Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-717/2021 08.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 08 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh arasında bağlanmış 13.12.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi və 22.07.2020-ci il tarixli 009A**********SA saylı sazişin ləğv edilməsini, Cavabdeh (bundan sonra cavabdeh) 13.12.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə 1719,42 manat əsas borc, 419,18 manat faiz borcu, 440,15 manat cərimə olmaqla, ümumilikdə 2578 (iki min beş yüz yetmiş səkkiz) manat 75 (yetmiş beş) qəpik məbləğin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdeh 13.12.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsinə əsasən iddiaçıdan aylıq faiz dərəcəsi 2.25% olmaqla 18 ay müddətinə kredit müqaviləsinə 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 22.07.2020-ci il tarixli 009A**********SA saylı sazişlə kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq kredit müqaviləsi üzrə ödənişləri gecikdirmiş, kredit müqaviləsi üzrə 13.10.2020-ci il tarixdən aylıq kredit və faizdən ibarət borcunu qaytarmamışdır. Cavabdeh götürdüyü kreditdən 280,58 manat ödəmiş, 1719,42 manat məbləğində kredit borcu isə ödənilməmiş qalmışdır. Cavabdehin kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu məbləği kreditora qaytarmadığı üçün 29.06.2021-ci il tarixə 256 gün üçün hesablanmış faiz borcu 419,18 manat və cərimə 440,15 manat təşkil edir. İddiaçı cavabdehlə arasında bağlanmış 13.12.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi və 22.07.2020-ci il tarixli 009A**********SA saylı sazişin ləğv edilməsini, cavabdehdən 13.12.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə 1719,42 manat əsas borc, 419,18 manat faiz borcu, 440,15 manat cərimə olmaqla, ümumilikdə 2578 (iki min beş yüz yetmiş səkkiz) manat 75 (yetmiş beş) qəpik məbləğin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o əvvəllər dəfələrlə "xxxx" QSC-dən kredit götürmüş, götürdüyü krediti vaxtında qaytardığından, problemli müştəri olmadığından bank tərəfindən ona hər dəfə yenidən kredit götürməsi təklif olunmuşdur. O iddiaçı ilə bağladığı 13.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. Həmin kredit və qohumları tərəfindən maddi yardım kimi ona verilmiş pul vəsaiti ilə açıq ürək əməliyyatı keçirmişdir. Əməliyyatdan sonra uzun müddət işləməmişdir. Ona görə də kredit müqaviləsi üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməmişdir. Son zamanlar səhəti normallaşdığından bərbər işləyərək ailəsini dolandırmağa başlamışdır. İmkanı olduqca kredit borcunu az miqdarda hissə-hissə ödəyəcək. Kredit borcuna hesablanmış cərimənin məbləği isə yüksəkdir, onun həmin cərimə məbləğini ödəməyə imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 13.12.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə aylıq 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti müqavilənin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 13.12.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsinə əlavə olunmuş ödəniş planından görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş 18 ay müddətində 2000 manat əsas və 462,89 manat faiz borcu olmaqla, cəmi 2462,89 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə və Ödəniş planına dəyişiklik edilməsi barədə 22.07.2020-ci il tarixli 009A**********SA saylı sazişdən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti artırılmış və kredit alan götürdüyü kreditin qalığını və hesablanmış faizləri Sazişə əlavə olunan 22 iyul 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməyi öhdəsinə götürmüşdür. Xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəliyi və maddi məsuliyyəti barədə cavabdehə xəbərdarlıq edilmiş, əks halda kreditin məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi ona izah edilmişdir. 06 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 29.06.2021-ci il tarixinə 13.12.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsinə əsasən 1719,42 manat əsas borc, 419,18 manat faiz borcu, 440,15 manat cərimə olmaqla, ümumilikdə 2578 (iki min beş yüz yetmiş səkkiz) manat 75 (yetmiş beş) qəpik borcu qalmışdır. 06 iyul 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən edilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 13.12.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə aylıq 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. 22.07.2020-ci il tarixli 009A**********SA saylı sazişlə kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilərək kredit müqaviləsinin müddəti artırılmışdır. Kredit müqaviləsinə və sazişə əsasən cavabdeh öhdəliklərini yerinə yetirməməyə görə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borcun məhkəmədən kənar qaydada ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o borcun ödənilməsini təmin etməmiş, iddiaçı ilə arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehlə arasında bağlanmış 13.12.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi və 22.07.2020-ci il tarixli 009A**********SA saylı sazişin ləğv edilməsini, cavabdehdən 13.12.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə 1719,42 manat əsas borc, 419,18 manat faiz borcu, 440,15 manat cərimə olmaqla, ümumilikdə 2578 (iki min beş yüz yetmiş səkkiz) manat 75 (yetmiş beş) qəpik məbləğin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir. Cavabdeh iddia tələbini qismən, əsas borc və faiz borcu məbləğində qəbul etdiyini bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, 13.12.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə 1719,42 manat əsas borc və 419,18 manat faiz borcunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehlərdən tələb edilən cərimənin miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 440,15 manat cərimənin alınmasına dair hissəsi qismən – 44,15 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflər arasında bağlanmış 13.12.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsinin şərtlərinə əsasən bankın müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, bu müqaviləyə xitam verildiyi günə qədər hesablanmış faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri kredit alandan qaytarmağı tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmin əsaslara görə iddia tələbi tərəflər arasında bağlanmış 13.12.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi və 22.07.2020-ci il tarixli 009A**********SA saylı sazişin ləğv edilməsinə dair hissədə də təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olunduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyəti ilə Cavabdeh arasında bağlanmış 13.12.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi və 22.07.2020-ci il tarixli 009A**********SA saylı saziş ləğv edilsin. Cavabdeh 13.12.2019-cu il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə 1719,42 manat əsas borc, 419,18 manat faiz borcu, 44,15 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2212 (iki min iki yüz on iki) manat 75 (yetmiş beş) qəpik məbləğ alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-717/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-717/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver