Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-697/2020 23.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan ”xxxxxxxxx” ASC-nin Cavabdeh Nı̇zami oğluna qarşı borcun tutulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ləğv prosesində olan ”xxxxxxxxx” ASC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Nı̇zami oğlundan (bundan sonra cavabdeh) 122,68 manat əsas borc, 279,53 manat cərimə, xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan 21,20 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumu – cəmi 443,41 manat məbləği tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2014-cü il tarixli 231319 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmiş və xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən imtina etmişdir. xx xxxx 2020-ci il tarixinədək cavabdehin iddiaçıya 122,68 manat əsas borc, 279,53 manat cərimə, xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan 21,20 manat faiz borcu olmaqla, ümumilikdə 423,41 manat borcu yaranmışdır. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. xx xxxxxxx 2014-cü il tarixli, 1062 DT nömrəli kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. xx xxxx 2020-ci il tarixli, **********528 nömrəli bildirişin surətindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehin öhdəliyi və maddi məsuliyyəti barədə onlara xəbərdarlıq edilmişdir. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 20,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx xxxxxxx 2014-cü il tarixli 231319 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə borcun gecikdirilməsinə görə dəbbə pulu hesablanmışdır. Cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin xx xxxxxxx 2014-cü il tarixli 231319 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə 122,68 manat əsas borc və 21,20 manat faiz borcu qalmışdır. Bundan başqa, borcun gecikdirilməsinə görə 279,53 manat cərimə borcu hesablanmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 20,00 manat dövlət rüsumu da ödənilmişdir. İddiaçı cavabdehdən 122,68 manat əsas borc, 279,53 manat cərimə, xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün hesablanan 21,20 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsum məbləğini tələb edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsini iddia tələbi ilə razılaşması kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx xxxxxxx 2014cü il tarixli 231319 ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdehdən 122,68 manat əsas borc və 21,20 manat faiz borcu tələbinə dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 279,53 manat cərimə borcunun tutulmasına dair hissəsi qismən – 10 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən 20 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Nı̇zami oğlundan 122,68 manat əsas borc, 21,20 manat faiz borcu, 10 manat cərimə, 20 manat ödənilmiş rüsum məbləği – cəmi 173,88 (bir yüz yetmiş üç manat səksən səkkiz qəpik) manat məbləği tutularaq iddiaçı ləğv prosesində olan ”xxxxxxxxx” ASC-yə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-697/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-697/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver