Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-69/2023 06.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Əlı̇ yeva Elmı̇ ra Məmməd qızının cavabdeh Məlı̇ kov Anar Vəlı̇ oğluna qarşı pul tələbinə dair mülki işə 06 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Əlı̇ yeva Elmı̇ ra Məmməd qızı (bundan sonra iddiaçı) Məlı̇ kov Anar Vəlı̇ oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2700 manat pul, 47 manat ödənilmiş dövlət rüsumu və 100 manat xidmət haqqı məbləği – cəmi 2847 manat pulun alınıb onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Gəncə şəhəri “N” saylı hərbi hissədə xidmət etdiyi dövrdə onun oğlu ilə ailəvi münasibəti olmuşdur. Uzun illər aralarında yaxşı münasibət və inam olmuşdur. Cavabdehi yaxşı tanıdığı üçün həmişə onun səmimiyyətinə və dürüstlüyünə inanmışdır. Cavabdeh ondan hissə-hissə olmaqla, 26 sentyabr 2021-ci il tarixdə 300 manat, 21 oktyabr 2021-ci il tarixdə 600 manat və 17 aprel 2022-ci il tarixdə isə 1800 manat – ümumilikdə cəmi 2700 manat borc pul götürmüşdür. Cavabdeh ondan götürdüyü pulları öz xətti və imzası ilə təsdiq etmişdir. O, cavabdehdən 2700 manat pulun qaytarılmasını tələb etsə də sonuncu müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehdən 2700 manat pul, 47 manat ödənilmiş dövlət rüsumu və 100 manat xidmət haqqı məbləği – cəmi 2847 manat pulun alınıb onun xeyrinə tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh ***-***-**-** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsi ilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə, maddə 135.7) 26 sentyabr 2021-ci il tarixli qəbzdən müəyyən edilir ki, Cavabdeh İddiaçı 300 manat borc pul götürdüyünü qeyd etmişdir. Cavabdeh həmin qəbzin doğruluğunu öz imzası ilə təsdiq etmişdir. 21 oktyabr 2021-ci il tarixli qəbzdən müəyyən edilir ki, Cavabdeh İddiaçı 600 manat borc pul götürdüyünü və həmin pulu 25 oktyabr 2021-ci il tarixdə qaytaracağını qeyd etmişdir. Cavabdeh həmin qəbzin doğruluğunu öz imzası ilə təsdiq etmişdir. 17 aprel 2022-ci il tarixli qəbzdən müəyyən edilir ki, Cavabdeh İddiaçı 1800 manat borc pul götürdüyünü və həmin pulu az bir müddətə qaytaracağını qeyd etmişdir. Cavabdeh həmin qəbzin doğruluğunu öz imzası ilə təsdiq etmişdir. 05 oktyabr 2022-ci il tarixli 185409 nömrəli qəbzdən müəyyən edilir ki, İddiaçı hüquqi yardıma görə "xxxx" MMC-nin hesabına 100 manat xidmət haqqı ödəmişdir. 01 noyabr 2022-ci il tarixli 9652 nömrəli qəbzdən müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 47 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıdan 26 sentyabr 2021-ci il tarixdə 300 manat, 21 oktyabr 2021-ci il tarixdə 600 manat və 17 aprel 2022-ci il tarixdə isə 1800 manat – ümumilikdə cəmi 2700 manat borc pul götürmüşdür. Cavabdeh iddiaçıdan götürdüyü pulları öz xətti və imzası ilə təsdiq etmişdir. İddiaçı cavabdehdən 2700 manat pul, 47 manat ödənilmiş dövlət rüsumu və 100 manat xidmət haqqı məbləği – cəmi 2847 manat pulun alınıb onun xeyrinə tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən, habelə iddia tələbinin mahiyyəti üzrə məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etmədiyindən məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi xüsusatları, habelə iş materiallarını sübut kimi qəbul edir və hesab edir ki, iddiaçının dəlilləri iddia tələbini tamamilə təsdiq edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 47 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 100 manat xidmət haqqı məbləği də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Məlı̇ kov Anar Vəlı̇ oğlundan 2700 manat pul, 47 manat ödənilmiş dövlət rüsumu və 100 manat xidmət haqqı məbləği – cəmi 2847 (iki min səkkiz yüz qırx yeddi) manat alınaraq iddiaçı Əlı̇ yeva Elmı̇ ra Məmməd qızına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-69/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-69/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver