Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-712/2020 05.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X2 kаtibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 208,81 manat əsas borc, 80,34 manat cərimə və 1,75 manat kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi 290,9 manat kredit borcu və 20 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx xxxxxx 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri xx xxxxxxxx 2020-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” X5 Təşkilatından (bundan sonra “FİNtrend” BOKT) faizsiz 12 ay müddətinə 720 manat məbləğində kredit götürmüşdür. “FİNtrend” BOKT ilə “xxxxxx” X1 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “xxxxxx” İKB ASC) arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli 0004 nömrəli müqaviləyə və xx xxxx 2019-cu il tarixli 626 nömrəli hüquqların ötürülməsi barədə sazişə əsasən cavabdeh ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir. xx xxxxxx 2020-ci il tarixədək cavabdehin xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 208,81 manat əsas borc və 80,34 manat cərimə olmaqla, cəmi 289,15 manat kredit borcu qalmışdır. Xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. İddiaçı müqavilə üzrə 208,81 manat əsas borc, 80,34 manat cərimə, 1,75 manat kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi 290,9 manat kredit borcu və 20 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. xx xxxx 2019-cu il tarixli 402-0***-******* saylı kredit müqaviləsi və ödəmə tapşırığından görünür ki, həmin tarixdə “FİNtrend” BOKT tərəfindən cavabdehə faizsiz 12 ay müddətinə 720 (yeddi yüz iyirmi) manat məbləğində kredit verilmişdir. xx xxxx 2019-cu il tarixli 402-0***-******* saylı kredit müqaviləsinə bir saylı əlavədən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş 12 ay müddətində hər 60 manat ödəməklə, ümumilikdə 720 manat əsas borcu ödəməyi öhdəsinə götürmüşdür. xx xxxx 2019-cu il tarixli bildirişdən görünür ki, “FİNtrend” BOKT ilə cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 402-0***-******* saylı kredit müqaviləsi üzrə “xxxxxx” İKB ASC-nin kreditor olması və kredit borcunun sonuncunun hesablaşma hesabına ödənilməsi barədə cavabdehə məlumat verilmişdir. “FİNtrend” BOKT ilə “xxxxxx” İKB ASC arasında bağlanmış xx xxx 2018-ci il tarixli 004 nömrəli tələbetmə hüququnun güzəşt olunmasına dair müqavilədən və xx xxxx 2019cu il tarixli 626 nömrəli hüquqların ötürülməsi barədə sazişdən görünür ki, “FİNtrend” BOKT ilə borclular arasında bağlanmış kredit müqavilələri üzrə borcları tələb etmək hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. xx xxxxxx 2019-cu il tarixli **********986800 nömrəli çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində “xxxxxx” X3 Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx xxxx 2019-cu il tarixli 402-0***-******* saylı kredit müqaviləsi üzrə 208,81 manat əsas borc, 80,34 manat cərimə, 1,75 manat kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi 290,9 manat kredit borcu vardır. xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, müqavilə üzrə borcun beş gün ərzində ödənilməsi cavabdehdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 20,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “FİNtrend” BOKT ilə cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən həmin tarixdə sonuncuya 12 ay müddətinə faizsiz 720 (yeddi yüz iyirmi) manat məbləğində kredit verilmişdir. “FİNtrend” BOKT ilə “xxxxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə və xx xxxx 2019-cu il tarixli 626 nömrəli hüquqların ötürülməsi barədə sazişə əsasən cavabdeh ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ “xxxxxx” İKB ASC-yə ötürülmüşdür. “xxxxxx” X3 Səhmdar Cəmiyyətinin adı Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dəyişdirilərək xx xxxxxx 2019-cu il tarixdən İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən 208,81 manat əsas borc, 80,34 manat cərimə, 1,75 manat kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi 290,9 manat kredit borcu və 20 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 208,81 manat əsas borc, 80,34 manat cərimə və 1,75 manat kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda və 20 manat dövlət rüsumu, cəmi 310 (üç yüz on) manat 90 (doxsan) qəpik məbləğ alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-712/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-712/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver