Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-692/2020 30.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı "Fı̇nca Azərbaycan" Qeyrı̇-Bank Kredı̇t Təşkı̇latı Məhdud Məsulı̇yyətli Müəssı̇səsinin cavabdehlər Cavabdeh1 Faı̇q oğlu və Salmanov Dəmı̇r Allaverdı̇ oğluna qarşı borc tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: "Fı̇nca Azərbaycan" Qeyrı̇-Bank Kredı̇t Təşkı̇latı Məhdud Məsulı̇yyətli Müəssı̇səsi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 Faı̇q oğlu (bundan sonra birinci cavabdeh) və Salmanov Dəmı̇r Allaverdı̇ oğlundan (bundan sonra ikinci cavabdeh) 2286 manat əsas borc, 503 manat faiz borcu, 101,10 manat cərimə olmaqla, ümumilikdə 2890,10 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli **********6250 saylı kredit müqaviləsinə əsasən birinci cavabdehə illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən birinci cavabdeh hər ay 166 manat olmaqla əsas və faiz borcunu ödəməklə kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə ikinci cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli **********6***-******* saylı zaminlik müqaviləsi bağlanmışdır. Birinci cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyini yerinə yetirməmişdir. xx xxxxxx 2020-ci il tarixədək cavabdehin 2286 manat əsas borc, 503 manat faiz borcu, 101,10 manat cərimə olmaqla, ümumilikdə 2890,10 manat borcu qalmışdır. İddiaçı tərəfindən birinci cavabdehlə öhdəliyin icra edilməsi barədə aparılmış danışıqlar heç bir nəticə verməmişdir. İddiaçı cavabdehlərdən cəmi 2890,10 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlmədiklərinin səbəbi barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişlər. Məhkəmə cavabdehlərin məhkəməyə gəlməmələrinin səbəbini üzrsüz hesab edərək məhkəmə baxış iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsini qərara almışdır. xx xxxxxx 2019-cu il tarixli **********6250 saylı kredit müqaviləsindən müəyyən edilir ki, həmin tarixdə birinci cavabdehə illik 28% olmaqla 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən birinci cavabdehin öhdəliklərini yerinə yetirmədiyi və ya qismən yerinə yetirdiyi və ya kreditin geri qaytarılmasını şübhə altına qoyan digər şəraitin yaranması halında iddiaçının kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ya ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. xx xxxxxx 2019-cu il tarixli **********6250 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən edilir ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 3000 manat əsas və 963 manat faiz borcu olmaqla, cəmi 3963 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli **********6***-******* saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, ikinci cavabdeh bank qarşısında öhdəliklərin yerinə yetirilməməsinə görə birinci cavabdehlə eyni şərtlər daxilində məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, xx xxxxxx 2019-cu il tarixli **********6250 saylı kredit müqaviləsinə əsasən birinci cavabdeh əsas borcundan 714 manat, faiz borcundan 460 manat ödəniş aparmış, 2286 manat əsas borc, 503 manat faiz borcu və 101,10 manat cərimə olmaqla, ümumilikdə 2890,10 manat borcu qalmışdır. xx xxxxxx 2020-ci il tarixli **********43 nömrəli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli **********6250 saylı kredit müqaviləsinə əsasən birinci cavabdehə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən birinci cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə ikinci cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və ikinci cavabdeh bank qarşısında öhdəliklərin yerinə yetirilməməsinə görə birinci cavabdehlə eyni şərtlər daxilində məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Birinci cavabdehin kredit müqaviləsinə əsasən 2286 manat əsas borc, 503 manat faiz borcu, 101,10 manat cərimə olmaqla, ümumilikdə 2890,10 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehlərdən cəmi 2890,10 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmələrini onların işin nəticəsi ilə maraqlı olmamaları kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 2286 manat əsas borc və 503 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada alınmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, cavabdehlərin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən 101,10 manat cərimə məbləğinin tutulmasına dair hissəsi qismən - 30 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Faı̇q oğlu və Salmanov Dəmı̇r Allaverdi ̇oğlundan müştərək qaydada 2286 manat əsas borc, 503 manat faiz borcu, 30 manat cərimə və 30 manat ödənilmiş rüsum məbləği – cəmi 2849 (iki min səkkiz yüz qırx doqquz) manat məbləğ alınaraq iddiaçı "Fı̇nca Azərbaycan" Qeyrı̇-Bank Kredı̇t Təşkı̇latı Məhdud Məsulı̇yyətli Müəssı̇səsinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-692/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-692/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver