Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-692/2021 01.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Qənı̇ yev Teymur Rafı̇ q oğluna qarşı pul tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 01 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Qənı̇ yev Teymur Rafı̇ q oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 398,60 manat və 20 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Səbail” filialı ilə cavabdeh arasında 22.01.2021-ci il tarixində MasterCard Debit kart müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə 4189*****7172 saylı bank kartı verilmişdir. Müştərinin kart hesabına 2021-ci ilin mart ayının 29-da E-Manat vasitəsi ilə 400 manat mədaxil edilmiş, lakin texniki səhv nəticəsində iki dəfə hesaba mədaxil olunmuşdur. Müştəri həmin vəsaiti öz ehtiyaclarına sərf etmiş, bu səbəbdən də müştəriyə məxsus hesab 398,60 manat məbləğində overdrafta çıxmışdır. İddiaçı tərəfindən cavabdehə bu barədə bildiriş göndərilərək artıq xərclənmiş pulun qaytarılması tələb edilmişdir. Buna baxmayaraq cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. Cavabdeh özgənin vəsaitini özündə qanunsuz saxlamaqla iddiaçıya maddi zərər vurmuşdur. İddiaçı cavabdehdən 398,60 manat və 20 manat dövlət rüsumunun ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Yeganə İskəndərova məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Qənı̇ yev Teymur Rafı̇ q oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 22.01.2021-ci il tarixli KMP-00176335- 145757/21 nömrəli müqavilədən görünür ki, cavabdehə Kartmane hesabı USD valyutasında 60 ay müddətinə açılır və kartmane hesabının qalığına illik 0,25 faiz hesablanır. 14 aprel 2021-ci il tarixli 13-02/586 nömrəli bildirişdən görünür ki, cavabdehə bank qarşısında 398,60 manat məbləğdə borcu yarandığını, həmin pul vəsaitinin qanunsuz olaraq olaraq saxladığını və həmin məbləği 3 iş günü müddətində banka qaytarmalı olduğunu, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. 21 aprel 2021-ci il tarixli 13-02/589 nömrəli arayışdan görünür ki, müştərinin kart hesabına 2021-ci ilin mart ayının 29-da E-Manat vasitəsi ilə 400 manat mədaxil edilmiş, lakin texniki səhv nəticəsində iki dəfə hesaba mədaxil olunmuşdur. Müştəri həmin vəsaiti öz ehtiyaclarına sərf etmiş, bu səbəbdən də müştəriyə məxsus hesab 398,60 manat məbləğində overdrafta çıxmışdır. Cavabdehin 21 aprel 2021-ci il tarixinə borcu 398,60 manatdır. 29 iyun 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 20,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, "xxxx" ASC-nin “Səbail” filialı ilə cavabdeh arasında bağlanmış 22.01.2021-ci il tarixli MasterCard Debit kart müqaviləsinə əsasən bank tərəfindən cavabdehə verilmiş kart hesabına 2021-ci ilin mart ayının 29-da E- Manat vasitəsi ilə 400 manat mədaxil edilmiş, lakin texniki səhv nəticəsində iki dəfə hesaba mədaxil olunmuşdur. Müştəri həmin vəsaiti öz ehtiyaclarına sərf etmiş, bu səbəbdən də müştəriyə məxsus hesab 398,60 manat məbləğində overdrafta çıxmışdır. İddiaçı tərəfindən cavabdehə bu barədə bildiriş göndərilərək artıq xərclənmiş pulun qaytarılması tələb edilmiş, lakin cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. İddiaçı cavabdehdən 398,60 manat və 20 manat dövlət rüsumunun ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 398,60 manat məbləğin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Qənı̇ yev Teymur Rafı̇ q oğlundan 398,60 manat və 20 manat dövlət rüsumu olmaqla, cəmi 418 (dörd yüz on səkkiz) manat 60 (altmış) qəpik məbləğ alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-692/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-692/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver