Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-69/2022 11.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "xxxx" Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı Məhdud Məsulı̇ yyətli Müəssı̇ səsinin cavabdehlər Xalıqov Xaləddı̇ n Sayəddı̇ n oğlu və Cavabdeh2 Zı̇ nhar oğluna qarşı borc tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 11 mart 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı "xxxx" Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı Məhdud Məsulı̇ yyətli Müəssı̇ səsi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Xalıqov Xaləddı̇ n Sayəddı̇ n oğlu (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 Zı̇ nhar oğlundan (bundan sonra ikinci cavabdeh) 04 noyabr 2019-cu il tarixli **********0460 nömrəli kredit müqaviləsi üzrə 9040,21 manat əsas, 210,14 manat faiz borcu olmaqla, cəmi 9250,35 manat borcun və 112,5 manat ödənilmiş rüsum məbləğinin müştərək qaydada alınaraq iddiaçı "xxxx" QBKT MMM-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QBKT MMM ilə birinci cavabdeh arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli **********0460 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun müqavilə imzalanan tarixə 9040,21 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun 1 il güzəşt müddətində hər ay 7,78 manat, dörd il müddətində isə hər ay 192,26 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq iddiaçı ilə ikinci cavabdeh arasında 04 noyabr 2019-cu il tarixli **********0***-******* saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ikinci cavabdeh birinci cavabdeh tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehlər üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddiaçı tərəfindən kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilsə də cavabdehlər borcun ödənilməsini təmin etməmişlər. Birinci cavabdehin 11.11.2021-ci il tarixə 9040,21 manat əsas, 210,14 manat faiz borcu olmaqla, cəmi 9250,35 manat borcu yaranmışdır. İddiaçı cavabdehlərdən 04 noyabr 2019-cu il tarixli **********0460 nömrəli kredit müqaviləsi üzrə 9040,21 manat əsas, 210,14 manat faiz borcu olmaqla, cəmi 9250,35 manat borcun və 112,5 manat ödənilmiş rüsum məbləğinin müştərək qaydada alınaraq "xxxx" QBKT MMM-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə teleqram göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. 21.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında həmçinin iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə birinci və ikinci cavabdeh lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. 18.02.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında birinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 2015-ci ildə iddiaçı bankdan kredit götümüş, həmin vaxtdan kredit borcunu ödəmişdir. Daha sonra özünün və arvadının xəstəliyi ilə əlaqədar olaraq bir müddət kredit borcunu ödəyə bilməmişdir. 2019-cu ildə isə kredit borcu Azərbaycan Respublikasının Prezidentinin Fərmanına uyğun olaraq restrukturizasiya olunaraq bankla arasında güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən 9040,21 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Güzəştli kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə ikinci cavabdeh arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Onun 2015-ci ildən hazırki vaxta qədər ayrı-ayrı zamanlarda banka ödədiyi pul məbləğləri bank tərəfindən nəzərə alınmamış, ancaq faiz və cərimələrin silinməsinə yönəldilmişdir. Onun banka iki min manata yaxın borcu qalmışdır. Hazırda heç bir yerdə işləmir və xəstəlikdən əziyyət çəkir. O borcunu az miqdarda hissəhissə ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. 04 noyabr 2019-cu il tarixli **********0460 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə vaxtı keçmiş əsas kredit borcunun müqavilə imzalanan tarixə 9040,21 manat qalıq məbləğini ödəməsi məqsədi ilə illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə 9040,21 manat məbləğində kredit verilmişdir. 04 noyabr 2019-cu il tarixli **********0460 saylı kredit müqaviləsinə əlavə olan kreditin ödəniş cədvəlindən görünür ki, birinci cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş 60 ay müddətində 9040,21 manat əsas və 280,14 manat faiz borcu olmaqla, ümumilikdə 9320,35 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə ikinci cavabdeh arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli **********0460 saylı kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda ikinci cavabdeh zaminlik müqaviləsinə əsasən birinci cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 10 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, birinci cavabdehin 9040,21 manat əsas, 210,14 manat faiz borcu olmaqla, ümumi yaranmış borcu 9250,35 manat təşkil edir. 16 noyabr 2021-ci il tarixli **********07 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 112,5 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli **********0460 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun müqavilə imzalanan tarixə 9040,21 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən birinci cavabdeh 1 il güzəşt müddətində hər ay 7,78 manat, dörd il müddətində isə hər ay 192,26 manat olmaqla bərabər hissələrdə ödəniş etməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq iddiaçı ilə ikinci cavabdeh arasında 04 noyabr 2019-cu il tarixli **********0***-******* saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ikinci cavabdeh birinci cavabdeh tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Birinci cavabdehin 10.03.2022-ci il tarixə 9040,21 manat əsas, 210,14 manat faiz borcu olmaqla, cəmi 9250,35 manat borcu yaranmışdır. İddiaçı tərəfindən kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilsə də cavabdehlər borcun ödənilməsini təmin etməmişlər. İddiaçı cavabdehlərdən 04 noyabr 2019-cu il tarixli **********0460 nömrəli kredit müqaviləsi üzrə 9040,21 manat əsas, 210,14 manat faiz borcu olmaqla, cəmi 9250,35 manat borcun və 112,5 manat ödənilmiş rüsum məbləğinin müştərək qaydada alınaraq "xxxx" QBKT MMMnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini, kredit borcunu hissə-hissə ödəyə biləcəyini bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Həmçinin birinci cavabdeh iddiaçının xeyrinə ayrı-ayrı vaxtlarda müəyyən miqdarda pul məbləğlərini ödədiyini bildirsə də, həmin faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İkinci cavabdeh isə məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehlər Xalıqov Xaləddı̇ n Sayəddı̇ n oğlu və Cavabdeh2 Zı̇ nhar oğlundan 04 noyabr 2019-cu il tarixli **********0460 nömrəli kredit müqaviləsi üzrə 9040,21 manat əsas, 210,14 manat faiz borcu olmaqla, cəmi 9250,35 manat borcun müştərək qaydada alınaraq iddiaçı "xxxx" QBKT MMM-nin xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 112,5 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Xalıqov Xaləddı̇ n Sayəddı̇ n oğlu və Cavabdeh2 Zı̇ nhar oğlundan müştərək qaydada 04 noyabr 2019-cu il tarixli **********0460 nömrəli kredit müqaviləsi üzrə 9040,21 manat əsas, 210,14 manat faiz borcu və 112,5 manat ödənilmiş rüsum məbləği – cəmi 9362 (doqquz min üç yüz altmış iki) manat 85 (səksən beş) qəpik alınaraq iddiaçı "xxxx" Qeyrı̇ -Bank Kredı̇ t Təşkı̇ latı Məhdud Məsulı̇ yyətli Müəssı̇ səsinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-69/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-69/2022
11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver