Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-691/2021 08.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X6 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə 08 sentyabr 2021-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və X2 1148,56 manat əsas borc və 0,68 manat faiz borcu - cəmi 1149,24 manat kredit borcunun, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək göstərdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış 25.08.2016-cı il tarixli, 15-16- 11-061641 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən X4 60 ay müddətinə illik 29% ödəmək şərti ilə 2015 (iki min on beş) manat kredit verilmişdir. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəli əsasında Sənubər Məmmədova müqavilə ilə müəyyən edilmiş müddətdə borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. X7 04 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra onun vərəsələri müəyyən edilmişdir. Vərəsələr (hazırki iş üzrə cavabdehlər) 25.08.2016-cı il tarixli, 15-16-11-061641 saylı kredit müqaviləsi üzrə aylıq ödənişləri gecikdirmişlər. Kredit müqaviləsi üzrə öhdəliklər tam şəkildə icra edilmədiyinə görə iddiaçının mərhum Sənubər Məmmədovanın vərəsələrinə qarşı tələb irəli sürmək hüququ yaranmışdır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar, kredit müqaviləsi üzrə borcun ödənilməsini təmin etməyərək kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişlər. İddiaçı ümumilikdə 1149,24 manat kredit borcunun, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin cavabdehlərdən tutulmasını tələb edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X8 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X5 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, 25.08.2016-cı il tarixli, 15-16-11-061641 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialı tərəfindən X4 60 ay müddətinə illik 29% ödəmək şərti ilə 2015 (iki min on beş) manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş, 05.10.2018-ci il tarixli, AZ-İ 965644 saylı ölüm haqqında şəhatətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 04.10.2018-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş, İsmayıllı rayon Notariat Ofisinin 01 may 2020-ci il tarixli N-432 saylı məktubundan görünür ki, 04 oktyabr 2018-ci il tarixdə vəfat etmiş X3 vərəsələri xx.xx.1941-ci il təvəllüdlü əri Cavabdeh3, xx.xx.1973-cü il təvəllüdlü oğlu Cavabdeh1 və xx.xx.1978-ci il təvəllüdlü qızı X5 olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, X3 25.08.2016-cı il tarixli, 15-16-11-061641 saylı kredit müqaviləsi üzrə 21.06.2021-ci il tarixə 1148,56 manat əsas borc və 0,68 manat faiz borcu - cəmi 1149,24 manat kredit borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 10 fevral 2021-ci il tarixli PKİD/MİŞ-0039 saylı bildirişin surətindən görünür ki, X3 vərəsəsi olan cavabdehlərdən 25.08.2016-cı il tarixli, 15-16-11-061641 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 1149,24 manat kredit borcunun beş gün ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 01 iyul 2016-cı il tarixli kredit müqavilələri üzrə tələbetmə hüquqlarının ötürülməsinə dair müqavilədən görünür ki, "xxxx" ASC ilə borclular arasında bağlanmış kredit müqavilələri üzrə borcları tələb etmək hüququ "xxxx" ASC-yə ötürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialı tərəfindən X4 60 ay müddətinə illik 29% ödəmək şərti ilə 2015 (iki min on beş) manat kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən Sənubər Məmmədovaya müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 2015 manat əsas borc və faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. O, 04 oktyabr 2018-ci il tarixdə vəfat etmişdir. Sənubər Məmmədovanın vəfatından sonra onun vərəsələri olan cavabdehlər ondan qalan miras əmlakı qəbul etmişlər. 25.08.2016-cı il tarixli, 15-16-11-061641 saylı kredit müqaviləsi üzrə aylıq ödənişlər gecikdirilmişdir. Hazırda 25.08.2016-cı il tarixli, 15-16-11-061641 saylı kredit müqaviləsi üzrə iddiaçı cəmi 1149,24 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğinin cavabdehlərdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit müqaviləsi və ona əlavə edilmiş sənədlərə, həmçinin, İsmayıllı rayon Notariat Ofisinin sorğuya cavab məktubuna istinad edir. Cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən iddia tələbinə dair münasibətlərini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi borclunun ölümündən sonra onun borcuna münasibətdə mirası qəbul etmiş vərəsələrin kreditor qarşısında məsuliyyət daşımaları üçün qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əldə edilməsi imperativ olaraq nəzərdə tutulmamışdır. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X7 vəfat etdikdən sonra 25.08.2016-cı il tarixli, 15-16-11-061641 saylı kredit müqaviləsi üzrə onunla iddiaçı arasında mövcud olmuş, hazırda mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol verir. İş materiallarından da görünür ki, X3 vəfatından sonra ondan qalan miras əmlakı onun əri və övladları - hazırki iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X8 qəbul etmişlər. "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 01 iyul 2016-cı il tarixli kredit müqavilələri üzrə tələbetmə hüquqlarının ötürülməsinə dair müqaviləyə əsasən "xxxx" ASC ilə borclular arasında bağlanmış kredit müqavilələri üzrə borcları tələb etmək hüququ "xxxx" ASC-yə ötürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, 25.08.2016-cı il tarixli, 15-16-11-061641 saylı kredit müqaviləsi üzrə X3 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra həmin öhdəliklərin icrası vəzifəsi hazırki iş üzrə cavabdehlərin üzərinə düşür. Belə ki, iş materiallarından və iddiaçının nümayəndəsinin ifadəsindən görünür ki, cavabdehlər X3 vəfatından sonra ondan qalan miras əmlakı qəbul etmişlər, lakin həmin miras əmlak barədə paylar müəyyənləşdirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, onlar ümumi birgə mülkiyyətçidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X7 ilə iddiaçı arasında bağlanmış 25.08.2016-cı il tarixli, 15-16-11-061641 saylı kredit müqaviləsi üzrə öhdəliklərə görə hazırki iş üzrə cavabdehlər bilavasitə birgə maddi məsuliyyət daşıdığı üçün qeyd olunan kredit müqaviləsi üzrə 1148,56 manat əsas borc və 0,68 manat faiz borcu - cəmi 1149,24 manat kredit borcu bilavasitə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, cavabdehlərdən müştərək qaydada 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləği alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. X1 vərəsələri Cavabdeh3, Cavabdeh1 və X2 müştərək qaydada 1148,56 manat əsas borc və 0,68 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1179 (bir min bir yüz yetmiş doqquz) manat 64 (altmış dörd) qəpik məbləğ alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-691/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-691/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver