzunmüddətli kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh uzunmüddətli kredit müqaviləsi ilə üzərinə götürdüyüöhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh3 birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağıöhdəsinə götürmüşdür. xx xxxxxx 2016-cı il tarixli 035R**********S saylı sazişədən və 035R********** saylı kredit müqaviləsinə əlavə olan ödəniş planından görünür ki, kredit razılaşması və ödəniş planına dəyişiklik edilərək birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 3280,26 manat əsas və 852,15 manat faiz borcu olmaqla, cəmi 4213,19 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2016-cı il tarixli 035R**********SA saylı sazişdən və 035R********** saylı kredit müqaviləsinə əlavə olan ödəniş planından görünür ki, kredit razılaşması və ödəniş planına dəyişiklik edilərək birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 1826,26 manat əsas və 274,94 manat faiz borcu olmaqla, cəmi 2322,75 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, cavabdehlərdən kredit borcunun ödənilməsi tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyəti barədə onlara xəbərdarlıq edilərək əks halda barələrində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. xx xxxxxx 2020-ci il tarixli 16958 və 16959 nömrəli maliyyə arayışlarından görünür ki, xx xxxx 2020-ci il tarixə birinci cavabdehin xx xxxxxx 2014-cü il tarixli 035R********** saylı kredit razılaşması üzrə 362,79 manat əsas borcu və xx xxxx 2015-ci il tarixli 035KK**********01 saylı kredit razılaşması üzrə 279,8 manat əsas, 439,95 manat cərimə, ümumilikdə hər iki kredit razılaşması üzrə cəmi 1082,54 manat borcu yaranmışdır. xx xxxxxx 2020-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 35L000000009 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 035R********** saylı kredit razılaşmasına əsasən birinci cavabdehə 24 ay müddətinə aylıq 2,25 faiz dərəcəsi olmaqla 6000 manat kredit verilmişdir. xx xxxx 2015-ci il tarixli 035KK**********01 saylı kredit razılaşmasına əsasən iddiaçı tərəfindən birinci cavabdehə aylıq 2,4167 faiz dərəcəsi olmaqla, 12 ay müddətinə plastik kart vasitəsilə 300 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 035R**********S saylı və xx xxxxxx 2016-cı il tarixli 035R**********SA saylı sazişlərə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. xx xxxx 2013-cü il tarixli 35L000000009 saylı kredit xətti müqaviləsinin təminatı kimi iddiaçı ilə ikinci cavabdeh arasında xx xxxx 2013-cü il tarixli, 35S000000008 saylı, üçüncü cavabdehlə isə xx xxxxxx 2016-cı il tarixli, 035S**********01 saylı zaminlik müqaviləsi bağlanılmış və birinci cavabdeh kredit xətti müqaviləsi ilə üzərinə götürdüyüöhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqavilələrinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağıöhdələrinə götürmüşlər.Birinci cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə borcun gecikdirilməsinə görə dəbbə pulu hesablanmışdır. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmişlər. Həmin müqavilədə birinci cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Birinci cavabdehin borcun gecikdirilməsinə görə xx xxxxxx 2014-cü il tarixli 035R********** saylı kredit razılaşması üzrə 362,79 manat əsas borcu və xx xxxx 2015-ci il tarixli 035KK**********01 saylı kredit razılaşması üzrə 279,8 manat əsas, 439,95 manat cərimə, ümumilikdə hər iki kredit razılaşması üzrə cəmi 1082,54 manat borcu yaranmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu da ödənilmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə 362,79 manat kredit borcu, 035KK**********01 saylı kredit razılaşması üzrə 279,8 manat kredit borcu, 439,95 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1112,54 manat məbləğinin tutularaq "İddiaçı" Qapali Səhmdar Cəmı̇yyətı̇nin xeyrinə ödənilməsini tələb edir. Birinci cavabdeh iddia tələbini qismən qəbul edərək iddiaçıya 680 manat borcu olduğunu bildirir və iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. İkinci-üçüncü cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrini işin nəticəsi ilə maraqlı olmamaları kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə 362,79 manat kredit borcu və 035KK**********01 saylı kredit razılaşması üzrə 279,8 manat kredit borcu tutulması tələbinə dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən müştərək qaydada 439,95 manat cərimə borcunun tutulmasına dair hissəsi qismən – 50 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 30,00 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Seyı̇dov Fı̇ravan Sadiq oğlu, Dadaşov Sakı̇t Ataş oğlu və Seyı̇dova Ayşə Yusı̇f qızından müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə 362,79 manat kredit borcu, 035KK**********01 saylı kredit razılaşması üzrə 279,8 manat kredit borcu, 50 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 722,59 (yeddi yüz iyirmi iki manat əlli doqquz qəpik) manat məbləği tutularaq iddiaçı "İddiaçı" Qapali Səhmdar Cəmı̇yyətı̇nin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar