Məhkəmə qərarları › İş №2(037)-686/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-686/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-686/2021 11.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin cavabdeh Nı̇ ftalı̇ yev Elsevər Bayram oğlu, Əlı̇ yev Elşən Rövşən oğlu və Nı̇ fdalı̇ yeva Gülbənı̇ z Fəti qızına qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə 11 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" QSC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək "xxxx" QSC ilə Nı̇ ftalı̇ yev Elsevər Bayram oğlu (bundan sonra birinci cavabdeh) arasında bağlanmış 10 iyul 2020-ci il tarixli 035R**********S saylı sazişin ləğv edilməsi, Nı̇ ftalı̇ yev Elsevər Bayram oğlu, Əlı̇ yev Elşən Rövşən oğlu (bundan sonra ikinci cavabdeh) və Nı̇ fdalı̇ yeva Gülbənı̇ z Fəti qızından (bundan sonra üçüncü cavabdeh) müştərək qaydada 10 dekabr 2019-cu il tarixli 035R********** saylı kredit razılaşması üzrə 1717,55 manat kredit borcu, 323,67 manat faiz borcu, 596,74 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2637,96 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərar almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli 035L**********95 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 50000 manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə birinci cavabdeh iddiaçı ilə bağladığı 10 dekabr 2019cu il tarixli 035R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə aylıq 2,1667 faiz dərəcəsi olmaqla, 2000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 10 iyul 2020-ci il tarixli 035R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Birinci cavabdeh kredit razılaşmasının tələblərini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri 11 sentyabr 2020-ci il tarixdən banka qaytarmamışdır. Birinci cavabdeh kredit borcundan 282,45 manat ödəmiş və 1717,55 manat məbləğində kredit borcu qalmışdır. Birinci cavabdehin 24 may 2021-ci il tarixə 253 gün üçün hesablanmış 323,67 manat faiz borcu və 596,74 manat cərimə borcu yaranmışdır. Kredit razılaşması üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı birinci cavabdehlə bağlanmış 10 iyul 2020-ci il tarixli 035R**********S saylı sazişin ləğv edilməsini və cavabdehlərdən müştərək qaydada 10 dekabr 2019-cu il tarixli 035R********** saylı kredit razılaşması üzrə 1717,55 manat kredit borcu, 323,67 manat faiz borcu, 596,74 manat cərimə olmaqla, cəmi 2637,96 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Qapali Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. 10 dekabr 2019-cu il tarixli 035L**********95 saylı uzunmüddətli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə 120 ay müddətinə 50000 manat məbləğində kredit xətti açılmışdır. 10 dekabr 2019-cu il tarixli 035R********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə 18 ay müddətinə aylıq 2,1667 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir. 10 dekabr 2019-cu il tarixli 035S**********02 və 035S**********03 saylı zaminlik müqavilələrindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli 035R********** saylı kredit razılaşmasının təminatı kimi birinci cavabdeh kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən ikinci və üçüncü cavabdehlər birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. 10 dekabr 2019-cu il tarixli 035R********** saylı kredit razılaşmasına əlavə olan ödəniş planından görünür ki, birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 2000 manat əsas və 444,22 manat faiz borcu olmaqla, cəmi 2444,22 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. 10 iyul 2020-ci il tarixli 035R**********S saylı sazişdən və sazişə əlavə olan ödəniş planından görünür ki, kredit razılaşması və ödəniş planına dəyişiklik edilərək birinci cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 1717,55 manat əsas, 655,04 manat faiz və 155,34 manat cərimə borcu olmaqla, cəmi 2527,93 manat kredit borcunu sazişin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. 23 aprel 2021-ci il tarixli 10374 nömrəli, 23 aprel 2021-ci il tarixli 10376 nömrəli cə 25 may 2021-ci il tarixli 11948 nömtəli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlərdən kredit borcunun ödənilməsi tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyəti barədə onlara xəbərdarlıq edilərək əks halda barələrində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. 21 iyun 2021-ci il tarixli 14484 nömrəli maliyyə arayışından görünür ki, 10 dekabr 2019-cu il tarixli 035R********** saylı kredit razılaşması üzrə birinci cavabdehin 24 may 2021-ci il tarixə 1717,55 manat əsas, 323,67 manat faiz və 596,74 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2637,96 manat borcu yaranmışdır. 22 iyun 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli 035L**********95 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə 50000 manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə birinci cavabdeh iddiaçı ilə bağladığı 10 dekabr 2019-cu il tarixli 035R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə aylıq 2,1667 faiz dərəcəsi olmaqla, 2000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 10 iyul 2020-ci il tarixli 035R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Birinci cavabdeh kredit razılaşmasının tələblərini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri 11 sentyabr 2020-ci il tarixdən banka qaytarmamışdır. Birinci cavabdeh kredit borcundan 282,45 manat ödəmiş və 1717,55 manat məbləğində kredit borcu qalmışdır. Birinci cavabdehin 24 may 2021-ci il tarixə 253 gün üçün hesablanmış 323,67 manat faiz borcu və 596,74 manat cərimə borcu yaranmışdır. Kredit razılaşması üzrə birinci cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə ikinci və üçüncü cavabdehlər arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı birinci cavabdehlə bağlanmış 10 iyul 2020-ci il tarixli 035R**********S saylı sazişin ləğv edilməsini və cavabdehlərdən müştərək qaydada 10 dekabr 2019-cu il tarixli 035R********** saylı kredit razılaşması üzrə 1717,55 manat kredit borcu, 323,67 manat faiz borcu, 596,74 manat cərimə olmaqla, cəmi 2637,96 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Qapali Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilməsini tələb edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrini işin nəticəsi ilə maraqlı olmamaları kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Qeyd olunan əsaslara görə iddia tələbi tərəflər arasında bağlanmış 10 iyul 2020-ci il tarixli 035R**********S saylı sazişin ləğv edilməsinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 10 dekabr 2019-cu il tarixli 035R********** saylı kredit razılaşması üzrə 1717,55 manat kredit borcu və 323,67 manat faiz borcu tutulması tələbinə dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən müştərək qaydada 596,74 manat cərimə borcunun tutulmasına dair hissəsi qismən – 50 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 30,00 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti ilə cavabdeh Nı̇ ftalı̇ yev Elsevər Bayram oğlu arasında bağlanmış 10 iyul 2020-ci il tarixli 035R**********S saylı saziş ləğv edilsin. Cavabdehlər Nı̇ ftalı̇ yev Elsevər Bayram oğlu, Əlı̇ yev Elşən Rövşən oğlu və Nı̇ fdalı̇ yeva Gülbənı̇ z Fəti qızından müştərək qaydada 10 dekabr 2019-cu il tarixli 035R********** saylı kredit razılaşması üzrə 1717,55 manat kredit borcu, 323,67 manat faiz borcu, 50 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2121 (iki min bir yüz iyirmi bir) manat 22 (iyirmi iki) qəpik tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar