Məhkəmə qərarları › İş №2(037)-7/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-7/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-7/2021 15.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Əzı̇ mova Dürrəxanım Ramazan qızı və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Əzı̇ mova Dürrəxanim Ramazan qızı (bundan sonra birinci cavabdeh) və Cavabdeh1 (bundan sonra ikinci cavabdeh) 2654,19 manat əsas, 1572,44 manat faiz, 1606,47 manat cərimə, 400,34 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 6233,44 manat məbləğində borcu və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə birinci cavabdeh arasında bağlanmış xx xxx 2015-ci il tarixli, 077/15 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 27 faiz ödənilmək şərti ilə 3500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən birinci cavabdeh aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ikinci cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. Birinci cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. İddiaçı cavabdehlərdən 2654,19 manat əsas, 1572,44 manat faiz, 1606,47 manat cərimə, 400,34 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 6233,44 manat kredit borcu və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh xx xxxx 2017-ci il tarixdə vəfat etmişdir. İkinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə birinci cavabdeh arasında bağlanmış xx xxx 2015-ci il tarixli, 077/15 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 27 faiz ödənilmək şərti ilə 3500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi onunla İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında zaminlik müqaviləsi bağlanmışdır. Birinci cavabdeh kredit borcunun müəyyən hissəsini ödəmişdir. Birinci cavabdeh xx xxxx 2017-ci il tarixdə vəfat etmişdir. Birinci cavabdehin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşsə də, iddiaçı tərəfindən onlara qalıq borcun ödənilməsinə dair yeni müqavilə bağlanılması üçün bildiriş göndərilməmişdir. İddiaçı çox uzun müddət keçdikdən sonra onlara qarşı məhkəmədə iddia qaldırmış və bununla da iddia müddətini ötürmüşdür. İddia tələbinin əsassız hesab edir və iddia müddəti tətbiq olunmaqla rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. xx xxx 2015-ci il tarixli, 077/15 nömrəli kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin İsmayıllı filialı tərəfindən birinci cavabdehə illik 27 faiz dərəcəsi ilə 24 ay müddətinə 3200 manat məbləğində kredit verilmiş, birinci cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilədə birinci cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Kredit müqaviləsinin müddəti xx xxx 2017-ci il tarixdə bitmişdir. xx xxx 2015-ci il tarixli, 077/15/01 nömrli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-nin İsmayıllı filialı ilə birinci cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi birinci cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqaviləsinə əsasən ikinci cavabdeh birinci cavabdehlə birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışın surətindən görünür ki, birinci cavabdeh xx xxx 2015-ci il tarixli, 077/15 nömrəli kredit müqaviləsinə əsasən kredit borcunu sonuncu dəfə xx xxxxxx 2015-ci il tarixdə ödəmişdir. İsmayıllı rayon Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli 862409 nömrəli arayışından görünür ki, birinci cavabdeh xx xxxx 2017-ci il tarixdə vəfat etmişdir. Problemli kreditlərin kompensasiyasına dair mərkəzi bazadan çıxarılmış məlumatdan görünür ki, hazırkı iş üzrə kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və birinci cavabdehin 2654,19 manat qalıq borcu qalmışdır. xx xxxxxxx 2019-cu il tarixli **********530 nömrəli bildirişdən görünür ki, birinci cavabdehə kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya edilməsi məqsədi ilə ləğv prosesində olan “xxxx” ASC-nin “Əməliyyat İdarəsi” filialına və yaxud yaşadığı ünvana yaxın olan ləğv prosesində olan istənilən banka yaxınlaşması bildirilmişdir. xx xxx 2020-ci il tarixli **********512 nömrəli bildirişdən görünür ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərilərinə düşən öhdəliklərini icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehlərin öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmişdir. xx xxx 2020-ci il tarixli **********494 nömrəli maliyyə arayışından görünür ki, xx xxx 2015-ci il tarixli, 077/15 nömrəli kredit müqaviləsinə əsasən birinci cavabdehin xx xxx 2020-ci il tarixinə 2654,19 manat əsas, 1572,44 manat faiz, 1606,47 manat cərimə, 400,34 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 6233,44 manat ümumi borcu yaranmışdır. xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ikinci cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə birinci cavabdeh arasında bağlanmış xx xxx 2015-ci il tarixli, 077/15 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 27 faiz ödənilmək şərti ilə 3500 manat məbləğində kredit verilmişdir. “Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə ikinci cavabdeh arasında xx xxx 2015-ci il tarixli, 077/15/01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilədə birinci cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. Birinci cavabdehin kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və 2654,19 manat qalıq borcu qalmışdır. İddiaçı cavabdehlərdən müştərək qaydada 2654,19 manat əsas, 1572,44 manat faiz, 1606,47 manat cərimə, 400,34 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 6233,44 manat kredit borcu və 30 manat dövlət rüsumunu tələb edir. Birinci cavabdeh xx xxxx 2017-ci il tarixdə vəfat etmişdir. İkinci cavabdeh iddia tələbini qəbul etmir, iddiaçı çox uzun müddət keçdikdən sonra onlara qarşı məhkəmədə iddia qaldırdığını və bununla da iddia müddətini ötürdüyünü bildirərək iddia tələbinin əsassız hesab edir və iddia müddəti tətbiq olunmaqla rədd edilməsi xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə birinci cavabdeh arasında kredit müqaviləsi xx xxx 2015-ci il tarixdə bağlanmışdır. Kredit müqaviləsinin müddəti xx xxx 2017-ci il tarixdə bitmişdir. Həmin kredit müqaviləsinə əsasən birinci cavabdeh tərəfindən son kredit ödənişi xx xxxxxx 2015-ci il tarixdə edilmişdir. İddiaçı 3 il keçdikdən sonra xx xxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da, iddia müddətini ötürmüşdür. Məhkəmə qərara gəlir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini buraxdığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Əzı̇ mova Dürrəxanim Ramazan qızı və Cavabdeh1 Teybali qızına qarşı 2654,19 manat əsas, 1572,44 manat faiz, 1606,47 manat cərimə, 400,34 manat kredit müqaviləsi bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 6233,44 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar