Məhkəmə qərarları › İş №2(037)-719/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-719/2022

01.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-719/2022 01.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin cavabdeh X2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 01 avqust 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 (bundan sonra cavabdeh) 743.62 manat maddi ziyan məbləğinin alınaraq Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh qanunsuz ağac kəsməsi nəticəsində 05 mart 2022-ci il tarixli akta əsasən meşə fonduna 743.62 manat maddi ziyan vurmuşdur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da o həmin ziyan məbləğini ödəməmişdir.Cavabdehdən 743.62 manat maddi ziyan məbləğinin alınaraq Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 05 mart 2022-ci il tarixli 001443 nömrəli aktın və həmin akta əsasən tərtib edilmiş həcm qiymət cədvəlinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 05 mart 2022-ci il tarixdə Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin əməkdaşı tərəfindən araşdırılma aparılan zaman X3 tərəfindən diametri diametri 12 sm olan 35 ədəd, diametri 16 sm olan 21 ədəd, diametri 20 sm olan 28 ədəd, diametri 24 sm olan 10 ədəd, diametri 28 sm olan 6 ədəd vələs, diametri 8 sm olan 5 ədəd, diametri 12 sm olan 3 ədəd, diametri 24 sm olan 1 ədəd palıd, diametri 12 sm olan 3 ədəd, diametri 16 sm olan 4 ədəd, diametri 24 sm olan 2 ədəd ağcaqayın olmaqla, cəmi 118 ədəd yaş köküstdə ağaclar kəsilmişdir. Maddi ziyan məbləği hesablanaraq 743.62 manat olduğu müəyyən edilmişdir. Məhkəmə аraşdırması zamanı müəyyən edildi ki, 05 mart 2022-ci il tarixdə Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin əməkdaşı tərəfindən araşdırılma aparılan zaman X3 tərəfindən diametri 12 sm olan 35 ədəd, diametri 16 sm olan 21 ədəd, diametri 20 sm olan 28 ədəd, diametri 24 sm olan 10 ədəd, diametri 28 sm olan 6 ədəd vələs, diametri 8 sm olan 5 ədəd, diametri 12 sm olan 3 ədəd, diametri 24 sm olan 1 ədəd palıd, diametri 12 sm olan 3 ədəd, diametri 16 sm olan 4 ədəd, diametri 24 sm olan 2 ədəd ağcaqayın olmaqla, cəmi 118 ədəd yaş köküstdə ağaclar kəsilmişdir.Cavabdehin həmin hərəkətləri nəticəsində təbiətə cəmi 743.62 manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt və həmin akt əsasında tərtib edilmiş həcm qiymət cədvəlinə uyğun olaraq cavabdehdən 743.62 manat maddi ziyan məbləğinin ödəməsi tələb edilsə də cavabdeh ödəməmişdir.Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş,iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin qanunsuz olaraq meşə materiallarından istifadə etməsi nəticəsində təbiətə 743.62 manat maddi ziyan dəydiyi sübuta yetirildiyinə görə iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh X1 743.62 (yeddi yüz qırx üç manat altmış iki) manat maddi ziyan məbləği alınıb iddiaçı X6 Təsərrüfatı Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar