Məhkəmə qərarları › İş №2(037)-7/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-7/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-7/2022 23.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X6 kаtibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Əmı̇ rova Cəmı̇ lə Nəcməddı̇ n qızı və Əmı̇ rzadə Fı̇ dan Zaur qızına qarşı borcun tutulması tələbinə dair mülki işə 23 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti cavabdehlər Əmı̇ rov Ağasəməd Ağasəf oğlu, Əmı̇ rova Cəmı̇ lə Nəcməddı̇ n qızı və Əmı̇ rzadə Fı̇ dan Zaur qızına qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 31 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 10247,70 manat əsas, 2652,15 manat faiz borcu, 5071,83 manat cərimə, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 219,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 18191,53 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, X4 31 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 17 faiz olmaqla 18 ay müddətinə 14000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 06 may 2021-ci il tarixədək X2 banka 31 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 10247,70 manat əsas borc, 2652,15 manat faiz borcu və 5071,83 manat cərimə borcu olmaqla, ümumilikdə 17971,68 manat borcu vardır. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 oktyabr 2020-ci il tarixli 148 nömrəli arayışa əsasən 01 noyabr 2019cu il tarixdə vəfat etmişdir və hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3 mərhum onunla İsmayıllı şəhəri, N.Gəncəvi küçəsində yerləşən, 13 saylı evin 9 saylı mənzilində qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlər faktiki olaraq X4 vəfat etdikdən sonra İsmayıllı şəhəri, N.Gəncəvi küçəsində yerləşən, 13 saylı evin 9 saylı mənzilinə sahiblik və idarə etməyə başlamışlar. Cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırmışlar. İş icraatda olan zaman məlum olmuşdur ki, cavabdeh Əmı̇ rov Ağasəməd Ağasəf oğlu 23 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra İsmayıllı Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat mərhum Əmı̇ rov Ağasəməd Ağasəf oğlunun hüquq varisləri müəyyən edilənədək dayandırılmışdır. Bir müddət sonra Əmı̇ rov Ağasəməd Ağasəf oğlunun cavabdehlər sırasından çıxarılması barədə məhkəməyə ərizə vermişlər. İddiaçı cavabdehlər Əmı̇ rova Cəmı̇ lə Nəcməddı̇ n qızı və Əmı̇ rzadə Fı̇ dan Zaur qızından müştərək qaydada 31 may 2019cu il tarixli kredit müqaviləsi üzrə 10247,70 manat əsas, 2652,15 manat faiz borcu, 5071,83 manat cərimə, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 219,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 18191,53 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəsatətinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(037)-7/2022 nömrəli qərardadı ilə Əmı̇ rov Ağasəməd Ağasəf oğlu cavabdehlər sırasından çıxarılmışdır. Cavabdehlər Əmı̇ rova Cəmı̇ lə Nəcməddı̇ n qızı və Əmı̇ rzadə Fı̇ dan Zaur qızına məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır. 31 may 2019-cu il tarixli 6-Y-3-0-1656-19 nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, həmin tarixdə X3 illik 17 faiz dərəcəsi ilə 18 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. X4 ödəniş qrafiki üzrə hər ay əsas və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən X4 müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməməsi ilə nəticələnən hallarda iddiaçının krediti hesablanmış faiz, komissiya, müvafiq halda cərimə və dəymiş zərərlə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. 31 may 2019-cu il tarixli 6-Y-3-0-1656-19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, X4 müqavilə ilə müəyyən edilmiş müddətdə 14000 manat əsas və 1958,70 manat faiz borcu olmaqla, cəmi 15958,70 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 06 noyabr 2019-cu il tarixli AZ-İİ № 055611 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X4 01 noyabr 2019cu il tarixdə vəfat etmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı Mənzil İstismar Sahəsinin 09 oktyabr 2020ci il tarixli 148 nömrəli arayışından müəyyən edilir ki, X4 01 noyabr 2019-cu il tarixdə vəfat etmiş və o, vəfat etdikdən sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 şəhəri, N.Gəncəvi küçəsində yerləşən, 13 saylı evin 9 saylı mənzilində qeydiyyatda olmaqla yaşayırlar. 20 aprel 2021-ci il tarixli KBD-6124 nömrəli xəbərdarlıqdan müəyyən edilir ki, borclular Cavabdeh1, Əmı̇ rova Cəmı̇ lə Nəcməddı̇ n qızı və Əmı̇ rzadə Fı̇ dan Zaur qızı kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəliklərini icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri barədə onlara xəbərdarlıq edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi izah olunmuşdur. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 27 aprel 2021-ci il tarixli AZ-İİ № 162195 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, iş üzrə cavabdeh Əmı̇ rov Ağasəməd Ağasəf oğlu 23 aprel 2021-ci il tarixdə vəfat etmişdir. 06 may 2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, X2 31 may 2019-cu il tarixli 6-Y-3-0-1656-19 nömrəli kredit müqaviləsi üzrə 10247,70 manat əsas borc, 2652,15 manat faiz borcu, 5071,83 manat cərimə, 219,85 manat kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi 18191,53 manat kredit borcu vardır. 03 fevral 2021-ci il tarixli **********461600 nömrəli çıxarışın surətindən müəyyən edilri ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində "xxxx" X10 Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. 30 mart 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 31 may 2019-cu il tarixli 6-Y-3-0- 1656-19 nömrəli kredit müqaviləsinə əsasən X3 illik 17 faiz dərəcəsi ilə 18 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. Əmralı Əmirzadə oğlu ödəniş qrafiki üzrə müqavilə ilə müəyyən edilmiş müddətdə 14000 manat əsas və 1958,70 manat faiz borcu olmaqla, cəmi 15958,70 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Əmralı Əmirzadə 01 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı Mənzil İstismar Sahəsinin 09 oktyabr 2020-ci il tarixli 148 nömrəli arayışına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 şəhəri, N.Gəncəvi küçəsində yerləşən, 13 saylı evin 9 saylı mənzilində qeydiyyatda olmaqla yaşayırlar. 20 aprel 2021-ci il tarixli KBD-6124 nömrəli xəbərdarlıq məktubuna əsasən borclular Cavabdeh1, Əmı̇ rova Cəmı̇ lə Nəcməddı̇ n qızı və Əmı̇ rzadə Fı̇ dan Zaur qızı kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəliklərini icra etmədikləri üçün borcun könüllü olaraq ödənilməsi onlardan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri barədə onlara xəbərdarlıq edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi izah olunmuşdur. Əmı̇ rov Ağasəməd Ağasəf oğlu 23 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra İsmayıllı Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat mərhum Əmı̇ rov Ağasəməd Ağasəf oğlunun hüquq varisləri müəyyən edilənədək dayandırılmışdır. Bir müddət sonra iddiaçı tərəfindən Əmı̇ rov Ağasəməd Ağasəf oğlunun cavabdehlər sırasından çıxarılması barədə məhkəməyə ərizə verilmiş və İsmayıllı Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(037)-7/2022 nömrəli qərardadına əsasən Əmı̇ rov Ağasəməd Ağasəf oğlu cavabdehlər sırasından çıxarılmışdır. İddiaçı cavabdehlər Əmı̇ rova Cəmı̇ lə Nəcməddı̇ n qızı və Əmı̇ rzadə Fı̇ dan Zaur qızından müştərək qaydada 31 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 10247,70 manat əsas, 2652,15 manat faiz borcu, 5071,83 manat cərimə, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 219,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 18191,53 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsini tələb edir. Cavabdehlər Əmı̇ rova Cəmı̇ lə Nəcməddı̇ n qızı və Əmı̇ rzadə Fı̇ dan Zaur qızına məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarının tədqiqi nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərin Cavabdeh1 vəfatından sonra qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmələrini, miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başladıqlarını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Əmı̇ rova Cəmı̇ lə Nəcməddı̇ n qızı və Əmı̇ rzadə Fı̇ dan Zaur qızına qarşı 31 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 10247,70 manat əsas, 2652,15 manat faiz borcu, 5071,83 manat cərimə, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 219,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 18191,53 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar