Məhkəmə qərarları › İş №2(037)-719/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-719/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-719/2020 11.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı cavabdeh Vəlı̇yev Teymur Əlvan oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: "Unibank" X2 Səhmdar Cəmı̇yyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək cavabdeh Vəlı̇yev Teymur Əlvan oğlundan (bundan sonra cavabdeh) 2628,08 manat əsas, 8,62 manat faiz borcu olmaqla, cəmi 2636,70 manat kredit borcu və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2628,19 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun qalıq məbləğini müqavilədə göstərilən müddətdə və faizlə cavabdehin mülkiyyətinə verir, cavabdeh isə kreditdən təyinatı üzrə istifadə etməyi, müəyyən olunmuş müddətdə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq borcunu ödəməmişdir. Xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində 2628,08 manat əsas və 8,62 manat faiz borcu olmaqla, cəmi 2636,70 manat məbləğində borcu qalmışdır. İddiaçı cavabdehdən 2628,08 manat əsas, 8,62 manat faiz borcu olmaqla, cəmi 2636,70 manat kredit borcu və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. xx xxxxxx 2019-cu il tarixli 694rstİSML/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx xxxxxx 2013-cü il tarixli 1031sİSML/13 və xx xxxx 2015-ci il tarixli 1537micİSML/15 saylı kredit müqavilələri üzrə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə illik 1 faiz dərəcəsi ilə 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 2628 (iki min altı yüz iyirmi səkkiz) manat 19 (on doqquz) qəpik məbləğində kredit verilmiş, cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən cavabdehin öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nətiələnə bilən hallarda iddiaçının müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək və kreditin qalıq məbləğini müqavilənin bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə vaxtından əvvəl qaytarılmasını cavabdehdən tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli 694rstİSML/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş 60 ay müddətdə 2628,19 manat əsas və 80,17 manat faiz borcu olmaqla, cəmi 2708,36 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair sazişdən görünür ki, xx xxxx 2015-ci il tarixli 1537micİSML/15 saylı kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq xx xxxx 2019-cu il tarixindən etibarən sazişin imzalandığı tarixədək hesablanmış 83.33 ABŞ dolları faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunmuşdur. xx xxxx 2020-ci il tarixli bildirişdən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün 3 iş günü müddətində borcu könüllü olaraq ödəməklə bağlanmış kredit müqaviləsini ləğv etmək cavabdehə təklif edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. xx xxxxxx 2020-ci il tarixli BANK/PİKMD/908868 nömrəli maliyyə arayışından görünür ki, 694rstİSML/19 saylı güzəştli kredit müqaviləsinə əsasən cavabdehin xx xxxxxx 2020-ci il tarixinə 2628,08 manat əsas və 8,62 manat faiz borcu olmaqla, ümumilikdə 2636,70 manat məbləğində kredit borcu yaranmışdır. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 694rstİSML/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehə 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1 % dərəcəsi ilə 2628,19 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditdən təyinatı üzrə istifadə etməyi, kredit müqaviləsi üzrə müəyyən olunmuş müddətdə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilədə iddiaçının cavabdehin müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nətiələnə bilən hallarda müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək və kreditin qalıq məbləğini müqavilənin bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə vaxtından əvvəl qaytarılmasını cavabdehdən tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu da ödənilmişdir. İddiaçı cavabdehdən 2628,08 manat əsas, 8,62 manat faiz borcu olmaqla, cəmi 2636,70 manat kredit borcu və 30 manat dövlət rüsumu məbləğini tələb edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən 2628,08 manat əsas və 8,62 manat faiz borcu olmaqla, cəmi 2636,70 manat kredit borcunun alınaraq iddiaçıya ödənilməsinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Vəlı̇yev Teymur Əlvan oğlundan 2628,08 manat əsas borc, 8,62 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2666 (iki min altı yüz altmış altı) manat 70 (yetmiş) qəpik məbləğ alınaraq İddiaçı xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar