Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-686/2020 21.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X2 kаtibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 823 manat əsas borc, 123,45 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx xxxxxx 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri xx xxxxxx 2020-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs “X7” ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 872 manat dəyərində mal almış, aldığı malın dəyərindən ilkin 49 manat ödəniş etmişdir. Qalan 823 manatı 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə “X7” arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan sazişə əsasən fiziki şəxs “X7”-in cavabdehə qarşı olan 823 manat borcu tələb etmə hüququ iddiaçıya keçmişdir. Tələb etmə hüququnun iddiaçıya keçməsi ilə bağlı cavabdehə bildiriş təqdim edilmişdir. Cavabdeh müqavilə üzrə dövri olaraq ödəməli olduğu ödənişləri vaxtında və lazımı qaydada icra etməmişdir. Müqavilənin şərtlərinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5 faizi miqdarında dəbbə pulu ödəməlidir. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən 823 manat əsas borc, 123,45 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixli ATV000001 nömrəli nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə 1 saylı Əlavədən görünür ki, fiziki şəxs “X7” tərəfindən cavabdehə 872 manat dəyərində mal 49 manat ilkin ödəniş etməklə satılmış, cavabdeh altı ay ərzində hər ay 138 manat ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli R-417/20 nömrəli X4 ilə İddiaçı MMC-nin direktoru X6 arasında bağlanmış faktorinq müqaviləsinin surətindən görünür ki, X4 ilə bağlanmış müqavilələr üzrə yaranmış borc məbləğlərini tələb etmə hüququ İddiaçı MMC-yə keçmişdir. Bildirişdən görünür ki, cavabdehə “X7”lə bağladığı ATV000001 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısının İddiaçı MMC-yə güzəşt edilməsi barədə bildiriş verilmişdir. Cavabdeh bildirişlə tanış olmuş və imzalamışdır. xx xxxx 2020-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən müqavilə üzrə yaranmış 946,45 manat borcun üç gün müddətində tam olaraq ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx xxxx 2020-ci il tarixli hesabdan çıxarışdan və maliyyə arayışından görünür ki, cavabdehin 823 manat əsas, 123,45 manat cərimə - cəmi 946,45 manat borcu vardır. xx xxxxxx 2020-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, fiziki şəxs “X7” ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 872 manat məbləğində aldığı malın dəyərindən ilkin 49 manat ödəniş etmiş, qalan 823 manatı hər ay 138 manat olmaqla 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə “X7” arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan sazişə əsasən fiziki şəxs “X7”-in cavabdehə qarşı olan 823 manat borcu tələb etmə hüququ iddiaçıya keçmişdir. Tələb etmə hüququnun iddiaçıya keçməsi ilə bağlı cavabdehə bildiriş təqdim edilmişdir. Cavabdehdən borc məbləğinin ödənilməsi tələb olunsa da, borc məbləği ödənilməmiş qalmışdır. İddiaçı cavabdehdən 823 manat əsas borc, 123,45 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 823 manat əsas, 123,45 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı – cəmi 976 (doqquz yüz yetmiş altı) manat 85 (səksən beş) qəpik məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-686/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-686/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver